
MAHİRsif [ər.] Məharətli, bacarıqlı, qabiliyyətli, işini əla bilən, usta. Mahir çalğıçı. Mahir rəssam. - [Ağa Kərim:] Axır eşitdim ki, qardaşın arvadına vəkil olubdur, onun tərəfindən mürafiəyə duracaq. Belə işlərdə o çox mahirdir. M.F.Axundzadə. Can usta, mahir usta, gərək işin iş olsun; Çıraqban göylər kimi eyvanın geniş olsun. M.Müşfiq.
Paylaşın - Hamı bilsin
|