İzahlı lüğət

MƏTLƏB (ID - 28999)

is. [ər.] 1. Arzu, istək, dilək, istənilən şey, məqsəd. Çox gözəl, çox yaxşıdır, lap Bakı məktəbidir; Məktəb bizim kolxozun çoxdankı mətləbidir. R.Rza. □ Mətləbə yetmək (nail olmaq, çatmaq), mətləbi hasil olmaq - istəyinə...

MƏTLUB (ID - 29000)

is. [ər.] klas. Tələb olunan, arzulanan, istənilən şey; arzu, istək. Dedim: Məcnun kimi çöldə qalmışam; Dedi: - Mən ki, mətlubumu almışam. Aşıq Cəlal.

MƏTN (ID - 29001)

is. [ər.] 1. Yazılmış və ya çap edilmiş halda olan hər cür nitq (ədəbi əsər, sənəd və i.a., habelə onlardan bir hissə, bir parça). Pyesin mətni. // Əsasən tədris üçün olan hər hansı ədəbi əsərin müəyyən hissəsi. Farsca...

MƏTNŞÜNAS (ID - 29002)

is. [ər. mətn və fars. ...şünas] Mətnşünaslıq mütəxəssisi.

MƏTNŞÜNASLIQ (ID - 29003)

is. Filologiyanın, ədəbi abidələrin və tarixi sənədlərin dəqiq mətnini müəyyənləşdirməklə məşğul olan sahəsi.

MƏVA (ID - 29004)

is. [ər.] klas. Yurd, məskən, məkan, yer. Hər kəsin var bir mənzili, məvası; Aləmdə Zakir tək avara kimdir? Q.Zakir. Iştə Qafqaz!.. Səfialı bir məva; Allah-Allah, nədir bu abü həva! H.Cavid. // məc. Yuva. Həm gözəl, həm yeyin...

MƏVACİB (ID - 29005)

is. [ər.] köhn. Maaş, əmək haqqı. [Qulu:] Mən hətta bir neçə adam bilirəm ki, mənim ağamdan az məvacib alırlar. N.Nərimanov. [Əmrah:] Ayda iki manat məvacib verirlər, onu da adama zəhrimardan pis eləyirlər. Ə.Haqverdiyev. [Pristav...

MƏVACİBLİ (ID - 29006)

sif. Maaşlı, əmək haqqı ilə olan.

MƏYUS (ID - 29007)

sif. və zərf [ər.] Ümidsiz, ümidini kəsmiş, ruhdan düşmüş; naümid; qəmli, qüssəli, bikef, pərişan, pərt. Məyus adam. Məyus oturmaq. - [Nemət] yorğun və məyus bir halda evə dönüb yatdı. Çəmənzəminli. Uşaq firtıqlı burnunu...

MƏYUSANƏ (ID - 29008)

[ər. məyus və fars. ...anə] bax məyuscasına.

MƏYUSCASINA (ID - 29009)

zərf Məyus halda; məyus-məyus. Məyuscasına cavab vermək.

MƏYUSLAŞMA (ID - 29010)

“Məyuslaşmaq” dan f.is.

MƏYUSLAŞMAQ (ID - 29011)

f Məyus olmaq, əhvalı pozulmaq, ruhdan düşmək. Pis xəbərdən məyuslaşmaq.

MƏYUSLUQ (ID - 29012)

is. Arzunun baş tutmaması üzündən insanda əmələ gələn kədər, ruh düşkünlüyü, pərişanlıq, ümidsizlik hissi. Məşədi Əhmədin ailəsində böyük bir məyusluq davam edib gedirdi. S.Hüseyn. [Nizami:] Qəhrəman insanların böyük...

MƏZAC (ID - 29013)

is. [ər. mizac] 1. Xasiyyət, təbiət; temperament.
Əhval, hal. Həsən bəyin məzacı necədir? A.Şaiq. □ Məzacı pozulmaq - halı (əhvalı) pozulmaq, xəstələnmək, naxoşlamaq. Sən demədinmi, dumada rəf olur ehtiyacımız? Mən demədimmi,...

MƏZAR (ID - 29014)

is. [ər.] Qəbir. Mən bu dərd ilə əgər ölsəm, məzara qoymayın; Üstümə ol tuti dilli şux nigarım gəlməmiş. M.P.Vaqif. Qazdır məzarımı çeşmə başında; Sal sinəm üstündən yol, incimərəm. Aşıq Ələsgər.

MƏZARÇI (ID - 29015)

bax qəbirqazan 1-ci mənada. [Musa] Raufla Məsud getdiyi tərəfə baxaraq məzarçıya [deyir]. H.Cavid. [Şair:] Məzarçı qəbrimi dərin qazacaq. M.Rahim.

MƏZARDAŞI (ID - 29016)

bax qəbirdaşı. [Murad] bir qismi ərəbcə və farsca, bir qismi türkcə yazılan məzardaşlarının sahiblərinin vəfat tarixlərini oxuyurdu. S.Hüseyn. Hər saxsı parçası, hər məzardaşı; Nəsildən-nəsilə bir yadigardır. S.Vurğun.

MƏZARISTAN (ID - 29017)

[ər. məzar və fars. ...stan] bax qəbiristan. [Xacə Firuz:] Məlun sənsən ki, məmləkəti məzarıstana döndəribsən! Ə.Haqverdiyev. Baxışoğlu Həsən məzarıstana getdiyi vaxt öz qulağı ilə Molla Əkbərin ağzından bu sözləri eşitmişdi....

MƏZARLIQ (ID - 29018)

is. Qəbiristan. Kim baxarsa haçan bizim şəhərə; Bir məzarlıq kimi gəlir nəzərə. A.Səhhət. Bürümüş ən nəhayət kölgələr baxışını; İndi gözəl xəyalı məzarlıq aləmində. M.Müşfiq.

MƏZDƏKİ(LƏR) (ID - 29019)

is. Məzdəkizm hərəkatının iştirakçılarına verilən ad.

MƏZDƏKİLİK (ID - 29020)

b ax məzdəkizm.

MƏZDƏKİZM (ID - 29021)

is. tar. V-VI əsrlərdə İranda Məzdəkin rəhbərliyi altında feodallara və ruhanilərə qarşı yönəldilmiş xalq hərəkatı.

MƏZDƏMƏ (ID - 29022)

“Məzdəmək” dən f.is.

MƏZDƏMƏK (ID - 29023)

f dan. 1. İcazəsiz və təklifsiz acgözlüklə yemək. Xörəyi məzdəmək.
məc. Mənimsəmək, içəri salmaq. [Əhməd:] Mənim də əlimə düşəydi sənin pulların, nə səliqə ilə məzdərdim. N.Vəzirov.

MƏZƏ (ID - 29024)

is. [fars.] 1. Adətən iştaha üçün əsas yeməkdən qabaq və ya onunla birlikdə, yaxud içki içilərkən yeyilən müxtəlif yüngül yeməklər; çərəz. Süfrəyə məzə düzmək. - Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxır ilə...

MƏZƏLİ (ID - 29025)

sif 1. Dadlı, ləzzətli, tamlı. Məzəli xörək. - Vəsf eylədiyim zövqlə ənharibehiştin; Kövsər məzəli şərbəti-reyhanın üçündür. M.Ə.Sabir.
Əyləndirici, könülaçan, gülməli, güldürücü, duzlu. Məzəli söhbətlər....

MƏZƏLİLİK (ID - 29026)

is. Məzəli adamın hal və hərəkəti; oyunbazlıq, təlxəklik. □ Məzəlilik etmək (eləmək) - gülməli hərəkətlər etmək, oyun çıxartmaq, hoqqabazlıq etmək, təlxəklik etmək. [Pəri Cadu:] Bu da bizim dəlimizdir. Belə məzəlilik...

MƏZƏLLƏT (ID - 29027)

is. [ər.] Zəlillik, həqarət, alçaqlıq, xarlıq, etibarsızlıq. Məzəllətdə yaşamaq.

MƏZƏMMƏT (ID - 29028)

is. [ər.] Danlama, qınama, danlayış, töhmət. İctimai məzəmmət. - Uşaqlara Xudayar bəyin məzəmməti tük qədər də kar eləmədi. C.Məmmədquluzadə. // Narazılıq, məmnunsuzluq. [Rəşid:] ..Onun ilıq təbəssümündə, yorğun baxışlarında...

MƏZƏMMƏTEDİCİ (ID - 29029)

sif Məzəmmətli, töhmətli. Məzəmmətedici nəzər. - [Mirhaşım] məzəmmətedici baxışlarla Şücanizama baxdı. P.Makulu.

MƏZƏMMƏTLƏMƏ (ID - 29030)

“Məzəmmətləmək” dən f.is.

MƏZƏMMƏTLƏMƏK (ID - 29031)

f Məzəmmət etmək, danlamaq, qınamaq. ..Gülara xanım [qızı] məzəmmətləməyə başladı. S.Rəhman. [Gülnaz] gənclə görüşə razılıq verdiyi üçün özünü məzəmmətlədi. Q.Ilkin.

MƏZƏMMƏTLƏNMƏ (ID - 29032)

“Məzəmmətlənmək” dən f.is.

MƏZƏMMƏTLƏNMƏK (ID - 29033)

məch. Məzəmmət olunmaq, danlanmaq. Uşaq nahaq yerə məzəmmətləndi.

MƏZƏMMƏTLİ (ID - 29034)

sif Töhmətli, danlaqlı, töhmətləndirici, məzəmmət ifadə edən. Məzəmmətli söz. - Oğlunun bu məzəmmətli sualı, deyəsən, kişinin ürəyini qanatdı. M.Rzaquluzadə. [Cavan kəndli] Namazın da üzündə məzəmmətli bir ifadə oxuyub,...

MƏZƏNNƏ (ID - 29035)

is. [ər.] 1. Bazar qiyməti, nırx, müəyyən olunmuş qiymət. Günün məzənnəsi. - [Axund:] [Xoruzu] məzənnədən aşağı satmayasan. B.Talıblı. □ Məzənnə qoymaq - nırx təyin etmək, qiymətini müəyyənləşdirmək. Məzənnəsi düşmək...

MƏZƏNNƏLƏŞMƏ (ID - 29036)

"Məzənnələşmək” dən f.is.

MƏZƏNNƏLƏŞMƏK (ID - 29037)

qarş. Qiyməti müəyyənləşmək, qiymət qoymaq, kəsişmək, sövdələşmək. Danışıb məzənnələşmək.

MƏZHƏB (ID - 29038)

is. [ər.] 1. Din. Islam məzhəbi. Xristian məzhəbi. - Əgər övrəti bu əməldən xəbərdar olsa, haman saat ərindən boşanar və boşanmağına da məzhəbləri ixtiyar verər. Məmmədquluzadə. Bizim babalar məzhəb ayrılığını bəhanə...

MƏZHƏBSİZ (ID - 29039)

sif. 1. Dinsiz, dinə inanmayan, laməzhəb.
2. Söyüş kimi işlədilir.

MƏZHƏKƏ (ID - 29040)

is. [ər. müzhikə] 1. Gülməli, güldürücü danışıq, söhbət, hərəkət, oyun; əhvalat, lətifə. Yol uzunu Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü. S.S.Axundov. Usta Murtuz xəstənin ürəyini açmaq üçün şirin söhbətlər...

MƏZHƏKƏÇİ (ID - 29041)

is. Oyun, yaxud gülməli sözlərlə adamları güldürən adam; oyunbaz, təlxək. Padşahın nədimləri, məzhəkəçiləri onu əyləndirmək üçün gülməli nömrələr hazırlayır və məşq edirdilər. M.S.Ordubadi. // Kloun, komik artist,...

MƏZHƏKƏÇİLİK (ID - 29042)

is. Məzhəkəçinin işi, peşəsi; gülməli oyunlar çıxarma; təlxəklik, oyunbazlıq. ..Müdir izahat verərək dedi: -Bu qızlar məzhəkəçilik və nədimlik öyrənmiş qızlardır. M.S.Ordubadi.

MƏZHƏKƏLİ (ID - 29043)

sif. Məzmununda məzhəkə olan; gülməli, güldürücü. Məzhəkəli danışıq.

MƏZHƏKƏNƏVİS (ID - 29044)

is. [ər. məzhəkə və fars. ...nəvis] köhn. bax məzhəkəyazan.

MƏZHƏKƏNƏVİSLİK (ID - 29045)

is. köhn. Məzhəkə yazma sənəti; komedioqraflıq. ..Məzhəkənəvislikdə [Qoqola] bərabər Rusiyada hələ bir kəs tapılmayıb. C.Məmmədquluzadə.

MƏZHƏKƏYAZAN (ID - 29046)

is. Komediya yazan yazıçı; komedioqraf. Varmı şerimizdə məzhəkəyazan? Oxucu gözləyir bunu hər zaman. S.Vurğun. XIXəsrin sonu və XXəsrin əvvəllərində .. kiçik məzhəkəyazanlar, vodevilçilər də yox deyildi. Ə.Sultanlı.

MƏZİYYƏT (ID - 29047)

is. [ər.] Bir şeyin, adamın üstünlüyünü təşkil edən xüsusiyyəti. Hər bir şairin, yazıçının, dramaturqun ən böyük məziyyətlərindən birisi onun mövzu seçməyi bacarmasıdır. C.Cabbarlı. [Zeynal] hər kəslə tanış olduqda...

MƏZİYYƏTLİ (ID - 29048)

sif. Yaxşı xüsusiyyətləri ilə seçilən; üstün.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed