İzahlı lüğət

MİZAN

is. [ər.] 1. Çəki aləti, tərəzi. Əl mizan, göz tərəzi. (Ata. sözü). Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını; Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını. M.Ə.Sabir.
Qayda, nizam, səliqə, sahman. [Otaqları] nəfis xalçalarla döşəmiş və evin hər bir şeyinə o mizanda diqqət vermişdi. M.S.Ordubadi. □ Mizana düşmək - qayda və səliqəyə düşmək, nizamlı və səliqəli olmaq. Ev mizana düşdü. // Qayda-qanun, nizam. Qərinələr keçdi, dövran dəyişdi; Pozuldu qurğular, mizan qalmadı. Aşıq Ələsgər.
xüs. Artistlərin və səhnə şəraitinin, tamaşanın gedişinin ayrı-ayrı momentlərinə görə düzülüşü qaydası. Rejissor bu gün göstərdiyi mizanı sabah dəyişir və hər gün bir yeni mizan verirdi. S.Rəhman.
Çəki, ağırlıq, vəzn, ölçü.
Bax mizan-tərəzi. □ Mizana vurmaq - 1) çəkmək, tərəzidə çəkib ağırlığı bilmək; 2) məc. ölçüb-biçmək, mülahizə etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed