
MATAHis. [ər. “mətə” sözünün canlı dildə işlənən forması] Qiymətli, aztapılan şey, əziz şey (adətən istehza məqamında işlənir). [Qasım kişi:] Qadam onun qulaqlarına da, gözlərinə də, qaşlarına da, çox matah şeydi, hələ durub onu tutub qulaqlarını da .. axtaracağam ki, görüm haradadı. C.Məmmədquluzadə. [Məhərrəmin anası:] Apar matahını evində saxla, indi ki, çörəyimizə naşükürlük edir. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|