MALÇƏKƏN (ID - 27749)bax qapançı.
|
MAL-DAVAR (ID - 27750)b a x mal-qara.
|
MALDAR (ID - 27751)is. [ər. mal və fars. ...dar] Ev heyvanları saxlamaqla məşğul olan kəndli və ya kənd təsərrüfatı. // Sif. mənasında. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və orada .. mallarını otladarlar. S.S.Axundov.
|
MALDARLIQ (ID - 27752)is. Kənd təsərrüfatı sahəsi kimi mal-qara saxlamaqla məşğul olma. Kəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç kəs cürət edib kənara süd sata bilməzdi. Ə.Haqverdiyev. // Sif. mənasında. Maldarlıq briqadası.
|
MALDİLİ (ID - 27753)is. bot. Üstü tikanlı, yarpaqsız, enli, ətli gövdəsi olan cənub bitkisi; kaktus.
|
MAL-DÖVLƏT (ID - 27754)top. [ər.] Sərvət, dövlət, əmlak, var. Mal-dövləti əlindən çıxmaq.
[Yaşlı kişi:] Görünür, Çopurun mal-dövləti [Şirinnazın] gözünü tutmuşdu. S.Hüseyn. Gəzdim dağı, dağlığı; Yoxdu onun bağlığı; Mal-dövlət gedər... |
MAL-HEYVAN (ID - 27755)b ax mal-qara. Dastanın sonrasını eşitmək üçün camaat axşam olmağı gözlədi. Elə ki, şər qarışdı, camaat malheyvanını rahat elədi, yenə toy evinə toplaşdılar. “Aşıq Ələsgər” .
|
MALXULYA (ID - 27756)is. [ər. əsliyun.] Qara sevda, qara fikirlər; qəmgin, tutqun əhval-ruhiyyə; insanda baş verən səbəbsiz ruh düşkünlüyü. Elektrik çıraqları yandı və məni də qaranlıq malxulyasından oyatdı. C.Məmmədquluzadə. Malxulya etmək -...
|
MALXULYAÇI (ID - 27757)sif Malxulya edən; malxulyaya meyilli adam.
|
MALİK (ID - 27758)is. [ər.] Sahib, yiyə. Başqa-başqa səciyyəyə malik bu adamların adları da səciyyələrinə müvafiq idi. Çəmənzəminli. Iskəndər hərəkət etmək, fəaliyyət göstərmək, yaratmaq üçün çırpınan bir ruha malikdir. M.İbrahimov....
|
MALİKANƏ (ID - 27759) |
MALİKİYYƏT (ID - 27760)is. [ər.] Malik olma, sahib olma; sahiblik, yiyəlik.
|
MALİYYƏ (ID - 27761)is. [ər.] 1. Dövlətə, yaxud ayrı-ayrı şəxslərə məxsus pul vəsaiti; pul. Dövlət maliyyəsi.
2. Pul işlərinin təşkili, pul dövriyyəsi və kreditlə bağlı olan. Maliyyə nazirliyi. - Kosa, mühasibi çox axtardıqdan sonra onu maliyyə... |
MALİYYƏÇİ (ID - 27762)is. 1. Maliyyə işləri mütəxəssisi.
2. köhn. Çoxlu pulu olan adam, dövlətli adam. |
MALİYYƏT (ID - 27763)is. [ər.] dan. Dəyər, qiymət, baha. [Həsən:] A başınıza dönüm, [qoyunun] maliyyəti dörd abbasıdır. Ə.Haqverdiyev.
|
MALİYYƏTSİZ (ID - 27764)sif. dan. Heç bir dəyəri, qiyməti olmayan. Maliyyətsiz şey.
|
MALKƏLƏMİ (ID - 27765)is. bot. Mal yemi kimi istifadə olunan kələm növü.
|
MAL-QARA (ID - 27766)top. Iri və xırda buynuzlu ev heyvanları. Mal-qaramız artır. - Pəyədən mal-qaranı bəzi çıxardır qırağa; Bəzi səhraya gedir işləməyə, bəzi bağa. A.Səhhət. Nurəddinin mal-qaradan ancaq bir atı vardı. S.S.Axundov. [Cavad:] O ağacın...
|
MAL-QARAÇI (ID - 27767)bax maldar.
|
MAL-QARAÇILIQ (ID - 27768)is. Mal-qara saxlama; maldarlıq.
|
MAL-QARALI (ID - 27769)sif Mal-qarası olan, malqara saxlayan. Mal-qaralı həyət. - Qayib kişinin əvvəli mal-qaralı, qoyun sürülü, dövlətli bir kəndli idi. S.S.Axundov.
|
MALLI1 (ID - 27770)sif Mal-qarası olan, mal-qaralı, ev heyvanı saxlayan. Mallı kəndli.
|
MALLI2 (ID - 27771)sif Varlı, dövlətli. Eyləyirsən məni müşkül işə vadar, yazım? Mallı, pullu kişini zalimü qəddar yazım? Ə.Nəzmi. ..Bir mallı, dövlətli kəndlinin cavan oğlu şiddətli surətdə dəli olur. S.S.Axundov.
|
MAL-MADAR, MAL-MÜLK (ID - 27772)is. dan. Var, dövlət. Mal-madar sahibi. Mal-madarı əlindən getmək. - [Paşa bəy:] Bu qədər cah-calal, ad-san, şan-şöhrət, mal-mülk əldən çıxsa dözmək olarmı? Ə.Vəliyev.
|
MALORUSLAR (ID - 27773)cəm Ukraynalıların köhnə adı.
|
MALPƏRƏST (ID - 27774)sif. və is. [ər. mal və fars. ...pərəst] Var-dövlətə, pula, vara həris olan, onlara pərəstiş edən; malcanlı. Malpərəst adam. Malpərəstin biridir.
|
MALPƏRƏSTLİK (ID - 27775)is. Malpərəstin xasiyyəti, vara-dövlətə həris olma, pərəstiş etmə.
|
MAL-PUL (ID - 27776)bax mal-dövlət.
|
MALSIZ1 (ID - 27777)sif. Heyvanı olmayan, ev heyvanı saxlamayan. Malsız həyət.
|
MALSIZ2 (ID - 27778)sif. Varı-dövləti olmayan; yoxsul, kasıb. Malsız adam.
|
MALTOZA (ID - 27779)is. [ing.] Səməni şəkəri, təbii disaxaridlərdən biri.
|
MALTUSÇULUQ (ID - 27780)is. İngilis burjua iqtisadçısı Maltusun, kapitalizm şəraitində zəhmətkeşlərin ağır vəziyyətini ictimai səbəblərlə deyil, əhalinin son dərəcə sürətli artımı ilə izah edən mürtəce nəzəriyyəsi.
|
MALYARİYA (ID - 27781)[ital.] Növbəli titrətməqızdırması olan yoluxucu xəstəlik; titrətməqızdırma. Malyariyaya tutulmaq. Malyariya ilə mübarizə. - [Aydın:] Mən malyariya sahəsində işləmək istəyirəm. H.Seyidbəyli.
|
MALYARİYALI (ID - 27782)sif. Malyariya xəstəliyinə tutulmuş; titrətmə-qızdırmalı.
|
MALYEMƏZ (ID - 27783)is. Öz zəruri ehtiyaclarına belə pul xərcləməyən, imkanı, varı-dövləti olduğu halda korluqla yaşayan xəsis adam. Malyeməzin malını yeyərlər. (Ata. sözü). [Qoca:] Oğlum, sən nə bildin ki, ölən malyeməz imiş? “Əsli və Kərəm”...
|
MAMA1 (ID - 27784)is. Doğuş zamanı kömək göstərməklə məşğul olan (keçmişdə təhsilsiz, indi isə xüsusi təhsil görmüş) qadın. Mama çox olanda, uşaq tərs gələr. (Ata. sözü). [Cahan:] Kənddə mama yoxluğu hiss edilirdi. Ə.Haqverdiyev.
|
MAMA2 (ID - 27785)1. məh. bax bibi.
2. dan. Ana. Maması: - Əliş, burada niyə mürgüləyirsən? Ə.Vəliyev. |
MAMAÇA (ID - 27786) |
MAMAÇALIQ (ID - 27787)is. Mamaçanın sənəti, peşəsi, işi.
|
MAMALIQ (ID - 27788)is. Mamanın işi, peşəsi (b a x mama1). Nənəcan mamalıq edib qızını saxlardı. N.Nərimanov. [Ziba] özü də mamalıq texnikumunun son sinfində oxuyurdu. S.Hüseyn.
|
MAMIR (ID - 27789)is. bot. Ali sporlu bitkilərdən ibtidai quruluşa malik bitki. Həyətin hündür hasarları rütubətdən mamırla örtülmüşdü. Seyidbəyli. Cığırı çox yerdə yaşıl mamır basmışdı. B.Bayramov.
|
MAMIRLANMA (ID - 27790)"Mamırlanmaq” dan f.is.
|
MAMIRLANMAQ (ID - 27791)f. Mamırla örtülmək, üzərində mamır bitmək. Qaya mamırlanmışdı.
|
MAMIRLI (ID - 27792)sif 1. Mamırla örtülmüş, üstünü mamır basmış. Dolaşdım Gürcüstanın; Mamırlı dağlarında. Ə.Cavad. [Həkim] ..su içindəki mamırlı qayanın üstü ilə iməkləyərək qırağa çıxdı. M.Hüseyn.
2. məc. dan. Tük basmış,... |
MAMIRLIQ (ID - 27793)is. Çox mamır bitən yer, mamır basmış sahə.
|
MAMIROTU (ID - 27794)is. bot. Qərənfilçiçəklilər fəsiləsindən xırda çiçəkli ot bitkisi.
|
MAMONT (ID - 27795)[rus.] Xarici görünüşcə fili xatırladan, buzlaşma dövründə yaşamış, uzuntüklü, yuxarı əyilmiş dişləri olan çox iri heyvan.
|
MAN (ID - 27796)is. dan. Eyib, nöqsan, kəsir. □ Man deyil - eyib deyil, nöqsan sayılmır. Kasıblıq man deyil. - Arvad alıb-boşamaq zəmanəmizdə man deyil və ən asan işlərin birisidir. E.Sultanov. Amerikada bu adətdir; Oğru olmaq man deyildir. R.Rza....
|
MANAT (ID - 27797) |
MANATLIQ (ID - 27798)is. 1. Bir manat qiymətində olan pul. Manatlığı xırdalamaq.
2. Saylarla işlənib bir şeyin neçə manat dəyərində olduğunu bildirir. 5 manatlıq ağ almaq. - [Kərbəlayı Cəfər:] ..Sən bir elə adam tap ki, mənə yeddi manat versin,... |
Bu səhifə dəfə baxılıb