İzahlı lüğət

MƏHRUM

sif [ər.] Nəsibi, hissəsi, payı olmayan; nəsibsiz. Istedaddan məhrum bir adam. Bilikdən məhrum. - Ruhnəvaz gözəl deyil idi, nəşəli təbiətdən məhrumdu.. Çəmənzəminli. □ Məhrum etmək (qılmaq) - binəsib etmək, birinin əlini boşa çıxarmaq, bir şeyi əlindən almaq. Qılma Ələsgəri məhrumididar; Tərəhhüm et mənə bir busə, ey yar! Aşıq Ələsgər. [Şeyx Sənan dərvişə:] Baba dərviş! Qılmayın lütfən; Bizi məhrum feyzisöhbətdən. H.Cavid. Məhrum olmaq - binəsib olmaq, əlindən çıxmaq, əli boş qalmaq, əli çıxmaq. [Dostəli:] ..Hərgah ləziz taamdan məhrum olmaq istəmirsənsə, sən də tez ol, get, ondan xörək al, ye. Ü.Hacıbəyov. Qətibənin çöhrəsi öz arzu və əməlindən məhrum olan qızın çöhrəsinə bənzəyirdi. M.S.Ordubadi. // Xəbər şəkilçisi ilə: məhrumdur yoxdur, malik deyil. Bu yerlər bitkidən məhrumdur. - [friduna] elə gəlirdi ki, qadın nəvazişi və məhəbbətilə isinməyən bir qəlb səadətdən məhrumdur. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

M

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed