İzahlı lüğət

MÜCRİM (ID - 29849)

is. [ər.] köhn. Günahkar, müqəssir, təqsirli, müttəhim.

MÜCRÜ (ID - 29850)

is. Balaca sandıqça. Taxçaya düzülübdü bir neçə boğça, köhnə papaq və bir-iki mücrü. C.Məmmədquluzadə. Bir gün Həsənin əli dinc qalmayıb mücrünün dibinə girdi. B.Talıblı.

MÜCTƏHİD (ID - 29851)

is. [ər.] Dini qanunları və ehkamları təfsir və şərh etmək səlahiyyətinə malik baş ruhani. Müctəhidin fitvası. - [Hacı Kamyab:] Hacı Mirzə Əhməd ağa müctəhidin qayınatası olmaq böyük şərafətdir. Ə.Haqverdiyev. Şərqin...

MÜCTƏHİDLİK (ID - 29852)

is. Müctəhidin işi, vəzifəsi.

MÜDAFİƏ (ID - 29853)

is. [ər.] 1. Özünü və ya başqasını hücumdan qoruma, hücuma qarşı durma. Müdafiə üçün lazımi qədər qüvvəmiz var. Müdafiə vəziyyətində olmaq.
Birinin əleyhinə deyilən sözlərə cavab verməklə onun tərəfini saxlama,...

MÜDAFİƏÇİ (ID - 29854)

is. 1. Müdafiə edən, qoruyan, qoruyucu. Sülh müdafiəçiləri. - Müdafiəçilər pulemyotu işə saldılar. Mir Cəlal.
hüq. Vəkil, advokat. Sonra müdafiəçilər danışdılar. S.Hüseyn.
idm. Futbol, xokkey və b. oyunlarda müdafiədə...

MÜDAFİƏSİZ (ID - 29855)

sif. və zərf Müdafiəsi olmayan, müdafiə edilməyən. Müdafiəsiz şəhər. - Indi ananın yarıçılpaq bədəni şaxta qarşısında müdafiəsiz qalmışdır. Ə.Məmmədxanlı.

MÜDAXİLƏ (ID - 29856)

is. [ər.] 1. Başqasının işinə, münasibətinə qarışma, ümumiyyətlə, bir işə qarışma, onda iştirak etmə, onun gedişinə təsir etmə. Başqalarının bu işə müdaxiləsinə ehtiyac yoxdur. Onun müdaxiləsi vəziyyəti daha da pisləşdirdi....

MÜDAXİLƏÇİ (ID - 29857)

is. Zorla başqa bir dövlətin daxili işlərinə qarışan (dövlət və s.). Budur, .. xaricdən gələn müdaxiləçilər darmadağın edilmişlər. S.Rəhimov.

MÜDAXİLƏÇİLİK (ID - 29858)

is. Başqasının işinə qarışma, müdaxilə etmə. Müdaxiləçilik siyasəti.

MÜDAM (ID - 29859)

zərf [ər.] Daim, həmişə, müttəsil, aramsız, fasiləsiz, fasilə vermədən. Ay bimürvət, məgər daşdır cigərin! Müdam sızıldaram, heç usanmazsan! M.P.Vaqif. Beş ildir alovlar, odlar içində; Bir görüş eşqiylə yanmışam müdam....

MÜDAVİM (ID - 29860)

is. [ər.] Bəzi məktəblərdə: tələbə, şagird. Kurs müdavimi. Hərbi məktəb müdavimi. - Dərs dediyim müdavimlər həyat görmüş, mübarizə və döyüşlərdə iştirak etmiş, bərkimiş işçilərdi. S.Rəhimov.

MÜDARA (ID - 29861)

is. [fars.] köhn. Kin və ədavətini gizlədib zahirdə dostluq göstərmə; üzə gülmə, yollaşma. Iş islah və müdaradan keçdi. M.F.Axundzadə. □ Müdara etmək - istəmədiyi adamla birtəhər keçinmək, ürəyində olan kin və küdurəti...

MÜDARAÇI (ID - 29862)

sif. Müdara edən, özünü zahirdə dost göstərən, üzə gülən. Bir müdaraçı hərifdir o, inan; Yardım olmaz bizə hər alçaqdan. H.Cavid.

MÜDDƏA (ID - 29863)

is. [ər.] 1. Bir şeyə əsaslanaraq irəli sürülən fikir, iddia, tezis. Dialektik materializmin müddəaları. Nəzəri müddəa.
köhn. Arzu, istək, məqsəd, niyyət, fikir. Əgər can almaq isə müddəası; Fədası hasil olsun, tək rizası....

MÜDDƏİ (ID - 29864)

is. [ər.] köhn. 1. hüq. İddia edən,
tələb edən, tələbkar, iddiaçı. // Prokuror. Müddəinin tələbi. - Cəmilə [azərbaycanca] və rusca olaraq bir müddəi kimi danışıb deyirdi:
Biz gərək xalq malına öz malımız kimi baxaq!.....

MÜDDƏİYİ-ÜMUMİ (ID - 29865)

is. [ər.] köhn. Prokuror. Silistçi, müddəiyi-ümumi və doktor nəşlər olan otağa girib, nəşləri müayinə etdikdən sonra protokol yazıldı. E.Sultanov. Əvvəl müddəiyi-ümumi danışdı. S.Hüseyn.

MÜDDƏT (ID - 29866)

is. [ər.] 1. Bir işin, hadisənin başlanması ilə qurtarması arasındakı, yaxud bir şey üçün müəyyən edilmiş vaxt, zaman. Təhsil müddəti. - [Qadın:] Molla, məni günaha batırdın, siğənin müddəti çoxdan tamam olmuşdur. Çəmənzəminli....

MÜDDƏTLİ (ID - 29867)

sif. Müəyyən müddət üçün nəzərdə tutulmuş; vaxtlı.

MÜDƏBBİR (ID - 29868)

is. [ər.] Tədbirli, uzaqgörən.

MÜDƏRRİS (ID - 29869)

is. [ər.] köhn. Müəllim, dərs verən adam. Mədrəsə içrə müdərris verdiyi min dərsdən; Yey durur meyxanədə bir cam vermək bir gözəl. Füzuli. Bizlərdə şəyirdə tema verib yazı yazdırmaq adəti rus müdərrislərindən götürülüb....

MÜDƏRRİSLİK (ID - 29870)

is. köhn. Müəllimlik. Müdərrislik etmək. - On-on iki il bundan irəli Məşədi [Molla Həsən] Irəvanda başına yeddi-səkkiz müsəlman uşağı yığıb müdərrislik elərdi. C.Məmmədquluzadə.

MÜDHİŞ (ID - 29871)

sif. [ər.] Dəhşətli, dəhşət doğuran, vahiməli, dəhşətamiz, qorxunc. Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən. Səhhət. [Şeyda:] Inan ki, əfv etmək intiqam almaqdan daha müdhişdir. H.Cavid. Indi məndə Xədicəyə qarşı...

MÜDHİŞLİK (ID - 29872)

is. Dəhşətlilik, vahiməlilik, qorxuncluq.

MÜDİR (ID - 29873)

is. [ər.] Bir idarəni, müəssisəni idarə edən adam, idarə başçısı; direktor. Klub müdiri. - Qeyz ilə durmuş ortalıqda müdir; İmtahan yazısın edir təqdir. A.Səhhət. Sabahı gün Mirzə naçalnikdən izin alıb məktəb müdirinin...

MÜDİRƏ (ID - 29874)

is. [ər.] Qadın müdir. ..Reyhan xanım qızı ilə bərabər müdirənin otağına daxil oldu. T.Ş.Simurq. [Gilan qızı:] Küçə qapısı ağzında oturub müdirəmizin əri ilə danışırdınız. S.Hüseyn. Bağça müdirəsi dil-ağız etdi....

MÜDİRİYYƏT (ID - 29875)

is. [ər.] Bir idarənin, müəssisənin, məktəbin başda müdir olmaq üzrə rəhbərlik edən yüksək orqanı; direksiya. Müdiriyyətə müraciət etmək. - Nəhayət, nə müəllimlər, nə sinif rəhbəri, nə də müdiriyyət [Varisin] başıpozğunluğunun...

MÜDİRLİK (ID - 29876)

is. Müdir vəzifəsi. Müdirlikdən çıxarılmaq. - [Uğurlu:] Mən öz müdirlik yerimi Əmiraslan babaya verirəm. S.Rəhimov. // B a x müdiriyyət.

MÜDRİK (ID - 29877)

sif [ər.] 1. Dərin dərrakəli, çox ağıllı, çox dərin düşünən; aqil, dünyagörmüş; anlayan, dərk edən, kamala yetmiş, yetişmiş. Müdrik adam. Müdrik filosof. - [Məryəm:] Diribaş, müdrik, həmişə şad qız indi qeyritəbii bir...

MÜDRİKCƏSİNƏ (ID - 29878)

sif. və zərf Müdrik kimi, ağıllıcasına. Müdrikcəsinə söyləmək. Müdrikcəsinə məsləhət.

MÜDRİKLİK (ID - 29879)

is. 1. Böyük ağıl və dərrakə sahibi olma; aqillik. [Zeynəb] diribaşlığı və müdrikliyi ilə ata-anasının heyrətinə səbəb olardı. Çəmənzəminli.
2. Dərinmənalılıq, hikmətlilik. Sözün müdrikliyi.

MÜƏLLİF (ID - 29880)

is. [ər.] Ədəbi, bədii, elmi və başqa əsər yazan və ya tərtib edən adam. Kitabın müəllifi. M.F.Axundzadə bir neçə komediyanın müəllifidir. - C.Cabbarlının ilk pyeslərindən olan “Nəsrəddin şah” da gənc müəllifin maraqlı...

MÜƏLLİFLİK (ID - 29881)

is. Bir əsərin müəyyən müəllifə aid olması. Müəlliflik şəhadətnaməsi. Müəlliflik hüququ.

MÜƏLLİM (ID - 29882)

is. [ər.] 1. Məktəbdə hər hansı bir fəndən dərs deyən adam. Azərbaycan dili müəllimi. Tarix müəllimi. □ Müəllimlər otağı - məktəbdə müəllimlər üçün ayrılmış otaq. Tənəffüs zəngi vurulan kimi Tərlan sinifdən çıxdı,...

MÜƏLLİMƏ (ID - 29883)

is. [ər.] Qadın müəllim. Sonanın ibtida müəlliməsi nəhayətdə də ağıllı və pedaqoji elminə qabil bir arvad idi. N.Nərimanov. Atasını görməmişdi körpə Əmirxan; Anasısa bir ağsaçlı müəlliməydi. S.Vurğun.

MÜƏLLİMLİK (ID - 29884)

is. Müəllim vəzifəsi, müəllim sənəti, işi. Müəllimlik etmək. Müəllimliyi bacarmaq. - Çoxları sair qulluqdan müəllimliyə keçməyə meyil və rəğbət göstərərlər. F.Köçərli. Əjdər .. öz doğma kəndlərinə müəllimliyə...

MÜƏMMA (ID - 29885)

is. [ər.] 1. Mənası gizli, çətin anlaşılan, üstüörtülü, qaranlıq söz, məsələ, şəkil və s. Bu sözlər Məcidin ürəyinə yağ kimi yayılırdı və onu çətin bir müəmmanın həllindən azad edirdi. B.Talıblı. [Hidayət] üçün...

MÜƏMMALI (ID - 29886)

sif. Müəmması olan, aydın olmayan, üstüörtülü, başa düşülməyən, naməlum, sirli, anlaşılmaz, qaranlıq. Müəmmalı söz. Müəmmalı (z.) danışmaq. Müəmmalı iş. Qüdrət Lalənin başqa, daha ciddi və müəmmalı bir səbəbdən...

MÜƏMMASIZ (ID - 29887)

sif Müəmması olmayan; aydın, açıq, aşkar. Müəmmasız (z.) danışmaq.

MÜƏNNƏS (ID - 29888)

is. [ər.] Ərəb qrammatikasında: qadın cinsi.

MÜƏSSİR (ID - 29889)

sif [ər.] Təsir edən, təsirli, dərin təsir bağışlayan.

MÜƏSSİS (ID - 29890)

is. [ər.] Təsis edən, əsasını qoyan, düzəldən, yaradan. [Səttarxan:] Seyid Abdulla birinci məşrutəçi, bəlkə də məşrutənin müəssislərindən biridir. P.Makulu.
□ Müəssislər məclisi - bax məclisimüəssisan.

MÜƏSSİSƏ (ID - 29891)

is. [ər.] 1. İstehsalat və ya ticarət-təsərrüfat vahidi, yaxud bir neçə belə vahidin birləşməsi. Sənaye müəssisəsi (zavod, fabrifc). Ticarət müəssisəsi.
Hər hansı fəaliyyət sahəsinə baxan təşkilat; idarə. Dövlət müəssisəsi....

MÜƏTTƏR (ID - 29892)

sif [ər.] köhn. Ətirli, ətirlənmiş.

MÜƏYYƏN (ID - 29893)

sif [ər.] 1. Qəti olaraq təyin edilmiş, müəyyənləşdirilmiş. Müəyyən saatda görüşmək. Müəyyən adam. // Müvafiq, lazımi. Firidun müəyyən yerlərə zəng etdi. Mir Cəlal. Yarım saatdan sonra təzədən milis şöbəsindən gəlib...

MÜƏYYƏNEDİCİ (ID - 29894)

sif. Aydınlaşdıran, müəyyən edən, təyin edən, konkretləşdirici, dəqiqləşdirici. Müəyyənedici səbəb.

MÜƏYYƏNLƏŞDİRİLMƏ (ID - 29895)

“Müəyyənləşdirilmək” dən f.is.

MÜƏYYƏNLƏŞDİRİLMƏK (ID - 29896)

məch. Müəyyən olunmaq, aydınlaşdırılmaq, qəti şəklə salınmaq, konkretləşdirilmək, dəqiqləşdirilmək.

MÜƏYYƏNLƏŞDİRMƏ (ID - 29897)

“Müəyyənləşdirmək” dən f.is.

MÜƏYYƏNLƏŞDİRMƏK (ID - 29898)

f Müəyyən etmək, təyin etmək, aydınlaşdırmaq, qəti şəklə salmaq, konkretləşdirmək, dəqiqləşdirmək. Vaxtı müəyyənləşdirmək. Kitabları müəyyənləşdirmək. - Xoşqədəm çay süzürdü. Mən isə əlavələrin yerini müəyyənləşdirirdim....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed