
MÜŞKÜLATis. [ər. “müşkül” söz. cəmi]
Həlli çətin iş; çətinlik, əngəl, maneə. Kim eylədi həll müşkülatın; Kim verdi bu qüssədən nicatın? Füzuli. Burada Ceyranın qarşısına yeni bir müşkülat çıxır. S.Hüseyn. 2. Müşkülatla şəklində zərf - çətinliklə. Bu bir min ədədi ki, belə müşkülatla düzəldə bildik, iki min ədədə gücümüz çatsa, genə min şükür eləməli. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|