İzahlı lüğət

MÜBARƏK

sif. [ər.] 1. Xoş bir xəbər, təzə alınan şey və ya bayram münasibətilə deyilən təbrik, gözaydınlıq sözü. Bayramınız mübarək! Təzəpaltarın mübarək(dir)! Toyunuz mübarək! - [Müəllif:] Hərdənbir uşaqlardan biri qardaşımın papağını başından alıb yerə vuranda “mübarək, mübarək!” - deyə çığırırdıq. T.Ş.Simurq.
Müqəddəs, əziz, hörmətli, layiqli. Mübarəküz. - Görürəm mən yuxumda hər axşam; O mübarək məkanı çox sevirəm. A.Səhhət.
Uğurlu, xoş, yaxşı. Məmməd bəy falı açdı. Falda görülən şeirləri farsca hacıya oxudu: “Çox mübarəkfaldır” , - deyə hacıya müjdə verdi. M.S.Ordubadi.
Bəzən istehza ilə bir adam və ya bir şey haqqında işlənir. Oğlan tərs-tərs Səttara baxdı: - Paho! Bu mübarək haradan çıxdı? Boyuna bax, yekə-yekə danışmağına bax! P.Makulu.
□Mübarək olsun! - bax Allah mübarək eləsin! (“Allah” da). Eyvanın, otağın mübarək olsun; Imarəti al qumaşdı, Annax bəy! Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed