İzahlı lüğət

MÜƏYYƏNLƏŞMƏ (ID - 29899)

“Müəyyənləşmək” dən f.is.

MÜƏYYƏNLƏŞMƏK (ID - 29900)

f Müəyyən olmaq, dürüstləşmək, dəqiqləşmək, aydınlaşmaq, qəti şəkil almaq, konkretləşmək. Payızdır, lakin əsilpayız havası müəyyənləşməmişdir. Mir Cəlal.

MÜƏYYƏNLİK (ID - 29901)

is. Müəyyən olma; aydınlıq, qətilik. Işin müəyyənliyi.

MÜƏZZƏM (ID - 29902)

sif [ər.] 1. tənt. Əzəmətli, böyük, cəsamətli, möhtəşəm. Müəzzəm heykəl. Müəzzəm saray. - Inqilab .. müəzzəm bir bina üçün zəmin hazırlarkən yeni quruluşu anlamayan, ona uya bilməyən Məhəmməd bəy kədər içində boğulub...

MÜƏZZİN (ID - 29903)

is. [ər.] Azançı. Badamlı qəsəbəsinin müəzzini çox həzin səs ilə oxuyurdu. Məmmədquluzadə. Müəzzinin səsinin hər pərdəsi Həsənin sevdiyi sənətindən bir xatirat idi. B.Talıblı.

MÜƏZZİNLİK (ID - 29904)

is. Azançılıq.

MÜFƏSSƏL (ID - 29905)

sif. və zərf [ər.] Ətraflı, təfsilatlı, geniş (müxtəsər ziddi). Müfəssəl məktub. Müfəssəl danışmaq. - [Ələsgər:] Əhvalatın hamısını mən yaxşı bilirəm. Tamam müfəssəl mənə nağıl ediblər. Ə.Haqverdiyev. [Müəllim:]...

MÜFƏSSƏLLİK (ID - 29906)

is. Müfəssəl olma; ətraflılıq, təfsilatlılıq, hərtərəflilik, genişlik. Məlumatın müfəssəlliyi.

MÜFƏTTİŞ (ID - 29907)

is. [ər.] Təftiş aparan vəzifəli şəxs; təftişçi. Maliyyə müfəttişi. Avtomobil müfəttişi. - [Oğlan:] Bilirəm, siz də müfəttişin tərəfini tutacaqsınız! - dedi. A.Şaiq.

MÜFƏTTİŞLİK (ID - 29908)

MÜFLİS (ID - 29909)

sif [ər.] 1. İflasa uğramış, iflas etmiş, sınıq çıxmış (b a x iflas 1 -ci mənada). Müflis olmaq- bax müflisləşmək 1-ci mənada. [Dilara:] Cavanşir bəy müflis olmuş Qarabağ bəylərindən birinin oğlu idi. Ə.Məmmədxanlı.
2....

MÜFLİSLƏŞDİRMƏ (ID - 29910)

“Müflisləşdirmək” dən f.is.

MÜFLİSLƏŞDİRMƏK (ID - 29911)

f Var-yoxunu əlindən çıxartmaq, müflis olmağına səbəb olmaq, iflasa uğratmaq.

MÜFLİSLƏŞMƏ (ID - 29912)

"Müflisləşmək” dən fis.

MÜFLİSLƏŞMƏK (ID - 29913)

f 1. İflasa uğramaq, iflas etmək.
2. Var-dövlətini itirmək, var-dövləti əlindən çıxmaq, müflis olmaq.

MÜFLİSLİK (ID - 29914)

is. Müflis olma, var-yoxu, pulu, malı əlindən çıxma, iflasa uğrama.

MÜFRƏD (ID - 29915)

is. [ər.] Qrammatikada: “tək” in köhnə adı (cəm qarşılığı).

MÜFSİD (ID - 29916)

sif [ər.] köhn. Araqarışdıran, fəsad törədən, fitnəkar. Bir növ ilə öz fikrinizi soxduz arayə; Ta çatdı xəbər bir para müfsid üləmayə... M.Ə.Sabir.

MÜFTƏ (ID - 29917)

sif. [fars.] Pulsuz, havayı, əvəzinə heç bir şey verilməyən; məccani. Müftə sirkə baldan şirindir. (Ata. sözü). [Heydər bəy:] Məyər Təbrizdə müftə mal tökülübdür, gedib yığışdırıb gətirək gələk? M.F.Axundzadə. //...

MÜFTƏCƏ (ID - 29918)

zərf və sif 1. Müftə olaraq, havayı, pulsuz-parasız, məccani. Müftəcə işləmək. - [Pristav qorodovoylara:] Müftəcə məvacib alıb, il uzunu bircə qəpikliksə də iş görmək istəmirsiniz. Çəmənzəminli.
2. məc. Boş yerə, əbəs...

MÜFTƏXOR (ID - 29919)

is. [fars.] Özü zəhmət çəkməyib başqalarının hesabına yaşayan adam; tüfeyli, parazit. [Fərhad:] Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər. Ə.Haqverdiyev. // Sif. mənasında. [Cəlaləddin:] Kənar edin hökumət...

MÜFTƏXORLUQ (ID - 29920)

is. Özü işləməyib başqalarının hesabına yaşama; tüfeylilik, parazitlik. [Laçın bəy:] Cəminin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. N.Vəzirov.

MÜFTİ (ID - 29921)

is. [ər.] 1. Sünnilərin dini işlərinə rəhbərlik edən baş ruhani. Müftinin hörmətin tutub mənzur; Ora göndərdilər böyük bir zat. Ə.Qəmküsar. [İkinci qulam:] Gəlmək istər hüzurə bir müfti. H.Cavid.
2. Hüquq məsələlərində...

MÜFTİLİK (ID - 29922)

is. Müfti vəzifəsi. ..Orenburq müftiliyinə senator .. təyin olunur və Orenburq müftisi cənab Sultanov jandarm qulluğuna keçir. C.Məmmədquluzadə.

MÜGAYİR (ID - 29923)

sif [ər.] Uyğun olmayan, düz gəlməyən, müvafiq olmayan; zidd, əks, müxalif. [Rza bəy Məşədi İbada:] O cür şey məsləkimə müğayirdir. Ü.Hacıbəyov. ..Uşaqları özləri ilə bir otaqda yatırmaq tərbiyəyə müğayir bir hərəkət...

MÜĞƏNNİ (ID - 29924)

is. [ər.] Oxuyan, xanəndə. Müğənni yeni mahnı oxudu. Müğənnini alqışlamaq. - Bir nəğmə çalın ki, heyrətdə qalsın; Bütün dövrlərin müğənniləri. M.Müşfiq. Əlindən iş gəlməyən; Söz ilə basıb-kəsən quru bəyə bənzərik;...

MÜĞƏNNİLİK (ID - 29925)

is. Müğənni sənəti, xanəndəlik.

MÜHACİR (ID - 29926)

is. [ər.] 1. Siyasi, iqtisadi və ya dini səbəb üzündən vətənini tərk edib başqa ölkəyə köçən və orada yaşayan adam. Siyasi mühacir.
2. Yeni yerə, yeni torpaqlara köçən və ya köçürülən adam. Vətənçin burnunun ucu göynəyən;...

MÜHACİRƏT (ID - 29927)

is. [ər.] 1. Siyasi, iqtisadi və ya dini səbəbdən məcburi və ya könüllü olaraq öz vətənini tərk edib başqa ölkəyə köçmə. □ Mühacirət etmək - öz vətənini tərk edərək başqa ölkəyə köçmək. Doktor hələ çar zamanı...

MÜHACİRLİKbax (ID - 29928)

mühacirət 1 və 2-ci mənalarda.

MÜHAFİZ (ID - 29929)

is. [ər.] Mühafizə edən, qoruyan; mühafizəçi, keşikçi. [Ələmdar] bir küncə çəkilib özünü başqa rəislərin mühafizləri arasına saldı. S.Rəhimov. [Yusif:] Məhsəti xanımı mühafizlər dövrəyə alıblar. M.Hüseyn.

MÜHAFİZƏ (ID - 29930)

is. [ər.] Hücumdan, təhlükədən, zərbədən, qəsddən və s.-dən qoruma, saxlama. [Qadın] sol əlini başının qarşısına tutmaqla özünü üzərinə enməkdə olan ağacdan mühafizəyə çalışırdı. S.Hüseyn. ..Mərcan nənə nə fikirləşdisə...

MÜHAFİZƏÇİ (ID - 29931)

is. 1. Qoruyan, mühafizə edən, qoruyucu.
2. Keşik çəkən; keşikçi, qoruqçu. ..Hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. M.S.Ordubadi.

MÜHAFİZƏEDİCİ (ID - 29932)

sif. Mühafizə edən, qoruyan; qoruyucu. Mühafizəedici qurğu.

MÜHAFİZƏKAR (ID - 29933)

is. [ər. mühafizə və fars. ...kar] 1. Vaxtı keçmiş, köhnə qaydaları, adət və ənənələri sevən, onlara riayət edən adam, köhnəlik tərəfdarı; köhnəpərəst. [Yaşlı kişi:] [Tacir] dinçi və mühafizəkar idi, “sübhanallah”...

MÜHAFİZƏKARLIQ (ID - 29934)

is. Köhnəlik tərəfdarı olma; köhnəpərəstlik. [Hidayət Sənubərə:] Bu qədər mühafizəkarlıq, etinasızlıq olmaz! B.Bayramov.

MÜHAFİZƏT (ID - 29935)

[ər.] köhn. bax mühafizə. ..Nə qədər ki millət, dil və vətənyolundafiəda olmağa biz qadirik, .. dilimizi və vətənimizi mühafizət edə biləcəyik. C.Məmmədquluzadə.

MÜHAKİMƏ (ID - 29936)

is. [ər. ] 1. Bir şey haqqında fikir, mülahizə, nöqteyi-nəzər. Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var. Məmmədquluzadə. □ Mühakimə yürütmək - müəyyən fikir yeritmək, fikir söyləmək, mülahizə yürütmək. [Surxay]...

MÜHARİBƏ (ID - 29937)

is. [ər.] Dövlətlər arasında mütəşəkkil silahlı mübarizə; hərb, dava. Birinci dünya müharibəsi. Müharibə vəziyyətində olmaq. - Atabəy məmləkətləri müharibə ərəfəsində idi. M.S.Ordubadi. Qanlı müharibələrin şahidi olan...

MÜHASİB (ID - 29938)

is. [ər.] bax buxalter. Mühasib əlindəki haqq-hesabı başa çatdırmağa çalışırdı. S.Rəhimov. Mən on iki il baş mühasib olmuşam. İ.Əfəndiyev.

MÜHASİBAT (ID - 29939)

is. [ər. “mühasib” söz. cəmi] bax buxalteriya. Mühasibatı yoxlayaq. // Mühasiblik. Sonra Qələndərovu şəhər mühasibat kurslarına göndərdilər. Mir Cəlal.

MÜHASİBLİK (ID - 29940)

b ax buxalterlik 2-ci mənada. Mühasiblik kursu.

MÜHASİRƏ (ID - 29941)

is. [ər.] Hər tərəfdən əhatə olunma, araya alınma; dövrələmə. Düşmənin mühasirəsini yarmaq. Mühasirədən çıxmaq. Mühasirə etmək - hər tərəfdən əhatə etmək, dövrələmək, araya alıb başqaları ilə əlaqəsini kəsmək....

MÜHAZİRƏ (ID - 29942)

is. [ər.] Ali məktəbdə hər hansı bir fənnin professor və ya müəllim tərəfindən şifahi şərhi; leksiya. Mühazirəyə qulaq asmaq. Azərbaycan ədəbiyyatı tarixindən mühazirə. // Hər hansı bir mövzuya dair açıq leksiya. [Musanın...

MÜHAZİRƏÇİ (ID - 29943)

is. Mühazirə oxuyan adam; lektor. Mühazirəçiyə sual vermək.

MÜHƏQQƏQ (ID - 29944)

sif. [ər.] köhn. Təhqiq olunmuş, doğruluğu və gerçəkliyi məlum olmuş: doğru, gerçək, həqiqi, yəqin, səhih. Bu nəzəriyyə arvadlar məclislərində çox danışıldıqdan sonra mühəqqəq bir surət aldı. Ə.Haqverdiyev. [Şəmsiyyə...

MÜHƏNDİS (ID - 29945)

is. [ər.] Texnikanın hər hansı sahəsində ali təhsil almış mütəxəssis. Nefit mühəndisi. Hərbi mühəndis. Mühəndis-mexanik. Mühəndis-energetik.

MÜHƏNDİSLİK (ID - 29946)

is. 1. Mühəndis sənəti, ixtisası. [Haqverdizadənin] hər bir yoldaşı özünə ixtisas seçən zaman, o da yol mühəndisliyini bəyənmişdi. S.Rəhimov.
2. Mühəndis sənəti ilə bağlı olan. Mühəndislik fiakültəsi. - Fərhaddan kağız...

MÜHƏRRİK (ID - 29947)

[ər.] Hər hansı enerjini mexaniki enerjiyə çevirən maşın, bir şeyi hərəkətə gətirən maşın, motor. Buxar mühərriki. Daxili yanacaq mühərriki.

MÜHƏRRİR (ID - 29948)

is. [ər.] 1. Jumalist. [Şərif:] Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin! C.Cabbarlı. “Əkinçi” nin mühərrirləri mövhumat və cəhalət əleyhinə mübarizəni çox düşünülmüş və ağıllı şəkildə aparırdılar. M.İbrahimov....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed