İzahlı lüğət

MƏHKUM (ID - 28499)

sif [ər.] 1. Haqqında məhkəmə tərəfindən hökm çıxarılmış, hər hansı bir cəzaya məhkum edilmiş. □ Məhkum etmək - haqqında hər hansı bir cəza hökmü çıxarmaq, cəza vermək. Ağır cəzaya məhkum etmək. - ..Belə ki, onu...

MƏHKUMİYYƏT (ID - 28500)

[ər.] bax məhkumluq 2-ci mənada. Məhkumiyyət sözünü dünya tarixindən; Silmək istəyirəm mən. M.Dilbazi.

MƏHKUMLUQ (ID - 28501)

is. 1. Etdiyi cinayətə görə məhkəmə cəzası alma. Məhkumluğun götürülməsi haqqında fərman. Məhkum olma, itaətdə, asılı vəziyyətdə qalma; asılılıq, tabelik, əsarət. Getdikcə Mirzə Valeh bir asılılıq, bir məhkumluq hiss...

MƏHLİQA (ID - 28502)

bax mahliqa. Vaqifa, bir məhliqayi-mehribanə meyil qıl; Ta kəmalieşqə ondan zərrə nöqsan olmaya! M.P.Vaqif.

MƏHLUL (ID - 28503)

is. [ər.] Bərk və ya duru maddənin suda və ya başqa bir mayedə həll olunması nəticəsində alman eynicinsli duru maddə. Dərman məhlulu. Marqanes məhlulu. // Müxtəlif maddələrin yekcins, xəmirə oxşar qatışığı. Əhəng məhlulu....

MƏHLULQARIŞDIRAN (ID - 28504)

is. xüs. Məhlulu qarışdırmağa məxsus maşın, cihaz. // Sif. mənasında. Məhlulqarışdıran maşın.

MƏHLULLU (ID - 28505)

sif Məhlul qarışıqlı, məhlulu olan.

MƏHPARƏ (ID - 28506)

b ax mahparə. Qəm alıb könlümü, çəkir zülmətə; Ta gəlməsə o məhparə xəbər ver. Aşıq Ariz.

MƏHRƏBA (ID - 28507)

is. Dəsmal. Bayraməli bəy daxil olur, ayağında çust, əlində məhrəba, başıaçıq, acıqlı ətrafa baxır. N.Vəzirov. Qızxanım nənə stəkanları təmiz ağ məhrəba ilə silə-silə [Almuradın] sözünü kəsdi. I.Əfəndiyev.

MƏHRƏM (ID - 28508)

sif və is. [ər.] 1. Çox yaxın sayılan, yaxın dost sayılan; sirdaş. O gedəndən bəri bir məhrəmim yox; Ləzzətim yox, söhbətim yox, dəmim yox. Q.Zakir. [Mirzə Heydər:] Əlbəttə, gərək heç bir şey gizləməyəsən. Çünki biz məhrəmik....

MƏHRƏMANƏ (ID - 28509)

zərf[ər. məhrəm və fars. ...anə] 1. Yaxın adam kimi, çox yaxın dost kimi; dostyana.
2. Gizlicə, gizli-gizli. O gül camalına mən aşiq olmasaydım əgər; Fəqani-bülbülə çox məhrəmanə baxmaz idim. Ə.Vahid.

MƏHRƏMLİK (ID - 28510)

is. Yaxınlıq, dostluq, sirdaşlıq.

MƏHRUM (ID - 28511)

sif [ər.] Nəsibi, hissəsi, payı olmayan; nəsibsiz. Istedaddan məhrum bir adam. Bilikdən məhrum. - Ruhnəvaz gözəl deyil idi, nəşəli təbiətdən məhrumdu.. Çəmənzəminli. □ Məhrum etmək (qılmaq) - binəsib etmək, birinin əlini...

MƏHRUMİYYƏT (ID - 28512)

is. [ər.] 1. Məhrum olma, binəsib olma, əli boşda qalma; binəsiblik, nəsibsizlik.
Ehtiyac. Siz .. aclığa və məhrumiyyətə qarşı sinənizi gərən təbrizlilərsiz. M.S.Ordubadi.

MƏHRUMLUQ (ID - 28513)

is. Məhrum olma; nəsibsizlik.

MƏHSUL (ID - 28514)

is. [ər.] 1. Torpaqda yetişdirilən taxıl, meyvə, tərəvəz və s. Məhsul yığımı. Buğda məhsulu. Üzüm məhsulu. Pambıq məhsulu. - Bahar yağıntılı keçdiyindən məhsul gözlənildiyindən qat-qat artıq olmuşdur. M.Rzaquluzadə. Indi...

MƏHSULAT (ID - 28515)

top. [ər. “məhsul” söz. cəmi] İstehsal olunan, əldə edilən, hasil edilən məhsulun məcmusu. Neft məhsulatı. - Yığılır hər tərəfdə məhsulat; Saxlanır anbar içrə məkulat. A.Səhhət. ..Yüksək daş körpü üstündə dayanıb...

MƏHSULDAR (ID - 28516)

sif. [ər. məhsul və fars. ...dar] 1. Çox məhsul verən; məhsullu, münbit, bərəkətli. Məhsuldar torpaq. - Ucubucağı görünməyən .. məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov.
Çox bar verən;...

MƏHSULDARLAŞDIRMA (ID - 28517)

“Məhsuldarlaşdırmaq” dan fis.

MƏHSULDARLAŞDIRMAQ (ID - 28518)

f. Daha da məhsuldar etmək, məhsul vermək qabiliyyətini artırmaq. Əməyi məhsuldarlaşdırmaq.

MƏHSULDARLAŞMA (ID - 28519)

“Məhsuldarlaşmaq” dan f.is.

MƏHSULDARLAŞMAQ (ID - 28520)

f Daha da məhsuldar olmaq, məhsuldarlığı artmaq. Istehsal qüvvələri dəyişir, əmək məhsuldarlaşır. Mir Cəlal.

MƏHSULDARLIQ (ID - 28521)

is. Məhsul vermə qabiliyyəti, bol məhsul vermə. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı. Məhsuldarlıq planını yerinə yetirmək. - [Qocalar] məhsuldarlıqdan, əmək günlərindən söhbət açırlar. S.Rüstəm.

MƏHSULLU (ID - 28522)

MƏHSULLULUQ (ID - 28523)

bax məhsuldarlıq.

MƏHSULSUZ (ID - 28524)

sif. Məhsulu olmayan. Məhsulsuz il. // Qeyri-münbit, məhsul verməyən; bərəkətsiz. Məhsulsuz yerlər.

MƏHSULSUZLUQ (ID - 28525)

is. Məhsulun olmadığı hal; qıtlıq, bərəkətsizlik. Torpağın məhsulsuzluğu.

MƏHSULVERİCİ (ID - 28526)

bax məhsuldar 1-ci mənada.

MƏHŞƏR (ID - 28527)

[ər.] 1. Bax qiyamət 1-ci və 3-cü mənalarda. Vaqifəm, hicrandır mənim məhşərim; Gecə-gündüz canan olmuş əzbərim. M.P.Vaqif. [Şahpəri:] Vallah, bir tufan var, bir qiyamət qopur ki, elə bil məhşərdir! Bayramov. □ Ərəsati-məhşər...

MƏHV (ID - 28528)

is. [ər.] Yox etmə, ortadan qaldırma, tələf etmə, puç etmə, məhvinə səbəb olma. Məhv etmək - yox etmək, puç etmək, tələf etmək, qırmaq. Siçanları məhv etmək. Həşəratı məhv etmək. Müharibə milyonlarla adamı məhv etdi....

MƏHVEDİCİ (ID - 28529)

sif. Məhv edən, yox edən, tələf edən; məhv etməyə qadir olan, dağıdıcı. Məhvedici atəş. Məhvedici təbii fəlakət. Məhvedici zərbə.

MƏHVEDİLMƏZ (ID - 28530)

sif. Məhv edilməsi mümkün olmayan, yox edilə bilməyən. Materiyanın hərəkəti və inkişafı əbədi olduğu kimi, ziddiyyətlərin mübarizəsi, köhnə ilə yeninin mübarizəsi qanunu da əbədidir, məhvedilməzdir. (Qəzetlərdən).

MƏHZ (ID - 28531)

əd. [ər.] Özündən sonra gələn sözü gücləndirir, nəzərə çarpdırır, ayırır; ancaq, yalnız, tək, təkcə, şübhəsiz, buna görə də. [Molla Həmid:] Hələ buyurun görək, zəhmət çəkməyinizdən qərəz məhz o cənabın ziyarətidir,...

MƏHZƏN (ID - 28532)

klas. bax məhz.

MƏHZƏR (ID - 28533)

is. [ər.] köhn. 1. Hazır olma.
Yığıncaq.
Cəmiyyət.
Akt, protokol.

MƏHZUN (ID - 28534)

sif. [ər.] Hüznlü, həzin, kədərli, qəmli, məlul, dərdli. Hüsaməddin baş endirib durdu, Qətibə isə qara və məhzun baxışlı gözlərini ona tərəf çevirdi. M.S.Ordubadi. [Dərviş:] Ruqiyyə məlul və məhzun (z.) evə getdi. A.Divanbəyoğlu....

MƏHZUNANƏ (ID - 28535)

MƏHZUNLUQ (ID - 28536)

is. Məhzun olma; qüssəlilik; hüzn, kədər, qəm, qüssə. [Qızın] qara ipək çadrası altında açıq buraxdığı üzündə bir məhzunluq hiss edilirdi. S.Hüseyn. [Axund] səsinə bir məlahət, bir məhzunluq verməyə çalışdı. Q.Qantəmir....

MƏXARİC (ID - 28537)

is. [ər. “məxrəc” söz. cəmi] Çıxar (mədaxil əksi). Kəndin mədaxili məxaricindən azdır. M.S.Ordubadi. [Daşdəmir Yusifə:] - ..Keçən il bostandan gələn pulu yoxlamaq, necə mədaxil olduğunu, hara məxaric olduğunu bilmək lazımdır....

MƏXƏZ (ID - 28538)

is. [ər.] 1. Bir şeyin alındığı yer, əsil yeri; mənbə.
xüs. Elmi tədqiqatın əsaslandığı yazılı abidə, sənəd, əsər və s.; mənbə. Tarixi məxəzlərdən istifadə etmək. - Başqa məxəzlərdə Naxçıvanın bu dövrdə ən...

MƏXFİ (ID - 28539)

sif və zərf [ər.] 1. Gizli, gizlicə, xəlvəti. Məxfi demək. - [Dostum] məxfi şeylər danışırmış kimi qulağıma əyildi. Mir Cəlal. [Qədir] nə qədər məxfi söz danışır danışsın, üç ağaclıqdan eşidilirdi. İ.Əfəndiyev....

MƏXFİLİK (ID - 28540)

is. Məxfi şeyin hal və keyfiyyəti. Məktubun, xəbərin məxfiliyi.

MƏXLƏS (ID - 28541)

ara s. [ər.] Müxtəsər, sözün qısası, xülasə. Məxləs, Nəbigil Qazangöldə Xocahan bəylərini tamam şil-küt eləyib qovladılar. “Qaçaq Nəbi” .

MƏXLUQ (ID - 28542)

top. [ər.] 1. Canlı varlıq, canlı vücud (insan, heyvan). Müsəlmanın təsəvvüründə .. şeytan hiyləgər məxluqdur, başında bir taskülah var.. C.Məmmədquluzadə. Lakin insan müstəsna bir məxluqdur. Mir Cəlal. [Xanın] yuxuda gördüyü...

MƏXLUQAT (ID - 28543)

[ər. “məxluq” söz. cəmi] klas. bax məxluq 1 və 2-ci mənalarda. Külliməxluqat yığıla; Çətindi sevdam dağıla.. “Koroğlu” . Əcaib məxluqat görünürdü,.. kimi buynuzlu və at ayaqlı idi, bəzisi yarı öküz, yarı adam idi....

MƏXLUT (ID - 28544)

is. [ər.] köhn. Qarışıq, xəlitə.

MƏXMƏR (ID - 28545)

is. [ər.] Üzü qısa xovlu parlaq ipək parça. [Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta... hər şeyim var. Ü.Hacıbəyov. // Məxmərdən tikilmiş, məxmərdən olan, üzünə məxmər çəkilmiş. Məxmər döşək. Məxmər pərdə. - Abı...

MƏXMƏRƏK (ID - 28546)

is. [ər. məxmər və fars. ...ək] tib. Qırmızı səpki şəklində yoluxucu uşaq xəstəliyi.

MƏXMƏRGÜLÜ (ID - 28547)

is. bot. Qırmızı rəngli, topləçəkli bir gül. Bu yerlərdə nə istəsən taparsan: sarmaşığımı, dəvəçiçəyinimi, məxmərgülünümü, dağlaləsinimi deyim, hansı birisini deyim? Mir Cəlal.

MƏXMƏRİ (ID - 28548)

sif [ər.] Məxmərə oxşar, məxmər kimi; zərif, yumşaq. Məxməri ot. Məxməri ormanlarda çiçək dərdiyin yerdə; Baxarsan, çiçəklər var, açar kölgəliklərdə. Ə.Cavad. □ Məxməri bənövşə bot. - bənövşənin bir növü. [Ceyran...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed