
MƏHSULATtop. [ər. “məhsul” söz. cəmi] İstehsal olunan, əldə edilən, hasil edilən məhsulun məcmusu. Neft məhsulatı. - Yığılır hər tərəfdə məhsulat; Saxlanır anbar içrə məkulat. A.Səhhət. ..Yüksək daş körpü üstündə dayanıb ətrafdan şəhərə ərzaq və bostan məhsulatı gətirən kirəçiləri seyrə dalmışdım. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|