İzahlı lüğət

MAT

is. [fars.] 1. Heyrət içində olan, təəccüblənmiş. Mən bu işə matam. □ Mat etmək - b a x mat qoymaq. Yaşı on səkkizə yenicə yetmiş; Gözəllikdə tamam xəlqi mat etmiş. M.P.Vaqif. Fəqirlərə yüz minlərlə ehsan edib, bütün şəhəri öz səxavət və mərhəmətinə mat etmişdi. C.Cabbarlı. Mat qalmaq - təəccüblənmək, heyrət etmək, heyrətlənmək. Bu işlərə mat qalmışam. - Ağca xanım .. divanın altına baxdı və Qaraca qızı orada görməyib mat qaldı. S.S.Axundov. Məclisdəkilər o qədər şiddətlə bu sözü alqışladılar ki, Cəfərqulu özü də mat qaldı. Qantəmir. Mat qoymaq - heyrətləndirmək, təəccübləndirmək.
Şahmat oyununda: məğlubiyyət, məğlub olma. □ Mat etmək - məğlub etmək, udmaq, aparmaq. Rəqibi mat etmək. Mat qalmaq - uduzmaq, məğlub olmaq. Mat qoymaq - b a x mat etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed