İzahlı lüğət

MASSİV (ID - 27949)

[fr.] 1. coğr. Geoloji quruluş cəhətdən bir cür olan yastı dağ təpələrindən ibarət sahə. Tyan-şan massivi.
2. Hər hansı əlamətlərinə görə bir cür olan geniş sahə. Meşə massivi. Çöl massivi. - Eldar [atın] üstündə pambıq...

MASTİKA (ID - 27950)

[yun.] 1. Cürbəcür məqsədlər üçün işlədilən müxtəlif tərkibli qəliz maddə.
Döşəməyə sürtmək üçün tərkibində mum və boya olan maddə. Döşəməni mastika ilə silmək.

MASTİT (ID - 27951)

is. [yun.] tib. Döş vəzisinin iltihabı, döşgəlmə.

MAŞ (ID - 27952)

is. bot. Lobya.

MAŞA (ID - 27953)

MAŞALAMA (ID - 27954)

“Maşalamaq” dan f.is.

MAŞALAMAQ (ID - 27955)

f Maşa ilə qurdalamaq. Ocağı maşalamaq.

MAŞALLAH (ID - 27956)

[ər.] “Allah gözdən saxlasın” , “afərin” , “mərhəba” kimi mənalarda bəyənmə və tərif bildirir. [Mirzə:] Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır. Ə.Haqverdiyev. [Anası:] Oğlum axırda oxuyub nəçərnik...

MAŞIN (ID - 27957)

[fr. əsli lat.] 1.Enerjini bir şəkildən başqa şəklə salmaq yolu ilə hər hansı bir faydalı iş görən mexanizm və ya mexanizmlər toplusu. Hesablayıcı maşın. Çap maşını. Tikiş maşını. □ Yazı maşını - mətni çap etmək üçün...

MAŞINÇI (ID - 27958)

is. 1. Bax maşinist.
2. Maşında işləyən fəhlə. Gənc maşınçı, nasosu yağlayan yaşlı bir arvad və Şəfiqə dayanmış nasosu gözdən keçirirdilər. H.Seyidbəyli.

MAŞINÇILIQ (ID - 27959)

is. Maşınçının işi, sənəti; maşinistlik. [Gülüş Atakişiyə:] Mən səni dəmir yolunda maşınçılıq kurslarına yazdıracağam, gedərsinizmi? C.Cabbarlı.

MAŞINXANA (ID - 27960)

is. [lat. machina və fars. ...xanə] Maşınların olduğu bina, maşınlar işləyən yer. Mexaniki zor ilə maşınxanadan kənara çıxartdılar. H.Nəzərli.

MAŞINKA (ID - 27961)

[rus.] 1. Bax pilətə. Rüstəm kişi.. maşınkanı yandırıb qazanı onun üstünə qoydu. M.İbrahimov. Kəramət ətə soğan qatıb, kotletlik hazırlamağa başladıqda, Qafar ayağa qalxdı, neft maşınkasını yandırdı. Ə.Əbülhəsən.
2....

MAŞINQAYIRAN (ID - 27962)

is. 1. Maşınqayırma sənayesi işçisi.
2. Bax maşınqayırma.

MAŞINQAYIRMA (ID - 27963)

is. Maşın emalı, maşın istehsalı. Maşınqayırma zavodu. Maşınqayırma sənayesi.

MAŞINLAMA (ID - 27964)

“Maşınlamaq” dan f.is.

MAŞINLAMAQ (ID - 27965)

f 1. Tikiş maşınında tikmək. Paltarı maşınlamaq.
2. Maşınla qırxmaq. [Qarakişi:] Gəldim ki, bir başımı maşınlayasan, ay Yusif! B.Bayramov.

MAŞINLANMA (ID - 27966)

“Maşınlanmaq” dan f.is.

MAŞINLANMAQ (ID - 27967)

məch. 1. Tikiş maşınında tikilmək. Köynək maşınlanıb.
2. Maşınla qırxılmaq.

MAŞINLAŞDIRILMA (ID - 27968)

“Maşınlaşdırılmaq” dan f.is.

MAŞINLAŞDIRILMAQ (ID - 27969)

məch. İstehsalata maşınlar, mexanizmlər tətbiq edilmək.

MAŞINLAŞDIRMA (ID - 27970)

“Maşınlaşdırmaq” dan f.is.

MAŞINLAŞDIRMAQ (ID - 27971)

f İstehsalata maşınlar, mexanizmlər tətbiq etmək, istehsalatı mexanizmləşdirmək. İstehsal proseslərini maşınlaşdırmaq. - [Yaşar:] Biz təsərrüfatı maşınlaşdırmaqla təbiətin əlində olan bütün sərvəti ancaq sinifsiz cəmiyyətin...

MAŞINLAŞMA (ID - 27972)

“Maşınlaşmaq” dan f.is.

MAŞINLAŞMAQ (ID - 27973)

f Maşınlarla, mexanizmlərlə təchiz olunmaq, istehsalata maşın tətbiq olunmaq. Azərbaycan kəndləri sürətlə maşınlaşır. İ.Əfəndiyev.

MAŞINLATDIRMA (ID - 27974)

“Maşınlatdırmaq” dan f.is.

MAŞINLATDIRMAQ (ID - 27975)

f 1. Tikiş maşınında tikdirmək. Yorğanüzünü maşınlatdırmaq.
2. Maşınla qırxdırmaq. [Adil:] [Atam] saçını dibindən maşınlatdırdığı üçün həmişəkindən arıq görünürdü. B.Bayramov.

MAŞINLI (ID - 27976)

sif Maşmı olan; maşınlar, mexanizmlər tətbiq edilən. Maşınlı təsərrüfat.

MAŞINSÜRƏN (ID - 27977)

is. Maşını idarə edən işçi; sürücü.

MAŞINŞÜNAS (ID - 27978)

is. [lat. machina və fars. ...şünas] Maşınşünaslıq mütəxəssisi.

MAŞINŞÜNASLIQ (ID - 27979)

is. Maşın və mexanizmlərin təsviri və nəzəriyyəsi haqqında fənn. Maşınşünaslıq kursu.

MAŞİNİST (ID - 27980)

[lat.] Maşmı (parovozu, elektrovozu və s.) idarə edən işçi. Baxın cavan maşinistə, nəğmə söyləyir; Hərəkətə gətirərək ilkparovozu. S.Rüstəm. Qatarları sürən maşinistlər hamısı Fərmanla tanışdır. Ə.Sadıq.

MAŞİNİSTKA (ID - 27981)

[rus.] bax makinaçı.

MAŞİNİSTLİK (ID - 27982)

is. Maşını idarəetmə işi, maşinistin işi, peşəsi, sənəti. [Dursun] maşinistliyə, şoferliyə, montyorluğa da qızlardan şagird qoydu. Ə.Əbülhəsən.

MAT (ID - 27983)

is. [fars.] 1. Heyrət içində olan, təəccüblənmiş. Mən bu işə matam. □ Mat etmək - b a x mat qoymaq. Yaşı on səkkizə yenicə yetmiş; Gözəllikdə tamam xəlqi mat etmiş. M.P.Vaqif. Fəqirlərə yüz minlərlə ehsan edib, bütün şəhəri...

MATADOR (ID - 27984)

MATAH (ID - 27985)

is. [ər. “mətə” sözünün canlı dildə işlənən forması] Qiymətli, aztapılan şey, əziz şey (adətən istehza məqamında işlənir). [Qasım kişi:] Qadam onun qulaqlarına da, gözlərinə də, qaşlarına da, çox matah şeydi, hələ...

MATAN (ID - 27986)

sif və is. dan. Kök, ağ, göyçək, koppuş. Matan bala. Matan qız.

MATARA (ID - 27987)

bax mətərə.

MATÇ (ID - 27988)

[ing.] Şahmat və ya idmanın bu və ya başqa növü üzrə iki rəqib, yaxud iki komanda arasında keçirilən yarış. Şahmat matçı. - [Dostum] bu axşam şəhərdə futbol matçı olacağından oraya getməli idi. M.Rzaquluzadə.

MATDIM-MATDIM (ID - 27989)

zərf. matdım-matdım baxmaq - susmuş, sakit dayanmış halda gözlərini bir nöqtəyə zilləyib təəccüblə baxmaq. [Cəbi] çox vaxt matdım-matdım bir nöqtəyə .. baxırdı. N.Nərimanov. Çox ağır nəfləs alıb inləyirdi dərindən; Matdım-matdım...

MATERİAL (ID - 27990)

[lat.] 1. Bir şey qayırmaq, istehsal etmək, qurmaq üçün işlədilən cisim, şey, maddə, ləvazimat, xammal. Tikinti materialı. - [Direktor:] Material var. Taxtaşalban göndəriblər. M.Hüseyn. Qum, çınqıl və başqa materiallar daşıyan...

MATERİALBAZ (ID - 27991)

is. [lat. materialis və fars. ...baz] Başqası haqqında düşmənçilik, qərəzkarlıq məqsədilə material verməyi özünə peşə etmiş adam; donosçu.

MATERİALBAZLIQ (ID - 27992)

is. Başqası haqqında düşmənçilik və qərəzkarlıq məqsədilə material vermə; donosbazlıq. O, materialbazlıq, dedi-qodu, giley-güzar ilə də məşğul olmamışdı. “Kirpi” .

MATERİALİST (ID - 27993)

[fr.] Fəlsəfi materializm tərəfdarı.

MATERİALİSTCƏSİNƏ (ID - 27994)

zərf Materializmə əsaslanaraq, materializm prinsipləri əsasında. Təbiəti materialistcəsinə dərk etmək. Məsələyə materialistcəsinə yanaşmaq.

MATERİALİZM (ID - 27995)

[fr.] İdealizmin əksinə olaraq, şüura, təfəkkürə nisbətən materiyanın, təbiətin, obyektiv varlığın ilkinliyini, şüurdan, təfəkkürdən asılı olmayaraq, dünyanın obyektiv varlığını və onun qanunauyğunluqlarının dərk olunmasının...

MATERİALŞÜNAS (ID - 27996)

is. [lat. material və fars. ...şünas] Materialşünaslıq mütəxəssisi.

MATERİALŞÜNASLIQ (ID - 27997)

is. Istehsalın hər hansı bir sahəsinə aid olan materiallar haqqında elm.

MATERİK (ID - 27998)

[lat. ] coğr. Hər tərəfdən dəniz və okeanlarla əhatə olunmuş ən böyük quru sahəsi; qitə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed