İzahlı lüğət

MATERİYA (ID - 27999)

[lat.] 1. fəls. Insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv varlıq; maddə.
Təbiətin fiziki cisimlərini təşkil edən maddə. Materiyanın quruluşu.
dan. Parça, arşınmalı, material.

MATƏM (ID - 28000)

is. [ər.] Yas, təziyə, əza. □ Matəm geymək məc. - matəm əlaməti olaraq qara geymək; yas saxlamaq, təziyə tutmaq. Mən köçdüm dünyadan vaxtından qabaq; Ki, matəm geyməsin bu ana torpaq. M.Rahim. Matəm qopmaq - ağlaşma başlamaq,...

MATƏMƏNGİZ (ID - 28001)

sif [ər. matəm və fars. ...əngiz] klas. Matəmi xatırladan, hüzn və kədər doğuran. Gecənin üç payı keçmiş, mumlar, çıraqlar sönmüş, təbiəti matəməngiz bir zülmət bürümüşdü. A.Şaiq.

MATƏMGAH (ID - 28002)

is. [ər. matəm və fars. ...gah] klas. Matəm saxlanılan yer; yasxana.

MATƏMXANA (ID - 28003)

is. [ər. matəm və fars. ...xanə] Matəm saxlanan ev, yaslı ev. Kərbəlayı Kazımın matəmxanaya dönmüş evini beşlik bir neft çırağı işıqlandırırdı. P.Makulu.

MATƏMKƏDƏ (ID - 28004)

[ər. matəm və fars. ...kədə] klas. bax matəmgah. Matəmkədə eylədi məqamın; Matəmdə keçirdi sübhü şamın. Füzuli.

MATƏMLİ (ID - 28005)

sif 1. Yaslı. Matəmli adam.
Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Şaiq.
2. məc. Matəmi andıran; qəmli, kədərli, qüssəli, hüznlü. Yanan şamlar otağa matəmli bir...

MATƏMZƏDƏ (ID - 28006)

sif [ər. matəm və fars. ...zədə] klas. Yaslı, matəmli, fəlakətzədə, fəlakət üz vermiş, fəlakətə uğramış. Matəmzədə olduğun eşitdim; Qıldım yaxa çakü şivən etdim. Füzuli.

MATQAB (ID - 28007)

is. [ər.] Dəlici alət, burğu. 16-cı və 17-ci nömrələrin arasında olan taxta qapı matqab ilə iki yerdən deşilib gizlincə baxmaq üçün gözyerləri qayrılmışdı. S.M.Qənizadə.

MAT-QUT (ID - 28008)

is.: matı-qutu qurumaq (çəkilmək) - donub qalmaq, heyrət içində olmaq. Qorxudan matı-qutu çəkildi. - Atanın matı-qutu qurudu. Oğluna nə cavab verəcəyini bilmədi. Ə.Vəliyev.

MAT-MAT (ID - 28009)

zərf mat-mat baxmaq - donuxmuş halda sakit-sakit baxmaq, heyrətlə, təəccüblə baxmaq. Balaca dördyaşında Cəbi atasına mat-mat baxardı, bir söz də söyləməzdi. N.Nərimanov. Mat-mat gözlərini döymək - bax mat-mat baxmaq. Özünü itirən...

MAT-MƏBHUT (ID - 28010)

zərf [ər. ] Heyrət içində, böht içində, çox təəccüblə. Mat-məbhut durmaq. - Hamı mat-məbhut bir-birinə baxırdılar. H.Nəzərli. [Dərviş:] Mən mat-məbhut qaldım. A.Divanbəyoğlu. Kərim mat-məbhut oturub dərin fikrə getmişdi....

MAT-MƏƏTTƏL (ID - 28011)

bax mat-məbhut. Bəlli Əhmədmat-məəttəl dayanmışdı. “Koroğlu” . Fatma bir müddət mat-məəttəl ətrafına baxır. M.Dilbazi.

MATRİARXAT (ID - 28012)

[lat. mater - ana və yun. arche - hakimiyyət] b a x madərşahlıq.

MATRİKUL (ID - 28013)

[lat. matricula - açıq siyahı] Tələbənin qiymətləri qeyd olunan sənəd; zaçot dəftərçəsi.

MATRİSA (ID - 28014)

[alm.] 1. Metal lövhələrini basqı üsulu ilə işləmək, tökmə üsulu ilə literləri və s. hazırlamaq üçün tətbiq edilən çuxur metal qəlib. Mətbəədə yığılmış mətnin (hürufatın) əks surəti olan karton qəlib. Kitabın yeni...

MATROS (ID - 28015)

[holl.] Hərbi donanmada: komanda heyətinə mənsub olmayan sıravi xidmətçi, habelə mülki donanmada adi dənizçi.

MATROSKA (ID - 28016)

[rus.] Xüsusi biçimli, iri qatlama yaxalıqlı rəsmi matros bluzası. // Bu biçimdə uşaq və ya qadın üst bluzası. Uşaq üçün matroska almaq.

MATROSLUQ (ID - 28017)

is. Matrosun işi, vəzifəsi. Matrosluq kursu.

MAUZER (ID - 28018)

MAVƏRA (ID - 28019)

is. [ər.] köhn. Nəyinsə arxasında olan, o tayında və ya gerisində olan. Sığmadın zülmətsərayi-aləmə; Hicrət etdin mavərayi-aləmə. A.Səhhət.

MAVİ (ID - 28020)

MAVİGÖZ (ID - 28021)

sif Gözləri mavi rəngdə olan. Mavigöz qız.

MAVİLƏŞMƏ (ID - 28022)

"Maviləşmək” dən f.is.

MAVİLƏŞMƏK (ID - 28023)

f Mavi rəngə düşmək, mavi rəng almaq. Səma maviləşir.

MAVİLİK (ID - 28024)

is. Mavi rəngdə olma. Səmanın maviliyi. Gözün maviliyi. - Sənə meşələrdən yaşıl xışıltı; Sənə dənizlərdən sərin mavilik; ..Gətirmişəm mən. S.Tahir.
MAVİMSOV, MAVİMTRAQ sif Maviyə çalar, az mavi olan. Titrəşən mavimtraq...

MAVZOLEY (ID - 28025)

[yun.] Qəbir üzərində tikilən böyük memarlıq abidəsi; türbə. Mavzoley qapısında salama durmuş sükut; Mavzoleyin içində müqəddəs ulu tabut. R.Rza.

MAY (ID - 28026)

[lat.] Təqvim ilinin beşinci ayı.

MAYA1 (ID - 28027)

is. [fars.] 1. Bəzi qidalarda qıcqırma əmələ gətirən maddə. Xəmir mayası. Pendir mayası. □ Maya vurmaq - b a x mayalamaq 1 -ci mənada. Qatığa maya vurmaq.
biol. Rüşeym, döl. Mayası pisdir. // məc. Əsas, əsil kök. Bu torpaqdır...

MAYA2 (ID - 28028)

is. [fars.] 1. Dişi dəvə. Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Ağ mayaların üstündə oturub, yayxanayayxana gedən qoca qarıların qucağında camış balağı, çəpiş, yaxud it küçüyü gözə dəyirdi. Ə.Vəliyev....

MAYABAŞ (ID - 28029)

sif və zərf Ticarət və ya qumarda: nə qazancı, nə də ziyanı olmadığını, mayanın olduğu kimi qaldığını bildirən söz. Mayabaş olmaq (qalmaq).

MAYABAŞLIQ (ID - 28030)

is. Mayabaş olma, qazanc və ziyansız olma.

MAYAK (ID - 28031)

is. [rus.] Gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə. Kəsildi səs, daha yox bir səda, mayak da yanır. A.Səhhət. ..Mayakın qırmızı işığı müntəzəm surətdə yanıb-sönürdü. M.Süleymanov. // məc. Yolgöstərən,...

MAYALAMA (ID - 28032)

“Mayalamaq” dan f.is. Süni mayalama məntəqəsi.

MAYALAMAQ (ID - 28033)

f 1. Maya vurmaq. Südü mayalamaq.
Dölləndirmək.
Birinci süddən əmmək, yemək (yeni doğulmuş heyvanlar haqqında). Möhsün balanı mayalayıb Səbanı çağırdı. S.Rəhimov.

MAYALANDIRMA (ID - 28034)

“Mayalandırmaq” dan f.is.

MAYALANDIRMAQ (ID - 28035)

f 1. Dölləndirmək. Qoyunu mayalandırmaq.
2. Yeni doğulmuş heyvanlara birinci süddən əmdirmək, yedirtmək. Quzuları mayalandırmaq.

MAYALANMA (ID - 28036)

“Mayalanmaq” dan f.is.

MAYALANMAQ (ID - 28037)

məch. Döllənmək (boğaz olmaq). Ana qoyunların nə vaxt və hansı qoyunla mayalandığı, ondan hansı quzu alındığı [jumala] qeyd edilir.

MAYALI (ID - 28038)

sif 1. Maya vurulmuş, mayalanmış, maya salınmış, maya qatılmış. Mayalı pendir.
2. Ticarət və ya təsərrüfatla məşğul olmaq üçün mayası - pulu olan. // Ümumiyyətlə, pullu, varlı, dövlətli.

MAYALIQ (ID - 28039)

sif Maya üçün yarayan, maya üçün olan. Mayalıq xəmir. Mayalıq qatıq.

MAYALLAQ (ID - 28040)

is. [ər.] Başı aşağı əyib bədənlə ayaqları o biri tərəfə aşırma. □ Mayallaq aşmaq (vurmaq) - başın üstündən o biri tərəfə çevrilmək, aşmaq. Molla Abbas mayallaq aşır, Rüstəm və Heydər gülüşürlər. Məmmədquluzadə....

MAYAOTU (ID - 28041)

is. bot. Uzun gövdələri üzərində tikancıqları olan çoxillik sarmaşıq-bitki.

MAYASIZ (ID - 28042)

sif 1. Maya vurulmamış, maya qarışdırılmamış, mayası olmayan. Mayasız fətir.
2. Əlində mayası (pulu) olmayan.

MAYASIZLIQ (ID - 28043)

is. Mayası olmayan şeyin halı.

MAYBÖCƏYİ (ID - 28044)

is. zool. Sərtqanadlı, qara rəngli, zərərverici, gəmirici böcək.

MAYE (ID - 28045)

is. [ər.] Axmaq və kəmiyyətini dəyişmədən olduğu qabın şəklini almaq xassəsinə malik olan maddə. Şüşənin içində bulanıq maye var. // Sif. mənasında. Maye cisim.

MAYEHTAC (ID - 28046)

is. [ər.] Lazım olan, gərək olan, ehtiyat üçün, ehtiyacı ödəmək üçün hazırlanan şeylər. Səfər mayehtacı. - [Qarı:] Bala, biz qış mayehtacını yığmaqdan ötrü qırx günlüksəfərə getməliyik. (Nağıl). [Səlim bəy:] Axşamdan...

MAYELƏŞDİRİLMƏ (ID - 28047)

“Mayeləşdirilmək” dən f.is.

MAYELƏŞDİRİLMƏK (ID - 28048)

məch. Maye halına salınmaq, durulaşdırılmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed