
MÜĞƏNNİis. [ər.] Oxuyan, xanəndə. Müğənni yeni mahnı oxudu. Müğənnini alqışlamaq. - Bir nəğmə çalın ki, heyrətdə qalsın; Bütün dövrlərin müğənniləri. M.Müşfiq. Əlindən iş gəlməyən; Söz ilə basıb-kəsən quru bəyə bənzərik; Oxuduğu sözlərin mənasını bilməyən; Müğənniyə bənzərik. B.Vahabzadə. Get, a nazəndə müğənni, apar öz tarını da; Gedib artıq şüurum, şur ilə şahnazım yox. Şəhriyar. // Sif. mənasında. Müğənni qız.
Paylaşın - Hamı bilsin
|