
MƏNKUHƏis. və sif. [ər.] köhn. Nikahlı (kəbinli) arvad, qanuni arvad. [Ağa Mərdan:] Hamı bilir ki, Zeynəb xanım Hacı Qafurun daimi mənkuhəsi deyil, onun dövlətindən irs hesabında hərgiz hissəsi yoxdur. M.F.Axundzadə. [Mirzə Əhmədağa:] Sən, qızın mənim özümə mənkuhə olmasına riza ver. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|