İzahlı lüğət

MƏCHUL (ID - 28349)

sif [ər.] 1. Bilinməyən, naməlum (məlum əksi). [Xədicə] hərəkətsiz gözlərini məchul bir nöqtəyə dirəyib baxırdı. S.Hüseyn. Çünki bəşər daima uçduqca uçmaq istər; Hər gün yeni və məchul bir qapı açmaq istər. M.Müşfiq.
2....

MƏCHULLU (ID - 28350)

bax məchul 2-ci mənada. Məchullu tənlik.

MƏCHULLUQ (ID - 28351)

is. Naməlumluq; bilinməmə, məchul olma.

MƏCLİS (ID - 28352)

is. [ər.] 1. Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq, toplaşmış adamlar heyəti; toplanış, iclas. ..Çünki bu bir məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Hərzə...

MƏCMƏYİ (ID - 28353)

is. [ər.] Mis və ya başqa metaldan düzəldilmiş dairəvi yastı iri qab, iri sini. Mis məcməyi. Naxışlı məcməyi. - O gənc kişi bir məcməyi və üzərində bir neçə stəkan çay daxil oldu. T.Ş.Simurq. Gözlərim ixtiyarsız olaraq məcməyidəki...

MƏCMU (ID - 28354)

is. [ər.] 1. Bütün, tamam, hamı. Seyyid dolanıb gün təki məcmui-cahanı; Dəryaları aşdım, dedim, Allah kərimdir. S.Ə.Şirvani.
2. riyaz. Yekun, cəm. Ədədlərin məcmusu.

MƏCMUƏ (ID - 28355)

is. [ər.] Məqalə, hekayə, şeir və s. toplusu; jumal. “Molla Nəsrəddin” məcmuəsi. “Qobustan” məcmuəsi. Məcmuənin yeni nömrəsi. - Bəlkə mən o sözləri götürüb məcmuəmə yazaydım, onda canını hara qoyardın? C.Məmmədquluzadə....

MƏCNUN (ID - 28356)

sif və is. [ər.] 1. Dəli, divanə. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun. H.Cavid. □ Məcnun etmək - dəli etmək, divanə etmək. Məcnun olmaq - dəli olmaq, divanə olmaq. Məcnun olacaqsan bu təbiətlə nəhayət....

MƏCNUNANƏ (ID - 28357)

sif və zərf[ər. məcnun və fars. ...anə] Məcnun kimi, dəlicəsinə, ağlını itirmiş kimi. ..Xavərin babası başıaçıq olaraq pərişanhal və məcnunanə bir qiyafətdə ağacların arasından çıxar. H.Cavid.

MƏCNUNLUQ (ID - 28358)

is. Dəlilik, divanəlik. Məcnunluqdu mənə peşə; Düşmüşəm mahala, Maral! Aşıq Ələsgər. Eşqdən bu qədər söyləmək olmaz, Vahid! Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim? Ə.Vahid.

MƏCRA (ID - 28359)

is. [ər.] 1. Suyun axdığı yataq, yol. İnqilab daşqın bir çay kimi məcrasından çıxıb bütün Rusiyanı ağzına almışdı. Çəmənzəminli. Yalnız gur çayların məcrası deyil; Təbiət dəyişir, iqlim dəyişir. O.Sarıvəlli.
2....

MƏCRUH (ID - 28360)

sif [ər.] köhn. 1. Yaralanmış, yaralı.
Biabır edilmiş, ləkələnmiş.
Etimada layiq olmayan, etibarsız sayılan.

MƏCUN (ID - 28361)

is. [ər. ] 1. Xalq təbabətində xəstə
və zəif adamlara vermək üçün xüsusi hazırlanmış xəmirvari bir maddə, dərman.
2. dan. Çox dadlı, ləzzətli, canaxeyirli şey haqqında. Xörək deyil, məcundur. - Bax, bu xurma Bağdad xurmasıdı,...

MƏCUS (ID - 28362)

is. [ər.] Qədim iranlıların atəşpərəstlik dini.

MƏCUSİ (ID - 28363)

sif [ər.] Məcus, atəşpərəst dinində olan; atəşpərəst.

MƏDAXİL (ID - 28364)

is. [ər. “mədxəl” söz. cəmi] Bir idarə, ticarət-sənaye müəssisəsi və ya şəxsin bütün gəliri; gəlir (məxaric əksi). Müəssisənin mədaxili ildən-ilə artır. - Xudayar bəy .. əkilmiş zəmiləri özü öz malı kimi biçirdi,...

MƏDAXİLLİ (ID - 28365)

sif Gəlirli, mənfəətli, qazanclı, çoxlu gəlir verən, mədaxil gətirən. Mədaxilli iş. - ..[Bir sıra müəllimlər] mədaxilli sənətlərin və avam nəzərində hörmətli sayılan başqa qulluqların dalısınca gediblər. F.Köçərli.

MƏDAXİLSİZ (ID - 28366)

sif Gəlirsiz, qazancsız, mənfəətsiz, mədaxili olmayan və ya az olan.

MƏDAR (ID - 28367)

is. [ər.] köhn. bax orbit. ..Yerin kürəsi öz mədarından çıxmayacaqdır. M.İbrahimov.

MƏDD (ID - 28368)

is. [ər.] 1. coğr. köhn. bax qabarma2 (cəzr müqabili).
2. Ərəb əlifbasında əlifin (M” ) “a” kimi oxunması üçün üstünə qoyulan diakritik işarə (~).

MƏDDAH (ID - 28369)

sif və is. Mübaliğə ilə bir adamı və ya bir şeyi mədh və tərif edən; mədhnamə yazan. Vəsfin etmək üçün sənin tək şahın; Nizami, Xaqani gərək məddahın; Zakirin hədyanı sənə yetişməz. Q.Zakir. [Canbalayev Rəşidə:] Sən...

MƏDDAHLIQ (ID - 28370)

is. Məddahın işi; həddindən artıq tərifləmə. Məddahlıq etmək.

MƏDD-CƏZR (ID - 28371)

is. coğr. köhn. Dəniz suyunun vaxtaşırı qalxması və çəkilməsi, artması və azalması hadisəsi; qabarma-çəkilmə.

MƏDƏ (ID - 28372)

is. [ər. midə] anat. İnsanda və heyvanlarda qarın boşluğunun yuxarı hissəsində yerləşən həzm orqanı. Mədə ağrısı. Mədə yarası.

MƏDƏALTI (ID - 28373)

sif. anat. Mədənin altında olan, mədənin altında yerləşən. Mədəaltı vəzi.

MƏDƏCİK (ID - 28374)

is. anat. Ürəyin, qan damarları ilə hərəkətini nizama salan hissəsi.

MƏDƏD (ID - 28375)

[ər.] 1. is. Kömək, yardım, imdad, aman. Müşküldür arizə divandan mədəd. Q.Zakir. [Həcər] əl atıb aynalını bərk-bərk sıxdı: - Səndən mədəd! - dedi. S.Rəhimov. Mədəd vermək (eyləmək, qılmaq) klas. kömək əli uzatmaq, yardım...

MƏDƏDÇİ (ID - 28376)

MƏDƏDÇİLİK (ID - 28377)

is. 1. Kömək əli uzatma, köməkçi olma, yardım etmə.
Bir işi görmək üçün başqasına muzdla kömək etmə; köməkçilik, yardımçılıq. Sevər .. məhəllələrində olan varlıların evində mədədçilik edər; çörək yapar, paltar...

MƏDƏDKAR (ID - 28378)

is. [ər. mədəd və fars. ...kar] klas. Əldən tutan, kömək edən, imdada çatan, yardım edən. A çocuq, get, sənə həq yar olsun; Cümlə halında mədədkar olsun. A.Səhhət.

MƏDƏDKARLIQ (ID - 28379)

is. köhn. Kömək etmə, yardım göstərmə, imdada yetmə.

MƏDƏN (ID - 28380)

is. [ər.] 1. Yer altından çıxarılan faydalı qazıntı (metal külçəsi, mineral və s.). Mədən çıxarmaq. Yeraltı mədənlər. Mədən suları (tərkibində minerallar olan müalicə suları).
Faydalı qazıntılar, neft və s. çıxarılan...

MƏDƏNARASI (ID - 28381)

sif. Mədən ərazisi daxilində və ya mədənlər arasında olan. Yağır mədənarası yollara bir narın qar; Bu yollarda hələ də onun ayaq izi var. Ə.Cəmil.

MƏDƏNÇİ (ID - 28382)

is. 1. köhn. Mədən sahibi, mədəni olan adam. Neft mədənçiləri. - Araz gülərək istehza ilə: - O zaman biz də mədənçi olarıq! -dedi. A.Şaiq. [Eyvaz:] ..Bizə o lazımdır ki, işçilərin əməyini udan mədənçilər və gönünü soyan...

MƏDƏNİ1 (ID - 28383)

sif. [ər.] 1. Mədəniyyətcə çox inkişaf etmiş, mədəniyyətin yüksək dərəcəsində olan. Mədəni mühit. Varlı və mədəni həyat. // Cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydalarına yaxşı bələd olan; tərbiyəli. Mədəni...

MƏDƏNİ2 (ID - 28384)

sif. [ər.] Mədəndən çıxarılmış mineraldan ibarət olan, mineraldan düzəldilmiş. Mədəni gübrə. - ..Bu boyaq (umbra) müxtəlif mədəni hissələrin qarışığından ibarət olan gildir. A.Quliyev.

MƏDƏNİ-KÜTLƏVİ (ID - 28385)

sif. Kütlələrin mədəni tələbatına xidmət edən, xalqın mədəniyyətini artırmaq məqsədilə görülən. Mədənikütləvi tədbirlər.

MƏDƏNİLƏŞDİRİLMƏ (ID - 28386)

"Mədəniləşdirilmək” dən f.is.

MƏDƏNİLƏŞDİRİLMƏK (ID - 28387)

məch. Mədəni hala salınmaq, mədəni edilmək.

MƏDƏNİLƏŞDİRMƏ (ID - 28388)

“Mədəniləşdirmək” dən f.is.

MƏDƏNİLƏŞDİRMƏK (ID - 28389)

f Mədəni hala salmaq, mədəni etmək.

MƏDƏNİLƏŞMƏ (ID - 28390)

"Mədəniləşmək” dən f.is.

MƏDƏNİLƏŞMƏK (ID - 28391)

f Mədəni şəklə düşmək, mədəni olmaq.

MƏDƏNİLİK (ID - 28392)

is. Mədəniyyətin səviyyəsi, dərəcəsi.

MƏDƏNİYYƏT (ID - 28393)

is. [ər.] 1. İnsan cəmiyyətinin istehsal sahəsində, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu. Maddi mədəniyyət nümunələri. Mədəniyyət sahəsində irəliləyiş. - Küp qəbirlər mədəniyyəti alban tayfalarının...

MƏDƏNİYYƏTLİ (ID - 28394)

bax mədəni 1-ci mənada. Onlar mədəniyyətli adamlardır. C.Məmmədquluzadə.

MƏDƏNİYYƏTSİZ (ID - 28395)

sif 1. Mədəniyyətin aşağı səviyyəsində olan (duran), mədəniyyəti olmayan.
2. Mədəniyyətdən uzaq; qeyri-mədəni, kobud, qaba. Mədəniyyətsiz adam.

MƏDƏNİYYƏTSİZLİK (ID - 28396)

is. Mədəniyyətin aşağı pilləsində olma; gerilik, qeyri-mədənilik, mədəniyyətdən uzaqlıq, kobudluq, qabalıq; qeyri-mədəni hərəkət.

MƏDFƏN (ID - 28397)

is. [ər.] klas. Qəbir, məzar. [Rəmzi:] Kefinə, bax, sanki bu dünya nədir? Məskəni olmuş ulu xaqanların; Mədfənidir qorxulu sultanların. H.Cavid. Hər pambıq tarlası düşmənə mədfən; Hər açılan qoza ona bir kəfən. M.Müşfiq.

MƏDH (ID - 28398)

is. [ər.] 1. Həddindən artıq şişirdilmiş tərif; tərifləmə, vəsf. Nemət əl çəkmədi, ondan üz döndərən xanımı izləyə-izləyə .. mədhində davam etdi. Çəmənzəminli. Mədh etmək (eləmək, qılmaq) - tərifləmək, vəsf etmək....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed