
MANATLIQis. 1. Bir manat qiymətində olan pul. Manatlığı xırdalamaq.
2. Saylarla işlənib bir şeyin neçə manat dəyərində olduğunu bildirir. 5 manatlıq ağ almaq. - [Kərbəlayı Cəfər:] ..Sən bir elə adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum.. C.Məmmədquluzadə. [Gileygüzarov:] Gətirdiyin üç manatlıq kitab hədiyyəsi nəyimə gərəkdir. S.Rüstəm. Paylaşın - Hamı bilsin
|