MEDAL (ID - 28099)[fr.] Xüsusi xidmətlərinə, yaxud əməkdə göstərdiyi rəşadətə görə verilən, üzərində hər hansı bir qabarıq təsvir və ya yazı olan fərqlənmə nişanı. “Əməkdə fərqlənməyə görə” medalı. - [Tarverdi:] ..Yalan olsa,...
|
MEDALÇI (ID - 28100)is. 1. Məktəbi, kursu bitirdikdə yüksək müvəffəqiyyətlərinə görə medal almış (adam).
2. Sərgidə, baxışda medalla təltif edilmiş ev heyvanı. |
MEDALLI (ID - 28101)sif Medal almış, medalla təltif olunmuş, yaxud döşünə medal taxmış. Medallı əsgər.
|
MEDALYON (ID - 28102)[fr.] 1. İçərisinə şəkil və ya başqa bir şey qoyulan girdə və ya uzunsov kiçik qutu şəklində zərgərlik məmulatı. Eşqimdən nişana saxla sən bunu; Deyə o, mücrüdən zər medalyonu; Çıxarıb istəyir taxa boynuna. B.Vahabzadə.
incəs.... |
MEDİA (ID - 28103)is. [lat.] Dövri mətbuat.
|
MEDİTASİYA (ID - 28104)is. [lat.] fəls. Məqsədi insan psixikasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli fəaliyyət. Meditasiyanın psixoterapevtik cəhətləri. Meditasiya üsulları müxtəlifdir.
|
MEDİUM (ID - 28105)is. [lat.] Ruhlar aləmi ilə canlı insanlar arasında əlaqə yaradan şəxs.
|
MEDYE (ID - 28106)is. [mac.] Macarıstanda inzibatiərazi vahidi (tərkibinə dairə və şəhərlər daxildir).
|
MEDUZA (ID - 28107)[yunan əsatirində qanadlı əjdaha adından] zool. Bədəni həlməşik maddədən ibarət çoxayaqcıqlı dəniz heyvanı. Meduza açılmış və dəstəsilə suya batırılmış çətirə oxşayır. Meduza üzdüyü zaman onun qabarıq tərəfiyuxarıya...
|
MEGERA (ID - 28108)is. [yun.] Qədim yunan mifologiyasında qisasçı ilahələrdən birinin adı.
|
MEH (ID - 28109)is. [fars.] Xəfif yel, yüngül, yumşaq yel, sakit külək. Meh əsir. Meh gəlir. - Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən; İsti yoxdur, hələ var bir balaca meh gecədən. A.Səhhət. İndi çöldə xəfif meh əsdiyi üçün hava...
|
MEHLİ (ID - 28110)sif Meh əsən, xəfif küləkli. Mehli səhər.
|
MEHMAN (ID - 28111)is. [fars.] Qonaq. Bir-iki gün ki, sənə, ey nigar, mehmanəm; Nolur əgər tutasan hörmətin bu mehmanın? S.Ə.Şirvani. Mehman etmək (eləmək) - qonaq etmək, qonaq saxlamaq. Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eyləyəm....
|
MEHMANXANA (ID - 28112)is. [fars.] Başqa yerdən gələnlərin müvəqqəti yaşaması üçün xüsusi təchizatlı otaqları olan ev; qonaq evi. [Mozalanbəy:] Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı? Ə.Haqverdiyev.
|
MEHMANXANAÇI (ID - 28113)is. köhn. Mehmanxana sahibi, mehmanxana saxlayan adam.
|
MEHMANXANAÇILIQ (ID - 28114)is. köhn. Mehmanxana saxlamaqla məşğul olma, mehmanxana işi. Mehmanxanaçılıq həyatında bu cürə qadınlara tez-tez təsadüf edirəm. M.S.Ordubadi.
|
MEHMANNƏVAZ (ID - 28115)sif [fars.] Qonaqcıl, qonaqpərəst. Mehmannəvaz adam.
|
MEHMANNƏVAZLIQ (ID - 28116)is. Qonaqpərəstlik. Vaqiən İranın mehmannəvazlığının mislini qeyri yerdə, zənn edirəm, görmək olmaz. Məmmədquluzadə. Qədirin də, Qumrunun da mehmannəvazlığına etina etməyən Bədir bəy yerini dəyişmədi. Mir Cəlal.
|
MEHPARƏ (ID - 28117)klas. bax mahparə. Yanağın şəminə hüsni-Yusifinpərvanədir; Çox könüllər yəğmalandı sən yüzi-mehparədən. Nəsimi. Yoxsa kəndimizin o mehparəsi; Qismət olmayacaq sənə, yaxşı bil. M.Müşfiq.
|
MEHR1 (ID - 28118)is. [fars.] klas. Sevgi, məhəbbət. Könlün xoş isə, təbəssüm eylə! Mehrin var isə, tərəhhüm eylə! Füzuli. Mənə ol mahimehrim yəqinimdir ki, ram olmaz; Dedim ki, mehri çıxmaz sinədən, ömrüm tamam olmaz. S.Ə.Şirvani. □ Mehr...
|
MEHR2 (ID - 28119)is. [ər. məhr] Köhnə məişətdə: evlənən kişi tərəfindən aldığı qadına - qıza nikahda talaq üçün təyin edilən pul; kəbin pulu. [Hacı Qəmbər:] Dilbər əgər artıq-əskik danışsa, mehrin qoyaram qabağına, deyərəm: - Xoş...
|
MEHRAB (ID - 28120)is. [ər.] Məscidlərin qiblə tərəfdəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer. Zahidin mehrab içində zikrü taətdir işi. Nəsimi. Axund mehraba çatdıqda ayaq...
|
MEHRİBAN (ID - 28121)sif. [fars.] Çox yaxşı münasibət bəsləyən, səmimi, mehr bəsləyən, şəfqətli, xoş rəftarlı. Mehriban qadın. - [Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli, geniş qəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Mehriban sevgilim...
|
MEHRİBANANƏ (ID - 28122)[fars.] bax mehribancasına. Cəlil ağa Şəfiqəni yanına çağırıb, çox mehribananə söhbət başladı. İ.Musabəyov.
|
MEHRİBANCASINA (ID - 28123)zərf Mehribanlıqla, dostcasına, səmimiyyətlə. Mehribancasına qəbul etmək.
|
MEHRİBANÇILIQ (ID - 28124)dan. bax mehribanlıq. [Məmmədhəsən əmi:] Iş düz gətirməz, ortalıqdan mehribançılıq götürülər. C.Məmmədquluzadə. [Kəblə Rəcəbəli:] Dünyada mehribançılıqdan gözəl şey yoxdur. Ə.Haqverdiyev. [Qulu:] [Yusifin] xasiyyəti...
|
MEHRİBANLAŞMA (ID - 28125)“Mehribanlaşmaq” dan f.is.
|
MEHRİBANLAŞMAQ (ID - 28126) |
MEHRİBANLIQ (ID - 28127)is. Münasibətdə xoşluq, səmimilik, xoşrəftarlıq, dostluq, mehriban münasibət. Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm; Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm. M.P.Vaqif. Mehribanlıq beşiyimdir; Yerim bağça,...
|
MEHRLƏNMƏ (ID - 28128)“Mehrlənmək” dən f.is.
|
MEHRLƏNMƏK (ID - 28129)f Mehr salmaq; alışmaq, isinişmək.
|
MEHRSİZ (ID - 28130)sif Sevgisi, məhəbbəti olmayan; məhəbbətsiz. Leyli, gər olaydı bir həyasız; Ya sən kimi mehrsiz, vəfasız. Füzuli.
|
MEHTƏR (ID - 28131)is. [fars.] Ata qulluq edən, atabaxan. Mehtərlər də atları çəkdilər Aslan paşanın qabağına. “Koroğlu” . Itlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı bir-birinə qarışmışdı. S.S.Axundov.
|
MEHTƏRBAŞI (ID - 28132)is. Keçmişdə: paşaların, xanların, bəylərin atlarına baxan mehtərlərin başçısı; baş mehtər. Aslan paşa əmr elədi, mehtərbaşı qabaqca Dəmirçi oğlunun atını minib gərdişə gətirdi. “Koroğlu” . 0ah oğlu 0ah Abbas mehtərbaşının...
|
MEHTƏRXANA (ID - 28133)[fars.] is. Atların saxlandığı yer, tövlə. [Nuşapəri] atasının mehtərxanasına düşüb, handa bir yaxşı atı minib, üz qoydu şəhərdən çıxmağa. (Nağıl).
|
MEHTƏRLİK (ID - 28134)is. 1. Mehtərin işi, vəzifəsi. [Səfərəli:] Ağa, mən sizə aşpazlıq eyləyəcəyəm, ya mehtərlik? N.Vəzirov. Sarı, Dəmirova müraciət etdikdən sonra əmisi oğlu Qaranı göyxallı atın mehtərliyinə keçirmişdi. S.Rəhimov.
2.... |
MEHVƏR (ID - 28135)is. [ər.] 1. Öz ətrafında fırlanan bir şeyin ortasından keçən mil, ox.
Yer kürəsinin mərkəzindən keçərək iki qütbü bir-birinə birləşdirən xəyali xətt. məc. Bir şeyin əsasını, məğzini təşkil edən amil. Bu sözlər... |
MEXANİK (ID - 28136)[yun.] 1. Mexanika mütəxəssisi. Maşınların işləməsinə nəzarət edən, maşını işlədən adam. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə oturdular. Çəmənzəminli. Kursu başa vurub qayıtdı Rizvan; Kolxozda birinci...
|
MEXANİKA (ID - 28137)[yun. mechanike - alət] 1. Fizikanın, cisimlərin boşluqda (fəzada) yerdəyişmə qanunlarından bəhs edən şöbəsi. Nəzəri mexanika. // Texnikanın, hərəkət və qüvvə haqqındakı nəzəriyyənin praktik məsələlərin həllində tətbiqi...
|
MEXANİKİ (ID - 28138)sif. [yun. mechanike və ər. ...i] Mexanikanın öyrəndiyi hadisə və proseslərə aid olan. Mexaniki hərəkət. Mexanizmlər vasitəsilə işləyən, hərəkətə gətirilən, mexanizmi olan; mexanizmli. Mexaniki mişar. - [Musa dayı] daşları...
|
MEXANİKİLİK (ID - 28139)is. Qeyri-şüurilik, qeyriiradilik.
|
MEXANİKLƏŞDİRİLMƏ (ID - 28140)“Mexanikləşdirilmək” dən f.is.
|
MEXANİKLƏŞDİRİLMƏK (ID - 28141)məch. Maşın və mexanizmlər tətbiq edilmək. Kənd təsərrüfat işləri daha çox mexanikləşdirilir. // Əl əməyi maşın və mexanizmlərin işi ilə əvəz edilmək. Pambıq yığımı mexanikləşdirilib. Ağır işlərin çoxunun mexanikləşdirildiyi...
|
MEXANİKLƏŞDİRMƏ (ID - 28142)“Mexanikləşdirmək” dən f.is.
|
MEXANİKLƏŞDİRMƏK (ID - 28143)f Maşın və mexanizmlər tətbiq etmək. // Əl əməyini maşın və mexanizmlərin işi ilə əvəz etmək. Çay yığımını mexanikləşdirmək.
|
MEXANİKLƏŞMƏ (ID - 28144)“Mexanikləşmək” dən f.is. Mexanikləşmə artdıqca kənddə çilingərə ehtiyac daha da çoxalır. Ə.Sadıq.
|
MEXANİKLƏŞMƏK (ID - 28145)f Maşın və mexanizmlər tətbiq edilmək. // Əl əməyi maşın və mexanizmlərin işi ilə əvəz edilmək.
|
MEXANİKLİK (ID - 28146)is. Mexanikin sənəti, peşəsi, vəzifəsi. [Murad] ömrünün bir qismini Xəzər dənizində mexaniklikdə keçirdiyi üçün motor işlətməyi bilirdi. S.Hüseyn.
|
MEXANİSİST, MEXANİST (ID - 28147)[yun.] Mexanisizm tərəfdarı.
|
MEXANİSİZM (ID - 28148)[yun.] Nəticə etibarilə materiyanın hərəkət formalarının keyfiyyətcə müxtəlifliklərinin mexaniki hərəkətdən, inkişafın mürəkkəb və çoxcəhətli qanunauyğunluqlarının isə mexanikanın ən bəsit qanunlarından başqa bir şey...
|
Bu səhifə dəfə baxılıb