
MƏZƏMMƏTis. [ər.] Danlama, qınama, danlayış, töhmət. İctimai məzəmmət. - Uşaqlara Xudayar bəyin məzəmməti tük qədər də kar eləmədi. C.Məmmədquluzadə. // Narazılıq, məmnunsuzluq. [Rəşid:] ..Onun ilıq təbəssümündə, yorğun baxışlarında bir məzəmmət duyurdum. I.Hüseynov. □ Məzəmmət etmək- bax məzəmmətləmək. Uşağı məzəmmət etmək. - Dədəm başladı gündə məni məzəmmət eləməyə. Çəmənzəminli. Xalamın əri Mürsəl kişi gecikdiyim üçün məni və atamı məzəmmət edirdi. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|