
MAHUDis. Üz tərəfi keçə kimi basıq yun və ya yarımyun parça. Bahadır mahud almaq fikri ilə bir mağazaya varid oldu. N.Nərimanov. Stolların üstünə o qədər də əla olmayan qırmızı mahuddan örtük çəkilmişdi. M.İbrahimov. // Bu parçadan tikilmiş. Mahud palto. - Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. A.Divanbəyoğlu.
Paylaşın - Hamı bilsin
|