
MALİKis. [ər.] Sahib, yiyə. Başqa-başqa səciyyəyə malik bu adamların adları da səciyyələrinə müvafiq idi. Çəmənzəminli. Iskəndər hərəkət etmək, fəaliyyət göstərmək, yaratmaq üçün çırpınan bir ruha malikdir. M.İbrahimov. □ Malik olmaq - sahib olmaq. Istərdim o da mən kimi bir hörmətə çatsın; Ta qol gücünə malik olub şöhrətə çatsın. M.Ə.Sabir. Heydər atasının dövlətinə tək oldu malik və işi gəldikcə başladı tərəqqi eləməyə. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|