MÜASİRLƏŞMƏK (ID - 29799)f Müasir hala, şəklə düşmək; əsrin, dövrün, zamanın tələblərinə, zövqünə uyğun olaraq dəyişmək.
|
MÜASİRLİK (ID - 29800)is. Müasir olma; dövrün, zamanın tələblərinə uyğunluq. Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir. Ç.Aytmatov.
|
MÜAŞİQƏ (ID - 29801)is. [ər.] Bir-birinə aşiq olma, sevişmə, bir-birinə eşq elan etmə, eşqbazlıq. ..Güldanda məşhur xəlifə Harunərrəşidin, qadını Zübeydə xatun ilə olan müaşiqəsindən çox nəfis bir mənzərə var idi. M.S.Ordubadi.
|
MÜAVİN (ID - 29802)is. [ər.] Rəisi, rəhbəri və b.-nı işdə, vəzifədə əvəz edən şəxsin rəsmi adı. Direktorun müavini. Komandir müavini. [Mərcanov:] Sona bizim zavodun müdir müavinidir. H.Nəzərli. [Qarakişi Hümmətə:] Sənə yüz dəfə dedim, o...
|
MÜAVİNƏT (ID - 29803)is. [ər.] Kömək, yardım. [Cahan:] Onların köməyilə, hökumətin müavinətilə, budur, kəndə təmiz şirin su gətirmişik. Ə.Haqverdiyev. □ Müavinət etmək kömək etmək, yardım göstərmək. Mən də indi sənin kimi məzlumlara əlimdən...
|
MÜAVİNLİK (ID - 29804)is. Müavin vəzifəsi. Müavinlik etmək. Müavinlikdən çıxmaq.
|
MÜAYİNƏ (ID - 29805)is. [ər.] 1. Hərtərəfli yoxlama, nəzərdən keçirmə, baxma. □ Müayinə etmək (eləmək) - hərtərəfli yoxlamaq, nəzərdən keçirmək, müayinədən keçirmək, oraburasına baxmaq. [Polis:] Rüstəm bəy, Mirzə Məhəmməd Əli və Səməd...
|
MÜBADİLƏ (ID - 29806)is. [ər.] 1. Bir şey verib əvəzində başqa bir şey alma; deyişmə. □ Mübadilə etmək - bir şey verib, əvəzində başqa (adətən eyni dəyərdə) bir şey almaq; bir şeyi başqa bir şeyə dəyişmək.
2. iqt. Əmtəələrin, cəmiyyətin... |
MÜBAH (ID - 29807)sif [ər.] köhn. 1. Dinə görə nə halal, nə də haram sayılan, edilməsi və ya edilməməsi könüllü, ixtiyari olan. Çün gözün sərməstü ləlindir şərab; Mey mübah oldu və sufilik həram. Nəsimi. Məni qazi sənə nikah eləsin; Bu...
|
MÜBAHİSƏ (ID - 29808)is. [ər.] Bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmə. Mübahisəyə başlamaq. Elmi mübahisə. - Iki qardaş arasındakı mübahisə getdikcə qızışıb...
|
MÜBAHİSƏÇİ (ID - 29809)is. Mübahisə edən, mübahisə etməyi sevən adam. O, çox mübahisəçidir.
|
MÜBAHİSƏLİ (ID - 29810)sif. Mübahisə doğuran, mübahisəyə səbəb olan. Mübahisəli məsələ. Mübahisəli iş. - Mollanəsrəddinçilərlə füyuzatçılar arasında ilk nəzərə çarpan mübahisəli məsələlərdən biri dil məsələsi idi. M.İbrahimov.
|
MÜBAHİSƏSİZ (ID - 29811)sif Heç bir mübahisə doğurmayan, mübahisə olmayan. Mübahisəsiz iş. Mübahisəsiz məsələ. // Zərf mənasında. Müzakirə mübahisəsiz keçdi.
|
MÜBALİGƏ (ID - 29812)is. [ər.] 1. Bir şeyi həddindən artıq şişirtmə, böyütmə, artırma. [Zeynal] deyirdi ki, “mənim aylıq mədaxilim beş yüz manatdır” . Bu sözlər, mübaliğə də olsa, həqiqətə yaxındı. S.Hüseyn. Mübaliğə başqa, yalan başqadır....
|
MÜBALİĞƏÇİ (ID - 29813)is. Mübaliğə ilə danışan, mübaliğə ilə danışmağı sevən adam. [Məmmədcəfər] bir qədər danışığında mübaliğəçi idi, vəssalam. Qantəmir.
|
MÜBALİĞƏLİ (ID - 29814)sif. Mübaliğə olan; şişirdilmiş, artırılmış. Mübaliğəli söz. Mübaliğəli danışıq.
|
MÜBALİĞƏSİZ (ID - 29815) |
MÜBARƏK (ID - 29816)sif. [ər.] 1. Xoş bir xəbər, təzə alınan şey və ya bayram münasibətilə deyilən təbrik, gözaydınlıq sözü. Bayramınız mübarək! Təzəpaltarın mübarək(dir)! Toyunuz mübarək! - [Müəllif:] Hərdənbir uşaqlardan biri qardaşımın...
|
MÜBARƏKBAD (ID - 29817)is. [ər. mübarək və fars. ...bad]: mübarəkbad etmək (eləmək) - təbrik etmək, gözaydınlığı vermək, “mübarəkdir” demək. Elçilər mübarəkbad edib bu şad xəbəri Şahvələdə yetirdilər. “Aşıq Qərib” . [Məşədi İbad...
|
MÜBARƏKBADLIQ (ID - 29818)is. Təbrik etmə, gözaydınlığı vermə; təbrik, gözaydınlığı. Pəri xanım və qarabaş, Əhmədin əynində nişan paltarını görəndə sevindiklərindən özlərini itirib, mübarəkbadlığı da yadlarından çıxartdılar. (Nağıl)....
|
MÜBARİZ (ID - 29819)[ər.] 1. is. Hər hansı bir (adətən qabaqcıl, mütərəqqi, ədalətli, doğru) iş və s. uğrunda mübarizə aparan, çalışan adam. Sülh mübarizləri. // Sif. mənasında. [Ömər Lütfi:] Sizin kimi mübariz arqadaşlarımız da var. H.Nəzərli....
|
MÜBARİZƏ (ID - 29820)is. [ər.] 1. Bir-birinə zidd ictimai qrupların, əqidələrin, mənafelərin və s.-nin üstünlük, hakim mövqe tutmaq uğrunda bir-biri ilə fəal toqquşması. Dilsiz, sağır göylərə dirək oldu haqq səsi; Başlandı bu ölkənin meydan mübarizəsi....
|
MÜBARİZƏÇİ (ID - 29821)bax mübariz 1-ci mənada.
|
MÜBARİZƏLİ (ID - 29822)sif. Mübarizə ilə başa gələn, mübarizə ilə keçən, mübarizə ilə dolu. Mübarizəli iş. Mübarizəli ömür. - Insan var ki; Ömrü qaynar, mübarizəli. R.Rza.
|
MÜBARİZƏSİZ (ID - 29823)sif Mübarizə ilə olmayan, sülh və asayişlə davam edən, keçən; dinc. Mübarizəsiz həyat. Mübarizəsiz qələbə qazanmaq.
|
MÜBARİZLİK (ID - 29824)is. Mübariz olma, müəyyən fikir və məqsəd uğrunda mübarizə aparma; döyüşkənlik. // Dotələblik.
|
MÜBAŞİR1 (ID - 29825)is. [ər.] İranda: kəndi idarə etmək üçün mülkədarın təyin etdiyi adam. Musa kişi mübaşir Məmmədin yoğun səsini tanıdı. M.İbrahimov. Ərbab mübaşiri ilə arası dəyəndən sonra onun təsərrüfatı dağılıb maldövləti əlindən...
|
MÜBAŞİR2 (ID - 29826): mübaşir olmaq - məşğul olmaq, girişmək. [Molla İbrahimxəlil:] Məndə hanı o qədər vaxt və fürsət ki, hər bir cüzviyyata özüm mübaşir olam. M.F.Axundzadə. ..Iki əhməq qonşu bir-birini qırmaqda ikən kazaklar da bir tərəfdən...
|
MÜBƏLLİG (ID - 29827)sif [ər.] Təbliğ edən, təbliğatçı. “Cəhənnəm məktubları” , “Mozalan bəyin səyahətnaməsi” , “Marallarım” kimi əsərlərində [Ə.Haqverdiyev] cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini...
|
MÜBHƏM (ID - 29828)sif [ər.] Qeyri-müəyyən, gizli, qaranlıq, naməlum, üstüörtülü, anlaşılmaz, hər cür yozula bilən, hər cür başa düşülə bilən. Mübhəm söz. - Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən; Zülməti-hicr etdi çox mübhəm...
|
MÜBTƏDA (ID - 29829)is. [ər.] qram. Cümlənin kimin və ya nəyin haqqında danışıldığını bildirən baş üzvü. Mübtəda kim? və nə? suallarına cavab verir.
|
MÜBTƏDALI (ID - 29830)sif. qram. Mübtədası olan. Mübtədalı cümlə.
|
MÜBTƏDASIZ (ID - 29831)sif qram. Mübtədası olmayan. Mübtədasız cümlə.
|
MÜBTƏLA (ID - 29832)sif. [ər.] 1. Aludə, düçar, giriftar, tutulmuş. Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm betər bir dərdə onu mübtəla gördüm. Füzuli. [Fərman:] Aya, görəsən, o da mənim kimi dərdə mübtəladır, ya salamatdır?...
|
MÜBTƏLALIQ (ID - 29833)is. Bir şeyə həddindən artıq aludəlik, mübtəla olma, düçar olma, giriftarlıq.
|
MÜBHƏMLİK (ID - 29834)is. Gizli olma, qeyri-müəyyənlik, naməlumluq, anlaşılmazlıq. ..Şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. M.İbrahimov.
|
MÜCAVİR (ID - 29835)sif. [ər.] köhn. Daim ibadətxana və ya türbə yanında yaşayıb vaxtını ibadətdə keçirən adam. Mücavir onları başına toplayıb Pirhəsənin kəramətindən uzun-uzadı söyləyir. A.Şaiq. [Rauf:] Əşrəf bəy bu məzarın daimi mücavirlərindəndir....
|
MÜCAVİRLİK (ID - 29836)is. köhn. Mücavirin işi, peşəsi. O, çayçılığı buraxıb, gedib həmin qəbirdə mücavirlik edir. Ə.Haqverdiyev.
|
MÜCADİLƏ (ID - 29837)is. [ər.] Dava-dalaş, bir-biri ilə atışma, tutuşma, davalaşma; qovğa, dava. Hücrədə mollalar mübahisə edirlərmiş, nə cür olursa, bunların mübahisələri mücadiləyə çevrilmiş.. “Mol. Nəsr.” . // Mübarizə.
|
MÜCAHİD (ID - 29838)is. [ər.] 1. tar. İranda: azadlıq hərəkatında iştirak edən adama verilən ad; fədai, üsyançı. Səttar xanın mücahidləri.
[Bağır xan:] Mücahidlər, igidlik və imtahan vaxtıdır. M.S.Ordubadi. Qorxu bilməz mücahidlər, bağrında... |
MÜCƏRRƏD (ID - 29839)is. [ər.] Konkret varlıqla əlaqəsi olmayan, ancaq xəyalda təsəvvür edilə bilən, nəzəriyyəyə əsaslanan; abstrakt (konkret əksi). Mücərrəd anlayış. Mücərrəd təfəkkür. // Gündəlik həyatdan uzaq, konkret olmayan, həyatla bağlı...
|
MÜCƏRRƏDLƏŞDİRİLMƏ (ID - 29840)“Mücərrədləşdirilmək” dən f.is.
|
MÜCƏRRƏDLƏŞDİRİLMƏK (ID - 29841)bax abstraktlaşdırılmaq.
|
MÜCƏRRƏDLƏŞDİRMƏ (ID - 29842)“Mücərrədləşdirmək” dən f.is.
|
MÜCƏRRƏDLƏŞDİRMƏK (ID - 29843)bax abstraktlaşdırmaq.
|
MÜCƏRRƏDLƏŞMƏ (ID - 29844)“Mücərrədləşmək” dən f.is.
|
MÜCƏRRƏDLƏŞMƏK (ID - 29845)f Bir şeyin əsas, ən mühüm əlamətlərini müəyyən edib ortaya çıxartmaq üçün fikrən onun bu və ya başqa cəhətlərindən, xassələrindən və ya əlaqələrindən sərf-nəzər etmək, onları nəzərə almamaq.
|
MÜCƏRRƏDLİK (ID - 29846)is. Mücərrəd şeyin hal və xassəsi (konkretlik əksi).
|
MÜCƏSSƏM (ID - 29847)sif. və is. [ər.] Təcəssüm etmiş, sanki cisim halına girmiş, cisimlənmiş, canlanmış; konkret maddi bir şəkil almış. Ey mücəssəm duyğu, ey ülvi bəşər; Ey çamırlıq içrə düşmüş saf zər! A.Səhhət. Mücəssəm bir xəyalət,...
|
MÜCƏSSƏMƏ (ID - 29848)is. [ər.] 1. Hər hansı bir təbiət hadisə və ya qüvvəsinin canlı bir cisim şəklində təsviri.
Hər hansı bir keyfiyyəti, xüsusiyyəti təcəssüm etdirən adam, şey haqqında. O, gözəllik mücəssəməsidir. - [Bəhram:] Sən insan... |
Bu səhifə dəfə baxılıb