
MADMAZEL[fr.] Fransada, 1917-ci il inqilabından qabaq isə Rusiyada və bəzi başqa ölkələrdə: adətən kübar qızların, yaxud subay qadınların adlarına qoşulan söz; xanım. [Məmdəli:] Mən ki, bir şux madmazel eşqində əldən getmişəm! M.Ə.Sabir. Maşın sahibi madmazel; Əylənmək üçün iti gəzdirir. N.Rəfibəyli.
Paylaşın - Hamı bilsin
|