İzahlı lüğət

MAHUR-HİNDİ (ID - 27649)

is. Azərbaycan klassik muğamlarından birinin adı.

MAX (ID - 27650)

dan.: max verməmək - fikir verməmək, baş qoşmamaq, özünü o yerə qoymamaq, qarışmamaq.

MAXİST (ID - 27651)

[xüs. is.-dən] Maxizm tərəfdarı.

MAXİZM (ID - 27652)

[xüs. is. -dən] XIX əsrin sonunda fəlsəfədə və nəzəri fizikada subyektiv idealist cərəyan.

MAXORKA (ID - 27653)

[rus.] 1. Yarpaq və saplaqlarından tənbəki hazırlanan bitki. Maxorka əkini.
2. Həmin bitkinin xırda doğranmış yarpaq və saplaqlarından hazırlanan alçaq növlü tənbəki, tütün. Maxorka çəkmək. [Xəlil Mirzə] maxorka tüstüsündən...

MAİL (ID - 27654)

sif [ər.] 1. Hər hansı bir tərəfə əyilmiş; meyilli. Mail xətt. Mail səth. Mail divar.
Aşağı enən günəş də öz mail şüaları ilə gözləri qamaşdırırdı. Mir Cəlal.
Bir şeyə və ya bir kəsə meyli olan, istəyi, həvəsi...

MAİLİ (ID - 27655)

sif. [ər.] Bir yana meyil edən; əyilən; düz olmayan, əyri, əyilmiş, meyilli. Maili xətt. Maili səth. - Yer bir qədər maili olduğundan .. yerimək çətin idi. M.Ibrahimov. ..Günəşin maili şüaları [Yusifin] sinəsinə düşür, orden-medalları...

MAİLLİK (ID - 27656)

is. Mail şeyin vəziyyəti.

MAJOR (ID - 27657)

MAJORİTAR (ID - 27658)

sif [fr.] Ayrı-ayrı namizədlər üzrə keçirilən seçki.

MAKAKA (ID - 27659)

is. [port.] Əntərlər yarımfəsiləsindən olan meymun.

MAKAO (ID - 27660)

is. [xüs. is.-dən] 1. Uzun quyruqlu tutuquşu.
2. Qumar oyunu növü.

MAKARON (ID - 27661)

[ital.] Su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörək. Makaron süzmək.
[Mehribanın] evdə bir az makaronu, bir az da yağı qalmışdı. H.Seyidbəyli.

MAKEDONİYALILAR (ID - 27662)

cəm Yuqoslaviya və Yunanıstan Makedoniyasının, habelə Bolqarıstanın bəzi rayonlarının əsas əhalisini təşkil edən cənubi slavyan xalqı.

MAKET (ID - 27663)

[fr.] Bir şeyin (bəzən əvvəlcədən düzəldilmiş) kiçik nümunəsi; model. [Reyhan:] Cahangir gedək. Mehribanın düzəltdiyi yeni maketi sənə göstərmək istəyirəm.
Əfəndiyev. Ən qabaqda gələn birisi əlində maşın maketi tutmuşdu....

MAKETÇİ (ID - 27664)

is. Maket ustası; modelçi.

MAKETÇİLİK (ID - 27665)

is. Maketçinin işi, peşəsi; modelçilik. Rəssamlıqda maketçilik xüsusi bir yer tutur.

MAKİ (ID - 27666)

is. [fr.] 1. Meşənin sıx yeri.
2. İkinci dünya müharibəsi zamanı fransız partizan dəstəsinin adı.

MAKİAVELLİZM (ID - 27667)

is. [xüs. is.-dən] Qarşıya qoyulan məqsədlər naminə əxlaq qanunlarına məhəl qoymamağı və istənilən vasitələrdən istifadə etməyi mümkün sayan, hakimiyyət uğrunda mübarizədə hakimlərin qəddarlığına və xainliyinə bəraət...

MAKİNA (ID - 27668)

[lat.] 1.Bax maşın 1-ci mənada. Avtomobillərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina qoyulmuş(dur). Çəmənzəminli. Dəmir makinalar hey çoxaldıqca; Qaldıq illər boyu ac da, işsiz də. S.Vurğun. Bir möhtəşəm makinə;...

MAKİNAÇI (ID - 27669)

is. Yazı maşınında yazan (qadın). Sərvərov əmri qaraladı, özü aparıb makinaçıya verdi. Mir Cəlal.

MAKİNAÇILIQ (ID - 27670)

is. Makinaçının işi, peşəsi, yazı maşınında çapetmə sənəti. Makinaçılıq kursu.

MAKKARTİZM (ID - 27671)

is. [xüs. is.-dən] 1950-ci illərdə ABŞ-da ifrat mürtəce siyasi cərəyan.

MAKREL (ID - 27672)

is. [rus.] Balıq növü.

MAKSİM (ID - 27673)

[xüs. is.-dən] Xüsusi sistemli dəzgahlı pulemyot.

MAKSİMALİST (ID - 27674)

[yun.] 1. Maksimalizm tərəfdarı (bax maksimalizm 1-ci mənada).
2. tar. Sui-qəsdçi eser qrupunun üzvü.

MAKSİMALİZM (ID - 27675)

[lat. maximum - daha artıq] 1. Hər hansı bir tələbdə ifrata varma.
2. tar. Eserlər arasında ifrat sol sui-qəsdçi cərəyan.

MAKSİMUM (ID - 27676)

[lat.] Ən böyük miqdar, ən çox miqdar; ən çox, ən böyük (minimum əksi). Maksimum qüvvə sərf etmək.

MAKULATURA (ID - 27677)

[alm. makulatur, lat. maculare - korlamaq] 1. mətb. Çap zamanı xarab olduğundan və ya istifadə olunub qurtardığından təzədən kağız istehsal etmək üçün işlənilən çap kağızı vərəqələri.
2. məc. Yararsız, qiymətsiz, zəif...

MAQ (ID - 27678)

is. [yun. əsli fars.] Qədim farslarda, midiyalılarda və bəzi başqa xalqlarda kahin, habelə nücum ilə məşğul olan adam. // Sehrbaz, ovsunçu, cadugər, qeybdən xəbər verən adam.

MAQAZİN (ID - 27679)

1. Bax mağaza. [Aslan] çəkmə maqazininə girdi, axırıncı pulunu verib, bir cüt yüngül səndəl aldı. S.Vəliyev.
2. is. Odlu silahların, xüsusən tüfəngin güllə doldurulan yeri.

MAQQAŞ (ID - 27680)

is. [ər.] 1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək.
2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Şəkərburalara...

MAQQAŞLAMA (ID - 27681)

“Maqqaşlamaq” dan f.is.

MAQQAŞLAMAQ (ID - 27682)

f Maqqaş vurmaq, maqqaşla naxışlamaq.

MAQQAŞLANMA (ID - 27683)

“Maqqaşlanmaq” dan f.is.

MAQQAŞLANMAQ (ID - 27684)

məch. Maqqaşla naxışlanmaq, maqqaş vurulmaq. Şəkərburalar maqqaşlandı.

MAQMA (ID - 27685)

[yun. magma - xəmir] geol. Yerin dərin qatlarında yüksək temperatur və təzyiq şəraitində əmələ gələn mürəkkəb tərkibli ərgin od kütləsi (Yer qabığında və ya yer səthində soyuduqda və bərkləşəndə maqmatik süxurlar əmələ...

MAQMATİK (ID - 27686)

sif Maqmadan ibarət olan. Maqmatik süxurlar. // Maqma halında olan; sıyıq, ərgin. Süxurun maqmatik halı.

MAQNAT (ID - 27687)

[lat. magnatus - kübar, əyan]
Avropanın bəzi ölkələrində (xüsusilə keçmişdə feodal-kəndli Polşasında və Macarıstanda) iri feodal, mülkədar.
2. İri sənaye və maliyyə kapitalisti. Maliyyə maqnatı.

MAQNETIZM (ID - 27688)

[yun.] 1. Maqnitin, habelə bəzi cisimləri özünə tərəf çəkən, yaxud itələyən elektrik gərginliyi, ya da elektrik yükü olan naqilin xassəsi.
2. Maqnit hadisələri və cisimlərdəki maqnit xassələri haqqında elm.

MAQNEZİUM (ID - 27689)

[yun.] Yanarkən parlaq ağ alov verən gümüşü-ağ rəngli yüngül, kövrək metal - kimyəvi element.

MAQNEZİYA (ID - 27690)

[coğr. addan] Maqnezium duzu və ya oksidindən ibarət ağ poroşok (təbabətdə işlədilir). Ağ maqneziya.

MAQNİT (ID - 27691)

[yun.] Bəzi cisimləri özünə çəkmək və itələmək xassəsinə malik cisim; ahənrüba. Neftimiz, pambığımız, benzinimiz, maqnitimiz; Güclənir, güclənirik qoşduğumuz cəbhədə biz. M.Müşfiq. // məc. Cazibə qüvvəsinə malik olan...

MAQNİTLƏMƏ (ID - 27692)

"Maqnitləmək” dən f.is.

MAQNİTLƏMƏK (ID - 27693)

f Cismə maqnit xassəsi vermək, maqnitli etmək.

MAQNİTLƏNDİRİLMƏ (ID - 27694)

"Maqnitləndirilmək” dən f.is.

MAQNİTLƏNDİRİLMƏK (ID - 27695)

məch. Maqnit xassəsi verdirilmək, maqnitli etdirilmək.

MAQNİTLƏNDİRMƏ (ID - 27696)

“Maqnitləndirmək” dən f.is.

MAQNİTLƏNDİRMƏK (ID - 27697)

f Cismə maqnit xassəsi vermək, maqnitli etmək. Kompasın əqrəbini maqnitləndirmək.

MAQNİTLƏNMƏ (ID - 27698)

“Maqnitlənmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed