
MƏCHULsif [ər.] 1. Bilinməyən, naməlum (məlum əksi). [Xədicə] hərəkətsiz gözlərini məchul bir nöqtəyə dirəyib baxırdı. S.Hüseyn. Çünki bəşər daima uçduqca uçmaq istər; Hər gün yeni və məchul bir qapı açmaq istər. M.Müşfiq.
2. riyaz. Məlum olmayan, axtarılan. Məchul kəmiyyət. Məchul feil qram. - hərəkətin həqiqi icraçısı zahirdə olmayan feil. Paylaşın - Hamı bilsin
|