İzahlı lüğət

MİTOZ (ID - 29399)

is. [yun.] Hüceyrələrin ən geniş yayılmış bölünmə üsulu.

MİTRA (ID - 29400)

is. [rus.] Dini ayin zamanı keşişlərin başlarına keçirdikləri qızılı rəngli papaq.

MİTRALYOZ (ID - 29401)

[fr.] köhn. Pulemyot. Atlar kişnəyir, mitralyozlar qəhqəhə çalırlar. H.Nəzərli.

MITROPOLFT (ID - 29402)

[yun. metropolites] Pravoslav və katolik yepiskoplarının ən yüksək adı, habelə bu adı daşıyan ruhani.

MİYAN (ID - 29403)

is. [fars.] klas. 1. Bel, kəmər. Miyanında saçın ucun hörməyi; Bütün dünyada bu yarı tutmuşam. M.P.Vaqif.
Orta, aralıq, ara.

MİYANÇA (ID - 29404)

is. Tuman paçalarının arasına salınan parça.

MİYANÇI (ID - 29405)

is. İki tərəf arasında vasitəçi, araçı. Miyançının kisəsi gen olar. (Ata. sözü). ..Miyançılar işə qarışır, yaxşı-yaxşı tərifləyir, .. sövdəni sarıyırdılar. S.Rəhimov.

MİYANÇILIQ (ID - 29406)

is. Miyançının işi; araçılıq, vasitəçilik. [Şirin] qocalandan sonra başladı əvvəl miyançılığa. N.Vəzirov. [Kərbəlayı Xəlil] əvvəllər at alıb-satanlar arasında miyançılıq eləməklə az-çox qazanmış, axırda bu işdə...

MİYANDAR (ID - 29407)

is. [fars.] köhn. Məclisi idarə edən şəxs, yaxud zorxana təlimçisi, zorxananı idarə edən adam. Məclisin miyandarı. Qırx il işləyib, indi miyandar olmuşam. (Ata. sözü). Miyandarın işarəsilə Məmməd bəylə Qasım ağa dairənin...

MİYANDARLIQ (ID - 29408)

is. Miyandarın işi.

MİYANƏ (ID - 29409)

sif. [fars.] Nə yaxşı, nə də pis; orta, babat. Miyanə geyim. Miyanə yemək.
..Nə elə də artıq ləzzətli və nə elə də artıq ləzzətsiz, yəni miyanə. C.Məmmədquluzadə. Yaxşılar yol çəkən, pislər yol sökən; Miyanə adamlar...

MİYANPUR (ID - 29410)

is. [fars.] İçinə qoz ləpəsi doldurulmuş şaftalı, ərik və s. qaxı. Süfrədə tut qurusu, miyanpur, innab, ləbləbi, kişmiş, səbzə, alma, portağal da olardı. H.Sarabski.

MİYANTƏNG (ID - 29411)

is. [fars.] Ətin budla qabırğa arasında olan hissəsi.

MİYOPİŞİYİ (ID - 29412)

is. zool. Çölpişiyi, yazıpişiyi.

MİYO(V)LAMA (ID - 29413)

“Miyo(v)lamaq” dan f.is.

MİYO(V)LAMAQ, MİYOLDAMAQ (ID - 29414)

MİYOV-MİYOV (ID - 29415)

təql. Pişiklərin çıxardığı səs; miyovultu.

MİYOVULDAMA (ID - 29416)

“Miyovuldamaq” dan f.is.

MİYOVULDAMAQ (ID - 29417)

f Miyovultu səsi çıxarmaq (pişik haqqında). Pişik miyovuldayır.

MİYO(V)LDA0MA (ID - 29418)

“Miyo(v)ldaşmaq” dan f.is.

MİYO(V)LDA0MAQ (ID - 29419)

qarş. Bir yerdə miyovultu səsi çıxarmaq (bir neçə pişik). Kök pişiklər harın-harın miyoldaşır, zəncirə vurulmuş qıllı köpəklərin gözlərindən qan damırdı. B.Bayramov.

MİYOVULTU (ID - 29420)

is. Pişiyin çıxardığı səs.

MİZ1 (ID - 29421)

is. [fars.] Stol, masa. Sədr məclisi sakit etmək üçün qalxıb qarşısındakı mizi döydü. T.Ş.Simurq. Üstü qırmızı örtüklü mizin ətrafında yeddi nəfər oturdu. H.Nəzərli.

MİZ2 (ID - 29422)

sif Şiş, iti, biz. Miz saqqal. - [Şeyx İsa] uzaqdan baxanda 80 yaşında, uzunsaqqal və saqqalının ucu da miz bir insandır. C.Məmmədquluzadə.

MİZAC (ID - 29423)

[ər.] bax məzac. Incitdimi dərdidil mizacın; Kim, oldu təbibə ehtiyacın? Füzuli. [Hacı:] Şərab həmişə insanın mizacını açır, kefini yüksəldir. B.Talıblı.

MİZAN (ID - 29424)

is. [ər.] 1. Çəki aləti, tərəzi. Əl mizan, göz tərəzi. (Ata. sözü). Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını; Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını. M.Ə.Sabir.
Qayda, nizam, səliqə, sahman....

MİZANQUL (ID - 29425)

is. zool. Bahar fəslində çıxan zərərli həşərat.

MİZAN-TƏRƏZİ (ID - 29426)

is. [ər. mizan və fars. tərazu] Dindar müsəlmanların etiqadınca qiyamət günü adamların günah və savabını ölçmək üçün mənəvi tərəzi. □ Mizan-tərəzi qurulmaq din. - məhşər günü günah və savabın haqq-hesabı çəkilmək....

MİZLƏMƏ (ID - 29427)

“Mizləmək” dən f.is.

MİZLƏMƏK (ID - 29428)

f 1. Miz vurmaq, dürtmə vurmaq, dürtmələmək. ..Bir adam da dal tərəfdən məni hey mizləyir ki, tez ol, get qabağa! M.S.Ordubadi. Mayenin içərisinə soxmaq, yaş etmək, batırmaq. Qabaqca qələmin tez-tez davata mizləyib kağızı bir az...

MİZRAB (ID - 29429)

is. [ər.] Bəzi simli musiqi alətlərinin simlərini ehtizaza gətirmək üçün sümükdən, mal buynuzundan və ya plastik maddədən qayrılan nazik plastinka. Mizrab vurmaq (mizrabı simlərə toxunduraraq çalmaq).
Tarçının mizrabı pərdələr...

MİZRAQ (ID - 29430)

is. [ər.] Sivriuclu dəmirdən, poladdan düzəldilmiş uzun saplı qədim döyüş aləti; nizə. Oynadaq hey süngü, mizraq, çiçəklənsin ana Vətən. A.Şaiq. Fəqət bu qəhrəmanlığa, bu çevikliyə qarşı qüvvətli bir mizraq onun intiqamla...

MOBƏD (ID - 29431)

is. [ər.] Zərdüşt dini kahini.

MOBİL (ID - 29432)

is. [fr.] Mütəhərrik, sürətlə hərəkət edən. Mobil hərbi hissə.

MOBUD (ID - 29433)

MOD(A) (ID - 29434)

[fr.] Müəyyən dövrdə, müəyyən ictimai mühitdə geyim, tualet, məişət şeyləri və s. cəhətdən bu və ya digər zövq və adətlərin hakim olması. Bupaltar indi modda deyil. Moda ilə saç qoymaq. - [Mirzə Salman:] Nə xəbər? Yəqin...

MODABAZ (ID - 29435)

sif və is. [fr. mode və fars. ...baz] Həddindən çox modaya uyan, moda düşkünü, modapərəst, modaçı. Modabaz qız.

MODABAZLIQ (ID - 29436)

is. Modaya uyma, moda düşkünlüyü, modapərəstlik, modaçılıq. Modabazlıq etmək.

MODAÇI (ID - 29437)

b a x modabaz.

MODAÇILIQ (ID - 29438)

bax modabazlıq.

MODAL (ID - 29439)

[lat.] dilç. Modallıq ifadə edən, modallıq bildirən. Modal sözlər.

MODALI (ID - 29440)

sif Hər hansı bir modaya uyğun olan, modada olan. Modalı kostyum. - Teymur müəllim balaca arıq bir kişi idi. Əyninə köhnə modalı məxmər jilet geyər, başına araqçın qoyardı. Ə.Sadıq.

MODALLIQ (ID - 29441)

is. dilç. Nitqin məzmununun gerçəkliyə münasibətini bildirən və feil formaları, intonasiya, ara sözlər və s. vasitəsilə ifadə olunan qrammatik kateqoriya.

MODAPƏRƏST (ID - 29442)

[fr. mode və fars. ...pərəst] b a x modabaz. Modapərəst qadın.

MODAPƏRƏSTLİK (ID - 29443)

bax modabazlıq. Modapərəstlik etmək.

MODEL (ID - 29444)

[fr.] 1. Bir şeyin nümunə nüsxəsi, habelə bir şeyi hazırlamaq üçün nümunə. Geyim modelləri sərgisi.
Bir şeyin kiçildilmiş surəti, sxemi, nümunəsi; maket. Gəminin modeli. Qurğunun modeli. - Tamaşaçılar heyran-heyran bunlara...

MODELÇİ (ID - 29445)

is. Yeni model nümunələri hazırlayan mütəxəssis (bax model 1 -ci mənada).

MODELÇİLİK (ID - 29446)

is. 1. Yeni model nümunələri hazırlama.
2. Bir şeyin kiçildilmiş sxemini, nümunəsini düzəltmə; modelqayırma. Modelçilik dərnəyi.

MODELQAYIRAN (ID - 29447)

bax modelçi.

MODELLƏŞDİRMƏ (ID - 29448)

“Modelləşdirmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed