İzahlı lüğət

MADMAZEL (ID - 27599)

[fr.] Fransada, 1917-ci il inqilabından qabaq isə Rusiyada və bəzi başqa ölkələrdə: adətən kübar qızların, yaxud subay qadınların adlarına qoşulan söz; xanım. [Məmdəli:] Mən ki, bir şux madmazel eşqində əldən getmişəm! M.Ə.Sabir....

MADONNA (ID - 27600)

[ital.] Katoliklərdə: İsanın anası sayılan Məryəmə verilən ad, habelə onun heykəli və ya şəkli.

MADYAN (ID - 27601)

is. [fars.] Dişi at. Boğaz madyan. - Tağı əmi.. atları suvarmağa göndərəndə, mənə də boz madyana minməyə izin verdi. S.S.Axundov.

MADYAR (ID - 27602)

is. Macarların özlərinə verdikləri ad.

MAESTRO (ID - 27603)

[ital.] Bəstəkara, dirijora və ya başqa görkəmli incəsənət xadiminə hörmət üçün verilən ad.

MAƏDA (ID - 27604)

[ər.] köhn. Başqa, əlavə. Bunlardan maəda, Vaqifin .. yazdığı müxəmməsin məali-pürməzmunu həmişə doğruluq üzrə qalıb... F.Köçərli. Rzaquluxanın Iran səfiərinə məktəb və darülfünun yoldaşlarından maəda, mürəbbiyəsi...

MAFAR (ID - 27605)

is. [ər.] İmkan, macal. □ Mafar verməmək - tələsdirmək, macal verməmək. [Faytonçu:] Adə, çöllü balası, ağzını açıb hara baxırsan, otur gedək, yoxsa vağzalın xəzpuşları mafiar verməz, heybəni çiynindən, papağını başından...

MAFƏ (ID - 27606)

is. [ər.] İçərisinə tabut qoyulub aparılan xərək. Səlim qocanı yudu, kəfənlədi, sonra mafəyə qoydu, həmən dediyi gül ağacının dibində basdırdı. (Nağıl). Əzizim, qönçə gedər; Gül açmaz, qönçə gedər; Mafənin qabağında;...

MAFİYA (ID - 27607)

is. [ital.] Terror yolu ilə məqsədini həyata keçirən gizli təşkilat və ya cəmiyyət. Mağaraya təpilmiş neçin o qart canavar; ..Mafiyası üstündə əsim-əsim əsənlər; Fürsət düşsə əlinə, pambıqla baş kəsənlər! X.Rza.

MAFRAC, MAFRAŞ (ID - 27608)

MAFRAQ (ID - 27609)

sif. Etibarsız (əşya haqqında), korlanmış, xarab olmuş.

MAGİSTR (ID - 27610)

[lat. magister - müəllim] Elmi dərəcə, habelə belə dərəcəsi olan şəxs.

MAGİSTRAL (ID - 27611)

[lat. magistralis - yönəldici, əsas] 1. Hər hansı bir yolun əsas xətti. Dəmiryol magistralı. Su magistralı. Magistral şose yolu. // Böyük şəhərlərin ən çox hərəkət olan küçəsi. Magistral küçə.
2. Elektrik, teleqraf, telefon,...

MAGİYA (ID - 27612)

is. [lat.] Sehrbazlıq, cadugərlik, ovsunçuluq.

MAGAR (ID - 27613)

MAGARA1 (ID - 27614)

is. [ər.] 1. Dağ və qayanın içinə doğru uzanan, yaxud yer altında olan geniş oyuq; zağa, kaha. Ayı mağarası. - Dəmirçioğlu bir ətrafa baxıb gördü, yolun kənarında bir mağara var. “Koroğlu” . Qaraca qız [ayıdan] fürsət tapıb,...

MAGARA2 (ID - 27615)

is. Sap çarxı, qarqara.

MAĞAZA (ID - 27616)

is. [əsli ər. “məxazin” dən] Böyük dükan, iri ticarət müəssisəsi. Bakı universal mağazası. - Hər küçədə bir və ya iki xırda dükandan başqa .. bütün mağaza və dükanlar bağlıdır. M.İbrahimov. Mağaza və pavilyonların...

MAĞUL (ID - 27617)

“Heç olmazsa” , “nə yaxşı ki” , “əcəb ki” mənalarmda işlədilən ara söz. [Abbas:] Qarı nənə, imanın kamil olsun, mağul dərdlilərin dərdinə qalırsan... “Abbas və Gülgəz” . Mağul keçən vaxtlar dəvə karvanları...

MAH (ID - 27618)

is. [fars.] Ay. // Klassik şeirdə gözəlin surətinə işarədir. Görsən üzün ol mahın, bas bağrına gərduntək; Dön başına yalvarəyalvarə, salam eylə! M.V.Vidadi. Gər desəm aydı yer üstündə gəlib rəftarə; Əql bavər eləməz,...

MAHAL1 (ID - 27619)

is. [ər. məhəll] tar. Dövlət ərazisinin müəyyən idarəçilik sahəsi (inzibatisiyasi, təsərrüfat, hərbi və s.) üçün ayrılan hissəsi. Gəncə-Şirvan mahalı. - Molla Pənah Vaqif dəxi.. Qarabağa səfər edib və Cavanşir mahalında...

MAHAL2 (ID - 27620)

sif [ər. mühal] Çətin əmələ gələn, mümkün olmayan, baş tutmayan, qeyrimümkün. Mahal işdir. - Cəhani tərk edərəm, cümlə dövlətü varı; Mahaldır eləmək böylə növcəvan tərkin. X.Natəvan. Qəti surətdə vazeh oldu mənə;...

MAHARACA (ID - 27621)

is. [sanskr.] Hindistanda hökmdar titulu. Orta əsrlərdə iri feodallara, müstəqil knyazlıqların hakimlərinə, yeni və ən yeni dövrlərdə isə bəzi knyazlara verilmişdir.

MAHATMA (ID - 27622)

is. [sanskr.] 1. Hind mifologiyasında dünya ruhu, “ilahi insan” .
Hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına əlavə.

MAHİR (ID - 27623)

sif [ər.] Məharətli, bacarıqlı, qabiliyyətli, işini əla bilən, usta. Mahir çalğıçı. Mahir rəssam. - [Ağa Kərim:] Axır eşitdim ki, qardaşın arvadına vəkil olubdur, onun tərəfindən mürafiəyə duracaq. Belə işlərdə o çox...

MAHİRANƏ (ID - 27624)

zərf[ər. mahir və fars. ...anə] Məharətlə, ustalıqla, mahircəsinə. Mahiranə təsvir etmək.

MAHİRCƏSİNƏ (ID - 27625)

bax mahiranə.

MAHİRLƏŞMƏ (ID - 27626)

“Mahirləşmək” dən f.is.

MAHİRLƏŞMƏK (ID - 27627)

f Mahir olmaq, ustalaşmaq, məharət qazanmaq. Ovçuluqda mahirləşmək. - [Mirzə Həsən:] Uşaqlarımız əkinçilik işlərində də mahirləşirlər. Ə.Haqverdiyev.

MAHİRLİK (ID - 27628)

is. Mahir olma; məharət, ustalıq. Mahirlik göstərmək. - Mollalardan o yana oturmuş hacılar başmaqların hər tərəfinə mahirlik ilə tutulmuş güləbətini görüb mat və mütəhəyyir qalardılar. Çəmənzəminli.

MAHİYYƏT (ID - 27629)

is. [ər.] 1. Daxili məzmun, xüsusiyyət, əsil məna, məğz, əsas. Məsələnin mahiyyəti. - Ona arxayınsan ki, bu işlərin mahiyyətini və sirrini duymayacaqlar? Məmmədquluzadə. [Çiyələk] sorğu-sual eləmədi, lakin mahiyyətinə də...

MAHLIC (ID - 27630)

is. [ər. məhluc] Çiyidi təmizlənmiş, çiyidsiz pambıq. Cərgə pambığından alaq vurulsun: Misir mahlıcından qalaq vurulsun. R.Rza. Təpənin üzərindəpambıq mahlıcını andıran duman dayanmışdı. Ə.Vəliyev.

MAHLICLAMA (ID - 27631)

“Mahlıclamaq” dan f.is.

MAHLICLAMAQ (ID - 27632)

f Çiyidli pambığı maşında və ya başqa üsulla təmizləyib mahlıc halına salmaq, pambığın çiyidini təmizləmək.

MAHLICLANMA (ID - 27633)

“Mahlıclanmaq” dan f.is.

MAHLICLANMAQ (ID - 27634)

məch. Mahlıc halına gətirilmək, çiyidi təmizləmək (pambığın).

MAHLİQA (ID - 27635)

is. və sif [fars. mah və ər. liqa] klas. Ayüzlü, gözəl. Pərdə çək çöhrəmə hicran günü, ey qanlı sirişk; Ki, gözüm görməyə
ol mahliqadan qeyri. Füzuli.

MAHMIZ (ID - 27636)

is. [ər.] 1. Xoruz və bəzi başqa quşların ayaqlarının arxasında sivri buynuz çıxıntısı. Xoruzun mahmızı sınıb. Minik heyvanlarını mahmızlamaq üçün çəkmənin dabanına taxılan şişdişli kiçicik dəmir çarx. □ Mahmız vurmaq...

MAHMIZLAMA (ID - 27637)

“Mahmızlamaq” dan f.is.

MAHMIZLAMAQ (ID - 27638)

f 1. Mahmızla basmaq, dürtmək. Asəf atını mahmızlayıb böyük bir qəsrin qarşısında durdu və sarayı tərif etməyə başladı. M.S.Ordubadi. Bu saat işiniyüngülləşdirim, - deyə [Salman] atı mahmızlayıb can verən tülkünün üstünə...

MAHMIZLI (ID - 27639)

sif Mahmızı olan, mahmız taxılmış. Mahmızlı çəkmədən gəlir çınqıltı; Aralıqda olur xırda pıçıltı. H.K.Sanılı.

MAHNA (ID - 27640)

is. dan. Bəhanə. Mahna axtarmaq. Mahna tapmaq. - Qızıldan tanası var; Əlində hanası var; Gözləyirəm, gəlməyir; Yəqin bir mahnası var. (Bayatı). [Bədircahan:] Züleyxa xanım gəlib buradan Leyla xanım ilə, bir yer var, oraya gedəcəklər....

MAHNI (ID - 27641)

is. Nəğmə, hava, şərqi. Mahnı oxumaq. - Sovqat gətirər quşlar; Sizə gözəl mahnılar. A.Səhhət. [Vaqif:] Qapıçı, qapıçı, çağır gedəni! Oğul! Lap oyatdı o mahnı məni. S.Vurğun. □ Mahnı demək (oxumaq) səslə nəğmə oxumaq....

MAHPARƏ (ID - 27642)

is. [fars.] Ay parçası (gözəlin epitetlərindən biri). Yüz qönçə dəhənli mahparə; Gül suyu səpərdi rəhgüzarə. Füzuli. Bu yarə bircə baxın, mahparədir, deyəsən. C.Cabbarlı.

MAHRU, MAHRÜXSAR(LI) (ID - 27643)

is. və sif [fars.] klas. Ayüzlü (gözəlin epitetlərindən biri). Sənin layiqin qəsri-şəhdir müdam; Kənizin ola mahrulər təmam. M.Ə.Sabir.

MAHRUX (ID - 27644)

sif. bax mahru.

MAHTAB (ID - 27645)

is. [fars.] Ay aydınlığı, aylı gecə. Mən fələk ayını göydə görmüşəm; Yerdə sənin kimi mahtab olmaz! Qurbani.

MAHTABLI (ID - 27646)

sif Aylı, işıqlı, aydın (gecə haqqında). Mahtablı gecə.

MAHUD (ID - 27647)

is. Üz tərəfi keçə kimi basıq yun və ya yarımyun parça. Bahadır mahud almaq fikri ilə bir mağazaya varid oldu. N.Nərimanov. Stolların üstünə o qədər də əla olmayan qırmızı mahuddan örtük çəkilmişdi. M.İbrahimov. // Bu parçadan...

MAHUR (ID - 27648)

is. mus. Azərbaycan klassik muğamlarından birinin adı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed