İzahlı lüğət

MARKİZET (ID - 27899)

[fr. marquisette] Çox nazik sapdan toxunan nazik pambıq və ya ipək şəffaf parça. Beş metr markizet. // Həmin parçadan tikilmiş. Markizet paltar.

MARKSİST (ID - 27900)

is. Marksizm tərəfdarı. // Marksizmlə bağlı olan, marksizmə xas olan, marksizm prinsiplərini ifadə edən. Marksist dialektika. Marksist dünyagörüşü.

MARKSİSTCƏSİNƏ (ID - 27901)

zərf Marksizm nöqteyi-nəzərindən (mövqeyindən), marksizmi əsas tutaraq. Məsələyə marksistcəsinə yanaşmaq.

MARKSİST-LENİNÇİ (ID - 27902)

sif Marksizməleninizmə aid olan, marksizm-leninizm prinsiplərini ifadə edən. Marksist-leninçi partiya.

MARKSİZM (ID - 27903)

[K.Marksın adından] Təbiət və cəmiyyətin inkişaf qanunları, məzlum və istismar olunan kütlələrin inqilabı haqqında dünyagörüşü.

MARKSİZM-LENİNİZM (ID - 27904)

is. Marks-EngelsLenin nəzəriyyəsi.

MARQARİN (ID - 27905)

[fr.] Heyvan piyi, bitki yağları və bəzi başqa maddələrin qarışığından hazırlanan yağ.

MARMELAD (ID - 27906)

[port.] Meyvə püresi, patka və şəkərdən hazırlanan şirniyyat növü. Alma marmeladı.

MAROKEN (ID - 27907)

is. [xüs. is.-dən] Kitab cildi üçün material; qumaş.

MARONİ (ID - 27908)

is. [xüs. is.-dən] Xristian icmalarından biri.

MARS1 (ID - 27909)

is. Nərd oyununda: oyunun axırına kimi bir daş da olsa çıxa bilməyib ikiqat uduzma. Qayınata ilə kürəkən nərd oynayırdılar. Kərim .. marsa çalışırdı. İ.Əfəndiyev. Mars olmaq (qalmaq) - nərd oyununda: bir daş da olsa çıxa bilməyib...

MARS2 (ID - 27910)

is. [lat.] Qədim romalıların mifologiyasında müharibə allahı.
MARS3 is. Günəş sisteminin dördüncü planeti. Ay kimi, Mars kimi, Venera kimi; Qəlbinin çox sirri kəşf olunmamış... M.Araz.

MARSELYEZA (ID - 27911)

[fr. Marsel şəhərinin adından] Sonradan Fransanın milli himni olmuş fransız inqilabi mahnısı. Marselyeza axır küçələrdə; Bəlkə bahar yelidir, axır? R.Rza.

MARŞ (ID - 27912)

[fr.] 1. Sırada bir qaydada, ritmik yürüş tərzi. Təntənəli marş.
Sırada bir qaydada, ritmik yeriməyə başlamaq üçün komanda. Marş, irəli! Addımla, marş! Qoşunların yürüş qaydası ilə bir yerdən başqa yerə hərəkəti. Üçgünlük...

MARŞAL (ID - 27913)

[fr.] Bəzi ölkələrin ordularında yüksək hərbi ad və ya rütbə, habelə belə adı və ya rütbəni daşıyan adam. Səlim xansa güvənib uca, kəskin dağlara; Nişan aldı marşalın dəli məğrur başını.. A.Ildırım.

MARŞALLIQ (ID - 27914)

is. Marşal rütbəsi, adı.

MARŞRUT (ID - 27915)

[alm.] Adamların, ordunun, nəqliyyatın və s.-nin dayanacaq yeri göstərilməklə, qabaqcadan müəyyən olunmuş yolu. Bakı-Moskva marşrutu.

MART (ID - 27916)

[lat.] Təqvim ilinin üçüncü ayı. Mart qırğınları. - Mart çıxdı, dərd çıxdı. (Ata. sözü).

MARTEN (ID - 27917)

[xüs. is. -dən]: marten peçi (sobası) - polad əritmək üçün xüsusi quruluşlu soba.

MARTENÇİ (ID - 27918)

is. xüs. Marten sobasında işləyən fəhlə.

MARTI, MARTIQUŞU (ID - 27919)

zool. Qağayı. Yeni doğan günəşin daşqın şəfəqlərində; Dənizdə martı kimi yuyunuram hər səhər. A.Şaiq. Rəngin şəfəqlərə boyanırXəzər; Uçuşur martılar - o nazlı quşlar. S.Vurğun. ..Bəzən də martı quşları qiyyə çəkib...

MARTİT (ID - 27920)

is. Mineral.

MASA (ID - 27921)

is. [rumıncadan] Miz, stol. Otağın küncündə bir dəyirmi masa görünürdü. Çəmənzəminli. [Mehriban] vaxtın gec olmasına baxmayaraq, küçə balkonuna bir masa çıxarıb süfrə düzəltdi. S.Hüseyn. Cəfər əmi əvvəlcə hazırladığı...

MASABƏYİ (ID - 27922)

is. Qonaqlığı, ziyafəti, məclisi idarə edən adam; tamada. Gecənin dodaqları gülümsəyirdi; Masabəyi sevinclə:
İçin! - deyirdi. M.Müşfiq. Bir ağızdan həkimi; Masabəyi seçdilər. B.Vahabzadə.

MASABƏYİLİK (ID - 27923)

is. Masabəyinin işi, vəzifəsi; tamadalıq.

MASAJ (ID - 27924)

[fr.] Müalicə və ya kosmetik məqsədlə bədəni və ya onun bir yerini əllə sığallama, sürtmə, ovuşdurma. Masaj etmək. Masajla müalicə.

MASAJÇI (ID - 27925)

is. Masaj edən tibb işçisi.

MASAJLAMA (ID - 27926)

“Masajlamaq” dan f.is.

MASAJLAMAQ (ID - 27927)

f Masaj etmək.

MASAJLANMA (ID - 27928)

“Masajlanmaq” dan f.is.

MASAJLANMAQ (ID - 27929)

məch. Masaj edilmək.

MASAL (ID - 27930)

is. Nağıl, hekayə. Qışın oğlan zamanı; Ağca masal söylərsən. Ə.Cavad. Kim yanılıb deyir: ömür masaldır; Bir şirin uyqudur, bir boş xəyaldır? M.Müşfiq.

MASAÜSTÜ (ID - 27931)

sif 1. Masanın üstünə salınmağa, qoyulmağa məxsus; stolüstü. Masaüstü lampa.
2. məc. Daim istifadə edilən, əl altında olan, çox lazım olan; stolüstü. Masaüstü kitab.

MASƏVA (ID - 27932)

qoş. [ər.] köhn. Qeyri, başqa, əlavə, o birisi. ..Padşahın hüzurunda nədimlərdən masəva böyük möbid dəxi olurdu ki, cəmi ülumə xəbərdar idi. M.F.Axundzadə. [Niyaz bəy:] Ondan masəva bu oxuyub tərbiyə alanların nəzərləri...

MASKA (ID - 27933)

[fr. əsli ər. məsxərə-dən] 1. Tanınmamaq üçün üzə taxılan və göz üçün deşikləri olan xüsusi örtük. Maska taxmış pəhləvan. - Qəribə zamanda yaşadıq, oğul; Bilmədik maskayla üzün flərqini. B.Vahabzadə. // Üzərində...

MASKALAMA (ID - 27934)

“Maskalamaq” dan f.is.

MASKALAMAQ (ID - 27935)

f 1. Bir adamın və ya bir şeyin üzünə maska taxmaq, maska keçirtmək.
Bir şeylə üstünü örtmək, gizlətmək; görünməz, ətraf mühitdən seçilməz hala salmaq. Səngərləri maskalamaq. Topları maskalamaq.

MASKALANMA (ID - 27936)

“Maskalanmaq” dan f.is.

MASKALANMAQ (ID - 27937)

f 1. Maska taxılmaq, maska keçirilmək.
Bir şeylə üstü örtülmək, gizlədilmək; görünməz, seçilməz hala salınmaq. Atəş nöqtələri maskalanmışdı.
qayıd. Üzünə maska taxmaq, maska geymək.
məc. Özünü olduğu kimi...

MASKALI (ID - 27938)

sif. Üzündə maska olan; maska taxmış, maska geymiş. Maskalı uşaq.

MASKARAD (ID - 27939)

MASKARON (ID - 27940)

is. [fr.] Pəncərə və qapı açırımlarında, fəvvarələrdə, həmçinin mebel, qab və s. bədii tərtibatında tətbiq olunan insan sifəti və ya heyvan başı şəklində maska və ya dekorativ relyef.

MASKON (ID - 27941)

is. [ing.] Ay səthində yerləşib, kütlə sıxlığı böyük olan hissələr.

MASQARA (ID - 27942)

is. [ər.] İstehza, ələ salma, dolama, rişxənd, gülmə. Ancaq bəziləri masqara üçün sonralıqca vərdiş etdiklərindən [Süleyman bəyə] “Mirzə Süleyman bəy” deyirdilər. B.Talıblı. [Şah İsmayıl] yoldaşına kömək çıxaraq...

MASQARABAZ (ID - 27943)

sif və is. [ər. məsxərə və fars. ...baz] Meydan teatrı aktyoru, təlxək, məzkərəçi, gülüş ustası. Masqarabaz adam.

MASQARABAZLIQ (ID - 27944)

is. Masqara etmək xasiyyəti, masqara etmə; rişxəndçilik.

MASQARAÇI (ID - 27945)

b a x masqarabaz. Burada hər kəs .. eyni zamanda masqaraçı, oyunçu, məzhəkəçidir. M.S.Ordubadi.

MASQARAÇILIQ (ID - 27946)

bax masqarabazlıq. Bunlar da eyni məzhəkəçilik və eyni masqaraçılıqda iştirak edirdilər. M.S.Ordubadi.

MASQURA (ID - 27947)

is. [fars. mastxurə] Kiçik kasa, kiçik piyalə. Masqurada bir azpendir, bir az doşab vardı. C.Cabbarlı.

MASON (ID - 27948)

is. [fr.] XVIII əsrin əvvəllərində Fransada yaranmış dini-etnik hərəkatın üzvü.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed