İzahlı lüğət

MƏNDİL2 (ID - 28699)

is. Tayanın çürüməməsi üçün altına qoyulan köhnə ot.

MƏNDULƏ (ID - 28700)

is. Keçmişdə arxalıq, şalvar və s. tikilən nazik və möhkəm parça növü. // Həmin parçadan tikilmiş. Məndulə çarşab. Məndulə şalvar. - ..Qurşağı yerdən sürünür, məndulə arxalığının yaxası sallanırdı. Mir Cəlal.

MƏNƏMLİK (ID - 28701)

is. Təkəbbür, lovğalıq, özünü dartma. [Mədəd:] Mənəmlik, təkəbbür, heç kəsi bəyənməmək, hamıya alçaq nəzərlə baxmaq - budur sənin ən böyük qüsurların. Ə.Vəliyev. □ Mənəmlik etmək - lovğalanmaq, özündən başqa...

MƏNƏM-MƏNƏM (ID - 28702)

mənəm-mənəm demək - lovğalanmaq, təkəbbür göstərmək, özündən başqa heç kəsi saymamaq. Mənəmmənəm deyənlərin inanma çox da qövlünə. M.Ə.Sabir. Vaqif gördü ki, Ibrahim xan onun sözlərinin məğzini dərk etmir, mənəm-mənəm...

MƏNƏM-MƏNƏMLİK (ID - 28703)

bax mənəmlik. [Qoşatxan:] Öldür səni içəridən gəmirən qurdu - bu mənəm-mənəmlik qurdunu. M.İbrahimov.

MƏNƏN (ID - 28704)

zərf [ər.] Mənəvi cəhətdən; ruhən. ..Bizim şüəra cismən ölüb fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. F.Köçərli.

MƏNƏNƏ (ID - 28705)

is. zool. Bitkilərin şirəsilə qidalanan ziyanverici bir cücü növü.

MƏNƏVİ (ID - 28706)

sif [ər.] İnsanın daxili, ruhi aləmi ilə bağlı olan, mənəviyyatla əlaqədar; batini, qeyri-cismani, qeyri-maddi. Insanın mənəvi aləmi. Mənəvi tələbat. Mənəvi məsuliyyət. Mənəvi əzab. - Kimsə [Zeynalı] sevməyir, müdafiə etməyir,...

MƏNƏVİYYAT (ID - 28707)

is. [ər.] Insanın mənəvi keyfiyyətləri, normaları; yüksək əxlaq. Xalqın mənəviyyatı. Yüksək mənəviyyat. - O kəslər ki, müəllimlik kimi .. xidməti tərk edib, qeyripeşə dalısınca gediblər, mənəviyyat cəhətincə öz əhdü-peymanlarını...

MƏNFƏƏT (ID - 28708)

is. [ər.] 1. Gəlirin xərci çıxdıqdan sonra qalan artıq hissəsi, pul gəliri; qazanc. Tacirin mənfəəti.
dan. Fayda, xeyir. Qəzetin çoxdu xalqa mənfəəti. S.Ə.Şirvani. [Palıd:] Qış sobada xalq məni yandırar; Mənfəətim xalqa mənim...

MƏNFƏƏTBƏRDAR (ID - 28709)

sif. [ər. mənfəət və fars. ...bərdar] köhn. bax mənfəətdar. Mənfəətbərdar olmaq - fayda götürmək, mənfəət əldə etmək, faydalanmaq. [Gülbahar:] Dadaş, o lüğəti ki, sən yazırsan, bu bir yadigardı ki, hər bir kəs oxuyub mənfəətbərdar...

MƏNFƏƏTDAR (ID - 28710)

sif. [ər. mənfəət və fars. ...dar] Maddi cəhətdən mənfəəti olan; fayda görən, qazanc götürən, mənfəət əldə edən; mənfəətbərdar.

MƏNFƏƏTDARLIQ (ID - 28711)

is. Maddi cəhətdən mənfəətdar olma; mənfəət götürmə, qazanc əldə etmə.

MƏNFƏƏTGÜDƏN (ID - 28712)

bax mənfəətpərəst.

MƏNFƏƏTLİ (ID - 28713)

sif. Mənfəət verən, xeyirli, gəlirli, faydalı. Mənfəətli iş. - [Yusif Hümmətə:] Camaat üçün nə mənfəətlidir, nə gəlirlidir - onu əksin. B.Bayramov.

MƏNFƏƏTLİLİK (ID - 28714)

is. Mənfəətli olma; xeyirlilik, gəlirlilik, faydalılıq.

MƏNFƏƏTPƏRƏST (ID - 28715)

is. və sif. [ər. mənfəət və fars. ...pərəst] Şəxsi mənfəətini, öz xeyrini güdən (adam). Mənfəətpərəst adam.

MƏNFƏƏTPƏRƏSTLİK (ID - 28716)

is. Öz mənfəətini, öz xeyrini güdmə.

MƏNFƏƏTSİZ (ID - 28717)

sif. Heç bir mənfəəti, xeyri, faydası olmayan; xeyirsiz, faydasız. Mənfəətsiz iş.

MƏNFƏƏTSİZLİK (ID - 28718)

is. Mənfəəti olmama; xeyirsizlik, faydasızlıq, qazancsızlıq, gəlirsizlik.

MƏNFİ (ID - 28719)

sif. [ər.] 1. Mənfilik bildirən, inkar bildirən, rədd edən (müsbət əksi). Mənfi cavab.
Gözlənilən nəticənin ziddinə olan, heç bir müsbət nəticə verməyən. Mənfi nəticə. // Pis, fəna. Mənfi rəy. Mənfi tip. Mənfi xasiyyətnamə....

MƏNFİLİK (ID - 28720)

is. Mənfi xüsusiyyət, çatışmayan cəhət, pis cəhət; nöqsan, kəsir. [Cəlil Məmmədquluzadənin] mənfiliklərə, həyatın çürümüş cəhətlərinə qarşı münasibətində də xəlqilik həlledici rol oynayırdı. M.Ibrahimov.

MƏNFUR (ID - 28721)

sif. [ər.] Nifrət olunan, nifrətə layiq, nifrətli, xoşa gəlməyən, çox pis; sevilməyən, istənilməyən. [Humay:] Cəmili azarlatdığım o mənfur saat, o məşum dəqiqələr kaş ki, yaranmayaydı. H.Cavid. [Səfərəli:] Mən sizi düşmənlərin...

MƏNFURLUQ (ID - 28722)

is. Nifrətə layiq olma, xoşa gəlməmə; iyrənclik.

MƏNGƏL (ID - 28723)

is. Kol-kosları kəsib doğramaq üçün çapacaq; dəhrə.

MƏNGƏNƏ (ID - 28724)

is. [əsli yun.] 1. Hər cür şeyi sıxıb saxlamaq üçün çilingər aləti. Dəmirçi məngənəsi. // Meyvə və s. sıxıb suyunu çıxarmaq üçün alət, cihaz.
məc. Sərbəstliyə mane olan, sıxan, təzyiq edən, əziyyət verən şey haqqında....

MƏNGƏNƏLİ (ID - 28725)

sif. Məngənəsi olan, məngənə qoyulmuş. Məngənəli çilingər dəzgahı.

MƏNGİRLƏMƏ (ID - 28726)

“Məngirləmək” dən f.is.

MƏNGİRLƏMƏK (ID - 28727)

f dan. Tez qarmalamaq, ələ keçirmək, mənimsəmək.

MƏNHUS (ID - 28728)

sif. [ər.] Uğursuz, bədbəxt, nəhs. [Mahmud] bir də əllərini qovzadı, istədi keçmişki həyatından o mənhus dəqiqələri qoparıb atsın. Çəmənzəminli. [Qönçə:] Bu mənhus evdən, bu müdhiş zindandan qurtaracağam, - deyirdim. S.Hüseyn....

MƏNHUSLUQ (ID - 28729)

is. Uğursuzluq, nəhslik, pislik.

MƏNİMSƏMƏ (ID - 28730)

“Mənimsəmək” dən f.is.

MƏNİMSƏMƏK (ID - 28731)

f 1. Bir işi görüb götürmək, öyrənmək, özünə aşılamaq. [Fərman müəlliminin] dediklərini mənimsər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi. Ə.Sadıq.
məc....

MƏNİMSƏNMƏ (ID - 28732)

“Mənimsənmək” dən f.is.

MƏNİMSƏNMƏK (ID - 28733)

məch. Yaxşı-yaxşı öyrənilmək, başa düşülmək, yadda saxlanılmaq.

MƏNKUHƏ (ID - 28734)

is. və sif. [ər.] köhn. Nikahlı (kəbinli) arvad, qanuni arvad. [Ağa Mərdan:] Hamı bilir ki, Zeynəb xanım Hacı Qafurun daimi mənkuhəsi deyil, onun dövlətindən irs hesabında hərgiz hissəsi yoxdur. M.F.Axundzadə. [Mirzə Əhmədağa:]...

MƏNQUL (ID - 28735)

sif [ər.] köhn. 1. Bir yerdən başqa yerə aparılmış.
Dillərə düşmüş, ağızdan-ağıza düşmüş. Nəql edilmiş, söyləmiş.

MƏNLİK (ID - 28736)

is. 1. Bir şəxsin öz varlığı, öz halı. Məndə dəxi necə mənlik olsun; Məndən məni istəyən nə bulsun? Füzuli.
2. Öz ləyaqətini dərk etmə, öz şəxsiyyətinin qiymətini bilmə; heysiyyət, şərəf. [Əski həyat] ..Xədicənin...

MƏNLİKSİZ (ID - 28737)

sif Mənliyi olmayan; heysiyyətsiz, şərəfsiz, ləyaqətsiz. Mənliksiz adam.
[Fərman] Mələyin hər şeyə dözdüyünü gördükdə mənliksiz, heysiyyətsiz bir adam olduğunu düşündü. M.İbrahimov.

MƏNLİ-SƏNLİ (ID - 28738)

zərf Mən və sən birlikdə, öz aramızda. Məsələni mənli-sənli həll edək.

MƏN-MƏN (ID - 28739)

mən-mən demək - bax mənəm-mənəm demək (“mənəm-mənəm” də). Mənim mən-mən deməyim sanmayın boş əməkdir. S.Rüstəm. Kərəmov öz fərsiz şəxsiyyətini cəmiyyətə qarşı qoyan, hər yerdə mən-mən deyən cahil bir xudpəsənddir....

MƏNSƏB1 (ID - 28740)

MƏNSƏB2 (ID - 28741)

is. [ər.] coğr. Çayın dənizə, gölə və ya başqa çaya töküldüyü yer; ağız, qovşaq (mənbə əksi). Çayın mənsəbi.

MƏNSƏBPƏRƏST (ID - 28742)

[ər. mənsəb və fars. ...pərəst] bax vəzifəpərəst. Mənsəbpərəst adam.

MƏNSƏBPƏRƏSTLİK (ID - 28743)

bax vəzifəpərəstlik.

MƏNSUB (ID - 28744)

sif [ər.] Nisbəti və mənsubiyyəti olan, əlaqəsi olan, aidiyyəti olan. [Keşikçilərin] içində yapıncılı ləzgi və qumuq, Cavanşir elinə mənsub sallaqbığlı.. atıcılar var idi. Çəmənzəminli. Zeynal öz yaramazlıqlarını doğrultmaq...

MƏNSUBİYYƏT (ID - 28745)

is. [ər.] Mənsub olma, aid olma; aidiyyət, təəllüq.

MƏNSUR (ID - 28746)

sif. [ər.] Nəsrlə yazılmış (mənzum əksi). Ordubadinin mənsur əsərləri. Mənsur şeir - nəsr şəklində yazılmış kiçik lirik əsər.

MƏNSURİYYƏ (ID - 28747)

is. [ər.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Mənsuriyyə yeni melodiya bəstələnməsini yox, mayeyi-çargahın bir oktava yuxarı köçürülməsini tələb edir. Ü.Hacıbəyov.

MƏNŞƏ (ID - 28748)

is. ər. 1. Bir şeyin çıxdığı, nəşət etdiyi, törədiyi yer. // Meydana gəlmə, zahir olma, əmələ gəlmə; törəmə, nəşət, əsil. Dilin mənşəyi. Həyatın mənşəyi. Neftin mənşəyi.
2. Sayca, əsilcə, milliyyətcə, sinifcə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed