İzahlı lüğət

MÜŞKBU (ID - 30249)

sif [fars.] klas. Müşk qoxulu, müşk kimi ətirli. Rəhm eylə bu müşkbu qəzalə; Rəhm etməzmi kimi bu halə? Füzuli.

MÜŞKÜL (ID - 30250)

[ər.] 1. sif. Çətin, zor, çətin başa gələ bilən, çətin həll edilə bilən. Müşkül hal. Müşkül məsələ. - Mən and içirəm ki, indiyədək “Tərcüman” qəzetinin sahibi bir belə müşkül işə rast gəlməyib. C.Məmmədquluzadə....

MÜŞKÜLAT (ID - 30251)

is. [ər. “müşkül” söz. cəmi]
Həlli çətin iş; çətinlik, əngəl, maneə. Kim eylədi həll müşkülatın; Kim verdi bu qüssədən nicatın? Füzuli. Burada Ceyranın qarşısına yeni bir müşkülat çıxır. S.Hüseyn.
2. Müşkülatla...

MÜŞKÜLCƏ (ID - 30252)

sif Çox müşkül, çox çətin. Müşkülcə xitabdır xitabın; Bilməm necə verəyim cavabın. Füzuli.

MÜŞKÜLLƏŞDİRMƏ (ID - 30253)

“Müşkülləşdirmək” dən f.is.

MÜŞKÜLLƏŞDİRMƏK (ID - 30254)

f Çətinləşdirmək.

MÜŞKÜLLƏŞMƏ (ID - 30255)

“Müşkülləşmək” dən f.is.

MÜŞKÜLLƏŞMƏK (ID - 30256)

f. Daha da müşkül olmaq, daha da çətin olmaq; çətinləşmək.

MÜŞKÜLLÜK (ID - 30257)

is. Çətinlik, ağırlıq.

MÜŞRİK (ID - 30258)

sif [ər.] Bütpərəst, müsəlman dinində olmayan.

MÜŞTAQ (ID - 30259)

sif [ər.] şair. Candan istəyən, həsrətində olduğu bir şeyə can atan, arzusunda olan. Onun üçün göz kəsmərəm gözündən; Müştaqəm, ey şəkər kanı, mən sənə. M.P.Vaqif. Ələsgər müştaqdır xəttü-xalına; Məleykə şəklinə,...

MÜŞTƏBEH (ID - 30260)

sif. [ər.] Şübhəli, şəkli. Müştəbeh etmək - şübhələndirmək, şəkləndirmək; şəkkə, şübhəyə salmaq. [Divanbəyi:] Bular da məni aşkar istəyirlər müştəbeh etsinlər. M.F.Axundzadə. Müştəbeh olmaq - şübhələnmək, şübhəyə...

MÜŞTƏRƏK (ID - 30261)

sif [ər.] 1. Ümumi, ellik, birgə; elliklə, ortaqlı, birgə görülən (aparılan); kollektiv. Müştərək iş. Müştərək əkin.
Bütün kənd Novruza müştərək kağız yazıb göndərdi. S.Rəhimov. // Zərf mənasında. Müştərək işləmək....

MÜŞTƏRƏKLİK (ID - 30262)

is. Müştərək olma, birgə olma; əlbirlik, şəriklik, ortaqlıq.

MÜŞTƏRİ1 (ID - 30263)

is. [ər.] 1. Bax alıcı1 1-ci mənada. Müştərilərə mədəni xidmət. Bu malın müştərisi yoxdur. - [Hacı Qara:] Buların qumaşı özgə qumaşdır, müştəri macal vermir, göydə götürür. M.F.Axundzadə. Bu arada müştərilər hərlənir,...

MÜŞTƏRİ2 (ID - 30264)

is. [ər.] Ərəb astronomiyasında: Yupiterin adı. Dəst tutsun Ütarid, Zöhrə, Müştəri; Fələkin şəmsilə mahı oynasın. Q.Zakir.

MÜŞTƏRİGİR (ID - 30265)

sif [ər. müştəri və fars. ...gir] köhn. Alıcını cəlb edən, işə gedən, müştəri bəyənən, alıcısı, həvəskarı çox olan. Müştərigir mal. □ Müştərigir olmaq - alıcının xoşuna gəlmək, müştərinin ürəyinə yatmaq,...

MÜŞTÜK (ID - 30266)

is. [əsli alm. mundstuck] 1. Papiros gilizinin içində tütün olmayan, çəkərkən ağıza salınan bərk hissəsi, papiros kötüyü. // Papiros və siqaretin keçirildiyi kiçik borucuq. Siqareti müştüyə keçirmək. - [Mehrəli] .. gilas ağacından...

MÜŞTÜKLÜ (ID - 30267)

sif Müştüyü olan. Qısa müştüklüpapiros. - ..Şahmar dəftərxanadan çıxıb uzun müştüklü papirosunu yandırdı... M.Hüseyn. // Müştükdə olan, müştüyə keçirilmiş. Müştüklü siqaret.

MÜTABİQ (ID - 30268)

sif [ər.] Bir-birinə uyan, tay gələn; uyğun, müvafiq. Əhkami-şərə mütabiq bir.. kimsənə nəzərdə varmı ki, səltənəti və taxtü-tacı ona vagüzar edək. M.F.Axundzadə. Mütabiq gəlmək - eyni ölçüdə, biçimdə olmaq, bir-birinə...

MÜTABİQƏT (ID - 30269)

[ər.] bax mütabiqlik.

MÜTABİQLİK (ID - 30270)

is. Bir qaydada olma, bir-birinə uyğun gəlmə; uyğunluq, müvafiqlik.

MÜTALİƏ (ID - 30271)

is. [ər.] 1. Oxuma, qiraət. Hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi və təcrübə ilə həkimliyi öyrənmişdi. C.Məmmədquluzadə. Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə...

MÜTALİƏÇİ (ID - 30272)

is. Mütaliə ilə məşğul olan, qiraət edən, mütaliəni çox sevən adam.

MÜTALİƏSİZ (ID - 30273)

sif və zərfi Düşünmədən, fikirləşmədən, götür-qoy etmədən.

MÜTARİKƏ (ID - 30274)

is. [ər.] Hər iki tərəfin razılığı ilə müharibənin müvəqqəti olaraq kəsilməsi, dayandırılması. Mütarikə etmək.

MÜTƏAQİB (ID - 30275)

sif. [ər.] 1. Bir-birinin arxasınca gələn, bir-birini təqib edən.
2. Dalısınca, arxasınca, ondan sonra. [Ərən:] Bunu mütəaqib gözəl üzlü, qəvi əndamlı gənc bir oğlan da gəldi. Çəmənzəminli.

MÜTƏARİF (ID - 30276)

sif. [ər.] köhn. 1. Məlum, məşhur, bilinən, tanınan. // Xəbər şəkilçisi ilə: mütəarifdir - tanınır, məşhurdur. Mirzə Fətəli “Səbuhi” təxəllüsü ilə mütəarifdir. F.Köçərli.
2. Adi, həmişəki. Molla Ibrahimxəlil...

MÜTƏDAVİL (ID - 30277)

sif. [ər.] Bir adət, moda halını almış; işlək, adi. Mütədavil şey. - Vəkil dəllallığı bir mütədavil peşə idi. Ə.Haqverdiyev. □ Mütədavil olmaq - işlək olmaq, dəbdə olmaq, tədavüldə olmaq. Bu tərəfdən nəzmi-məmləkət...

MÜTƏƏLLİM1 (ID - 30278)

sif. [ər.] köhn. Elm öyrənən, təhsil alan, dərs alan. [Xanmirzə bəy:] ..Bugün məni tutub güclən müsəlman teatrına aparmaq istəyirdilər. Nədi ki, bəs, kasıb mütəəllimlərə pul yığacayıq. N.Vəzirov.

MÜTƏƏLLİM2 (ID - 30279)

sif. [ər.] köhn. Ələmli, qəmli, qüssəli.

MÜTƏƏSSİB (ID - 30280)

sif. [ər.] 1. Öz adət və ənənələrini saxlamaqda ifratçılıq göstərən. ..Qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər, bu ondan ötrü deyil ki, onlar bu barədə bizdən mütəəssib və qeyrətlidirlər. C.Məmmədquluzadə....

MÜTƏƏSSİF (ID - 30281)

sif. [ər.] Təəssüf edən, təəssüflənən, kədərlənən, özünə dərd edən, heyifsilənən. Əsmərin uşağı olmayırdı, Məmmədbağır bundan mütəəssif də deyildi. S.Hüseyn. □ Mütəəssif olmaq - təəssüflənmək, təəssüf...

MÜTƏƏSSİR (ID - 30282)

sif. [ər.] Bir hal və hissin təsiri ilə dəyişilmiş, qüssələnmiş, dərdlənmiş, əhvalı pozulmuş, təsirlənmiş. Mütəəssir hal. - Zeynal çox mütəəssir idi. S.Hüseyn. Mütəəssir etmək - halını dəyişdirmək, kefini pozmaq, əhvalını...

MÜTƏFƏKKİR (ID - 30283)

[ər.] 1. is. Dərin fəlsəfi fikir sahibi olan adam. Qədim yunan mütəfəkkirləri. Böyük mütəfəkkir və şair Nizami.
2. sif və zərfklas. Fikirli, fikirli-fikirli, fikirxəyal içində olan, dalğın. Əvvəl hakimi-şər mütəfəkkir...

MÜTƏFƏKKİRANƏ (ID - 30284)

zərf [ər. mütəfəkkir və fars. ...anə] bax mütəfəkkir 2-ci mənada. [Rzaquluxan] deyəsən, bir nəfər gözləyir kimi mütəfəkkiranə baxırdı. M.S.Ordubadi.

MÜTƏĞƏYYİR (ID - 30285)

sif və zərf [ər.] Dəyişmiş, başqalaşmış, əsil hal və surətini itirmiş, başqa hala (şəklə) düşmüş. Padşahın qızı (mütəğəyyir): - Söylə, söylə! Ə.Haqverdiyev. Fərhad bilirdi ki, Aslan onun halını mütəğəyyir görüb...

MÜTƏHƏRRİK (ID - 30286)

sif [ər.] Hərəkət edən, bir yerdə qərar tutmayan; oynaq. Mütəhərrik kölgələr gedir, gəlir, Əzizin başına toplanırdı. Ə.Əbülhəsən. [Casus] bayquş kimi boyunsuz, bədəninə görə yekə, lakin mütəhərrik başını əcaib və...

MÜTƏHƏRRİKLİK (ID - 30287)

is. Hərəkətdə olma vəziyyəti; hərəkət etmə, dövr etmə.

MÜTƏHƏYYİR (ID - 30288)

sif. [ər.] Özünü itirmiş, nə edəcəyini bilməyən, heyrətə düşmüş, çaşmış, çaşıb qalmış. Mütəhəyyir adam. // zərf Heyrət içində, çaşmış halda. 0ah Abbas mat və mütəhəyyir tamaşa edir. Ü.Hacıbəyov. Gövhərtac...

MÜTƏHƏYYİRANƏ (ID - 30289)

zərf[ər. mütəhəyyir və fars. ...anə] Çaşmış halda, heyrət içində, təəccüblə. Mütəhəyyiranə ətrafa baxmaq.

MÜTƏXƏSSİS (ID - 30290)

is. [ər.] Elm və ya texnikanın müəyyən sahəsində xüsusi biliyi olan, müəyyən ixtisas almış adam, ixtisas sahibi. Gənc mütəxəssis. Mütəxəssislərə qayğı bəsləmək. - Indi Bakı neft sənayesi şöhrəti uzaqlara yayılmış güclü...

MÜTƏXƏSSİSLİK (ID - 30291)

is. Mütəxəssis olma, ixtisas sahibi olma.

MÜTƏKƏBBİR (ID - 30292)

sif. [ər.] Lovğa, özündən razı; təkəbbürlü, məğrur, dikbaş. O vaxt acıqlı, qaşqabaqlı və mütəkəbbir müəllimlər ilə saziş eləmək doğrudan da ən çətin məsələlərdən birisi idi. F.Köçərli. [Zeynəb] kişilərə qarşı...

MÜTƏKƏBBİRANƏ (ID - 30293)

zərf [ər. mütəkəbbir və fars. ...anə] Təşəxxüslə, təkəbbürlə, özünü dartaraq, lovğa-lovğa, məğruranə, dikbaşlıqla. Qulamxan mütəkəbbiranə salam verib yuxarı başda əyləşir. M.S.Ordubadi.

MÜTƏKƏBBİRLİK (ID - 30294)

is. Mütəkəbbir olma, özünü dartma; lovğalıq, məğrurluq, dikbaşlıq.

MÜTƏKKƏ (ID - 30295)

is. [ər.] Uzunsov, dəyirmi balış. Mütəkkəyə dirsəklənmək. - Qonaq çadrasını başından açmayıb, oturdu mütəkkənin qabağında salınan döşəyin üstdə. E.Sultanov. Səfər cəld əlini mütəkkənin altına uzadıb xəncərini götürdü....

MÜTƏQABİL (ID - 30296)

sif və zərf [ər.] 1. Qarşı, qarşı-qarşıya olan, biri o birinin qarşısında olan. Mütəqabil tərəf Mütəqabil durmaq.
2. Qarşılıqlı. Mütəqabil yardım. - Mütəqabil məhəbbətlə dolu iki qəlb bir-birini danışıqsız anlayırdı....

MÜTƏLLA (ID - 30297)

sif [ər.] köhn. Qızıl suyuna çəkilmiş, zərli.

MÜTƏLLİM (ID - 30298)

sif [ər.] köhn. b ax mütəəllim1.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed