İzahlı lüğət

MÜCAHİD

is. [ər.] 1. tar. İranda: azadlıq hərəkatında iştirak edən adama verilən ad; fədai, üsyançı. Səttar xanın mücahidləri.
[Bağır xan:] Mücahidlər, igidlik və imtahan vaxtıdır. M.S.Ordubadi. Qorxu bilməz mücahidlər, bağrında yapa; Atıldılar vuruşlara vətən eşqilə. S.Rüstəm.
məc. Bir məslək yolunda fədakarcasına çalışan, mübarizə edən adam; fədakar. Bəli, təbiət həmişə Aslan kimi yüksək ruhlu, pak və saf ürəkli mücahidlər yetirir. C.Cabbarlı. [H.Ərəblinski] elə zənn edirdi ki, bunun ətrafına toplaşanlar artist deyil, avamlıqla, irtica ilə mübarizə aparan mücahidlərdir. S.Rəhman.
Din yolunda müharibə edən, cihad edən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MU

MUZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed