İzahlı lüğət

MÜHAKİMƏ

is. [ər. ] 1. Bir şey haqqında fikir, mülahizə, nöqteyi-nəzər. Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var. Məmmədquluzadə. □ Mühakimə yürütmək - müəyyən fikir yeritmək, fikir söyləmək, mülahizə yürütmək. [Surxay] öz dostuna qarşı ittihamkar mühakimələryürüdürdü. İ.Əfəndiyev.
2. hüq. Məhkəmədə işə baxma. Mühakimənin gedişi. - Eyni zamanda iki otaqda mühakimə gedirdi. Mir Cəlal. □ Mühakimə etmək (eləmək) - məhkəmədə işinə baxmaq. [Muxtar Firəngizə:] Bağışlanmaz bir canini mühakimə edərkən belə təqsirnaməsini ondan gizlətmirlər. B.Bayramov. Mühakimə olunmaq - məhkəmədə işinə baxılmaq. Cani mühakimə olundu. - Qanun üzrə mühakimə olundu; Fərman çıxdı, asılsın, hökm oxundu. Səhhət. Hümmətgilin bu gün kənddə mühakimə olunacağı xəbəri bircə saatın ərzində bütün el-obaya yayıldı. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed