
MƏZİYYƏTis. [ər.] Bir şeyin, adamın üstünlüyünü təşkil edən xüsusiyyəti. Hər bir şairin, yazıçının, dramaturqun ən böyük məziyyətlərindən birisi onun mövzu seçməyi bacarmasıdır. C.Cabbarlı. [Zeynal] hər kəslə tanış olduqda özünün məziyyətlərindən bəhs etməyi sevərdi. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|