
MƏVACİBis. [ər.] köhn. Maaş, əmək haqqı. [Qulu:] Mən hətta bir neçə adam bilirəm ki, mənim ağamdan az məvacib alırlar. N.Nərimanov. [Əmrah:] Ayda iki manat məvacib verirlər, onu da adama zəhrimardan pis eləyirlər. Ə.Haqverdiyev. [Pristav qorodovoylara:] Müftəcə məvacib alıb, il uzunu bircə qəpikliksə də iş görmək istəmirsiniz.. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|