İzahlı lüğət

MÜHASİRƏ

is. [ər.] Hər tərəfdən əhatə olunma, araya alınma; dövrələmə. Düşmənin mühasirəsini yarmaq. Mühasirədən çıxmaq. Mühasirə etmək - hər tərəfdən əhatə etmək, dövrələmək, araya alıb başqaları ilə əlaqəsini kəsmək. Hadisədən yarım saat keçmədən Atabəy sarayını Azərbaycan qoşunları mühasirə etdi. M.S.Ordubadi. Düşmənlər duyuq düşüb aldılar üstümüzü; Etdilər mühasirə dördyandan kəndimizi. S.Rüstəm. Mühasirəyə almaq - b a x mühasirə etmək. Düşmən qoşununu mühasirəyə almaq. - [Tərlan:] Bilmirəm haradasa almanlar bizim üç alayı mühasirəyə alıb top atəşinə tutmuşdular. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed