İzahlı lüğət

MARAFONÇU (ID - 27849)

is. idm. Marafon qaçışında ixtisaslaşmış idmançı.

MARAQ (ID - 27850)

is. 1. Bir şeyə diqqət, bir şeyi bilmək, öyrənmək həvəsi, meyli, arzusu. Hələ Novruza və çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi. Çəmənzəminli. Bibixanımın üzündə bir maraq ifadəsi gəzdi. B.Bayramov....

MARAQLANDIRMA (ID - 27851)

“Maraqlandırmaq” dan f.is.

MARAQLANDIRMAQ (ID - 27852)

f Bir şeyə maraq, həvəs, diqqət oyandırmaq; şövqləndirmək, həvəsləndirmək. Uşağı musiqiyə maraqlandırmaq. - Bu hadisə Mehribanı maraqlandırmağa başladı: Zeynal harada idi? S.Hüseyn. Əhməd kişi adlı bir qocanın həyətə...

MARAQLANMA (ID - 27853)

“Maraqlanmaq” dan f.is. 290

MARAQLANMAQ (ID - 27854)

f. Bir şeyə maraq göstərmək, bir şeyi bilməyə, öyrənməyə böyük həvəs və diqqət göstərmək. İdmanla maraqlanmaq. - Mən bu qadının xüsusiyyətini öyrənməyə çalışdıqca onunla maraqlandım. S.Hüseyn. [Rəşid:] Əlbəttə,...

MARAQLI (ID - 27855)

sif 1. Maraq oyadan, marağa səbəb olan. Maraqlı söhbət. Maraqlı xəbər. Maraqlı kitab. Maraqlı tamaşa. - ..Axırda da Tamam maraqlı nağıllarını başlardı. S.S.Axundov. Ancaq bugünkü idman bayramının xüsusi və maraqlı bir hissəsi...

MARAQLILIQ (ID - 27856)

is. Maraqlı olma, maraq doğuran şeyin xüsusiyyəti.

MARAQSIZ (ID - 27857)

sif. 1. Marağı, həvəsi olmayan, maraq göstərməyən, həvəssiz, diqqətsiz. Maraqsız adam.
2. Maraq doğurmayan, zövq və həvəs oyandırmayan; sönük. Maraqsız kitab. Maraqsız (z.) danışmaq. Maraqsız tamaşa.

MARAQSIZLIQ (ID - 27858)

is. Maraqsız olma, maraqsız şeyin xüsusiyyəti.

MARAL (ID - 27859)

is. zool. Buynuzları budaq kimi şaxələnən, gövşəyən haçadırnaqlı heyvan. Şimal maralı. Xallı maral. - Sürü üstündə çobanlar yatmaz qorxumdan; Çöldə heyvan, ya maral vaz atamaz qorxumdan. A.Səhhət. // Təşbehlərdə “gözəl”...

MARALBAXIŞLI (ID - 27860)

sif şair. Iri, süzgün və qəşəng gözlü. Maralbaxışlı qız. - [Turxan bəy:] Gerçəkdən maral deyil, adətən maralbaxışlı bir mələk! H.Cavid.

MARALÇI (ID - 27861)

is. Maral saxlayan, marala xidmət edən adam.

MARALÇILIQ (ID - 27862)

is. Bir təsərrüfat sahəsi kimi maralyetişdirmə işi.

MARALFINDIĞI (ID - 27863)

is. Azərbaycanda bitən fındıq növlərindən biri. Qiymətli cinslərdən biri fındıqdır. Azərbaycanda üç növü bitir: meşəftndığı, ayıfındığı və maralfındığı.. M.Qasımov.

MARALYONCASI (ID - 27864)

is. bot. Şimal marallarının əsas yemi olan ağ-boz rəngli kolşəkilli şibyə.

MARAZM (ID - 27865)

is. [yun.] 1. Beyin qabığının ümumi üzgünlüklə müşayiət olunan atrofiyası və psixi fəaliyyətinin dayanması.
məc. Mənəvi gücsüzlük. Marazmın ilkin əlamətləri.

MARÇ (ID - 27866)

təql. Dodaqların sorucu hərəkətilə çıxarılan səciyyəvi səs.

MARÇAMARÇ, MARÇAMARÇLA (ID - 27867)

zərf Març səsi çıxardaraq, marçıldadaraq. Bu mükalimədən sonra Azad bəy oğlunu qucaqlayıb marçamarç ilə öpərdi. Uşaq da: “Əşi burax!” - deyib dartınardı ki, xilas olsun. Ü.Hacıbəyov.

MARÇILDAMA (ID - 27868)

“Marçıldamaq” dan f.is.

MARÇILDAMAQ (ID - 27869)

f. Marçamarç səsi çıxartmaq, marçamarç etmək.

MARÇILDATMA (ID - 27870)

“Marçıldatmaq” dan fis.

MARÇILDATMAQ (ID - 27871)

f. Dodaqları, ağzı ilə marçıltı səsi çıxartmaq, marçamarç etmək. [Kərbəlayı Cəfər] çölməyin qapağını götürüb bir qaşıq ətin suyundan içdi və ağzını marçıldadıb, qaşqabağını turşudub üzünü tutdu Xudayar bəyə....

MARÇILTI (ID - 27872)

is. Dodaqların sorucu hərəkəti ilə çıxardılan marçamarç səsi. Piri bud sümüyünü boşqaba tullayıb yağlı barmaqlarını marçıltı ilə yaladı. İ.Məlikzadə.

MARĞIZ (ID - 27873)

is. k.t. Tarlanın əkinə hazırlanmasında işlədilən kənd təsərrüfatı aləti.

MARIQ (ID - 27874)

is. Pusqu. □ Marığa durmaq pusquda durmaq, ovu güdmək, pusmaq. Tağı əmi qırğının qayışını açdı. Bu halda Axtar sağ ayağını qaldıraraq marığa durdu. S.S.Axundov. Marığa duran cayıllar ağacların daldası ilə yeriyib Heydərin...

MARIQLAMA (ID - 27875)

“Marıqlamaq” dan f.is.

MARIQLAMAQ (ID - 27876)

f Marığa yatmaq, pusmaq, güdmək. Ovu marıqlamaq.

MARIT (ID - 27877)

is. dan. Ov itlərinin ovu gördükdə aldıqları gərgin, hərəkətsiz vəziyyət. □ Marıt vermək - ovda pusmaq, güdmək, gözləmək. Tula quşu tapıb marıt verməsə və vaxtında qaldırmasa, ən mahir ovçu da heç bir şey edə bilməz....

MARITLAMA (ID - 27878)

“Marıtlamaq” dan f.is.

MARITLAMAQ (ID - 27879)

f. 1. Gözlərini bir yerə, bir nöqtəyə dikib baxmaq. Yaxası açıq uşaq isə gah divardakı şəkillərə baxır, gah altdanyuxarı danışanları marıtlayır. Mir Cəlal.
2. Bax marıqlamaq. [İbrahim] biryerdə gizlənib başladı marıtlamağa....

MARITMA (ID - 27880)

“Marıtmaq” dan f.is.

MARITMAQ (ID - 27881)

bax marıtlamaq.

MARİLƏR (ID - 27882)

is. Mari Muxtar Respublikasının əsas əhalisini təşkil edən xalq.

MARİMBA (ID - 27883)

is. Afrikada zərb musiqi aləti.

MARİNA (ID - 27884)

is. [ital.] Dəniz mənzərəsinin təsvirinə həsr olunmuş rəsm əsəri.

MARİNAD (ID - 27885)

is. [xüs. is.-dən] Duza və sirkəyə qoyulmuş tərəvəz, şoraba, tutma.

MARİNKA (ID - 27886)

is. zool. Çəkikimilər fəsiləsindən balıq cinsi.

MARİONETKA (ID - 27887)

is. [fr.] 1. Kukla teatrı növü.
2. Başqası tərəfindən idarə olunan adam, təşkilat.

MARKA1 (ID - 27888)

[alm.] 1. Poçt, gerb və başqa rüsumların ödənildiyini bildirmək üçün üzərində müəyyən şəkil olan və qiyməti göstərilən kiçik kağız parçası. Poçt markası.
Mallarda, məmulatlarda hazırlanan yer, keyfiyyəti və s. göstərilən...

MARKA2 (ID - 27889)

Almaniyada, habelə Finlandiyada pul vahidi.

MARKALAMA (ID - 27890)

“Markalamaq” dan f.is.

MARKALAMAQ (ID - 27891)

f Bir şeyin üzərinə marka yapışdırmaq, marka vurmaq. Paketi markalamaq. Ayaqqabını markalamaq.

MARKALANMA (ID - 27892)

“Markalanmaq” dan f.is.

MARKALANMAQ (ID - 27893)

məch. Üzərinə marka yapışdırılmaq, marka vurulmaq.

MARKALI (ID - 27894)

sif 1. Marka yapışdırılmış, markalanmış, markası olan. Markalı paket. Minlərlə məktub gəlir; Üstü çeşid-çeşid markalı. R.Rza.
2. Üzərində fabrik və ya zavod markası (damğası) olan. Balaca bir qutudan [Səkinə] “Zvezda”...

MARKASIZ (ID - 27895)

sif 1. Üzərində markası olmayan, marka yapışdırılmamış (məktub, sənəd və s.).
Üzərində fabrik və zavod markası olmayan. Markasız mal.

MARKET (ID - 27896)

is. [ing.] Bazar.

MARKETİNQ (ID - 27897)

is. [ing.] Bazar proseslərinin uçotu,, bazarın təşkili, alış-veriş.

MARKİZ (ID - 27898)

is. [fr. marquis] Fransada, İngiltərədə, İtaliyada və İspaniyada zadəgan rütbəsi, habelə belə rütbəsi olan şəxs.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed