İzahlı lüğət

MÜKAFATLANMA (ID - 29999)

“Mükafatlanmaq” dan f.is.

MÜKAFATLANMAQ (ID - 30000)

f Mükafat almaq, mükafatla təltif olunmaq.

MÜKALİMƏ (ID - 30001)

is. [ər.] İki və ya bir neçə adam arasında gedən danışıq, söz; dialoq. [Dramaturq] dəqiq və canlı bir dillə, qısa mükalimələrlə danışmalıdır. C.Cabbarlı. // Ümumiyyətlə, söhbət, danışıq, müsahibə. Xudayar bəy gördü...

MÜKƏDDƏR (ID - 30002)

sif [ər.] Kədərli, qəmli, qüssəli, məhzun, qəmgin. Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdu mükəddər. Q.Zakir. ..Yalnız başıma oturub dalğın və mükəddər (z.) bir halda düşünürdüm. S.Hüseyn. □ Mükəddər...

MÜKƏDDƏRLİK (ID - 30003)

is. Kədərlilik, qəmginlik, pərişanlıq, məyusluq. [Şiraslanın] üzgözündən bir məsumluq, bir mükəddərlik yağırdı. S.Rəhimov.

MÜKƏLLƏFİYYƏT (ID - 30004)

is. [ər.] Dövlət, yaxud cəmiyyət tərəfindən əhali üzərinə qoyulan vəzifə, borc. Hərbi mükəlləfiyyət. Əmək mükəlləfiyyəti. // Yerinə yetirilməsi məcburi olan borc; vəzifə.

MÜKƏLLƏFİYYƏTLİ (ID - 30005)

sif Mükəlləfiyyəti yerinə yetirməli olan; borclu, vəzifəli. Hərbi mükəlləfiyyətli.

MÜKƏMMƏL (ID - 30006)

[ər.] 1. sif. Heç bir qüsuru, kəsiri, nöqsanı olmayan; hər cəhəti dürüst olan; kəm-kəsirsiz, tam. Mükəmməl avadanlıq. Mükəmməl səhnə əsəri. Mükəmməl dərslik.
2. zərf Hərtərəfli, tam şəkildə, dərindən, bütün, əla....

MÜKƏMMƏLLƏŞDİRİLMƏ (ID - 30007)

“Mükəmməlləşdirmək” dən fis. Avadanlığın mükəmməlləşdirilməsi.

MÜKƏMMƏLLƏŞDİRİLMƏK (ID - 30008)

məch. Mükəmməl hala salınmaq, kəsir cəhətləri yox edilmək, daha da yaxşılaşdırılmaq. Iş üsulları mükəmməlləşdirilmişdir.

MÜKƏMMƏLLƏŞDİRMƏ (ID - 30009)

“Mükəmməlləşdirmək” dən fis.

MÜKƏMMƏLLƏŞDİRMƏK (ID - 30010)

f Mükəmməl etmək, qüsursuz hala salmaq; nöqsanlarını, kəsir cəhətlərini yox etmək, daha da yaxşılaşdırmaq. Texnoloji prosesi mükəmməlləşdirmək.

MÜKƏMMƏLLƏŞMƏ (ID - 30011)

“Mükəmməlləşmək” dən fis.

MÜKƏMMƏLLƏŞMƏK (ID - 30012)

MÜKƏMMƏLLİK (ID - 30013)

is. Mükəmməl şeyin hal və keyfiyyəti; kəsirsizlik, qüsursuzluq. Texnikanın mükəmməlliyi. Tədris prosesinin mükəmməlliyi. - Siniflərin geniş və təmizliyi, laboratoriya və kabinələrin mükəmməlliyi [səyyahların] heyrətinə səbəb...

MÜKƏRRƏR (ID - 30014)

zərf və sif [ər.] klas. Çox dəfə, dəfələrlə, təkrar-təkrar, təkrarən. Məqalından mükərrər tutilərtək şəkkər istərdim. M.P.Vaqif. [Nisə xanım:] ..Xan səni öldürməyə bəhanə axtarır və mən bilirəm ki, bu xüsusda vəzirlə...

MÜQABİL (ID - 30015)

is. [ər.] 1. Qarşı, qarşı tərəf, üzümüzə baxan tərəf. Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. C.Məmmədquluzadə. Otağın üç qapısı var: biri sağdan, biri soldan və biri müqabildən. Ə.Haqverdiyev. ..Aktyorların avtomobili...

MÜQABİLƏ (ID - 30016)

is. [ər.] 1. klas. bax müqabil. □ Müqabilə etmək köhn. - qarşı durmaq, müqavimət göstərmək, əleyhinə çıxmaq, mane olmaq. [Qızıl Arslan:] Biz, hər nə olursa olsun, bütün bu həyasızlıq və alçaqlıqlara qarşı həqiqətlə...

MÜQAVİLƏ (ID - 30017)

is. [ər.] 1. Qarşılıqlı təəhhüdlər haqqında yazılı saziş; bağlaşma, müqavilənamə. Sülh müqaviləsi. Ticarət müqaviləsi. □ Müqavilə bağlamaq - qarşılıqlı təəhhüdlər haqqında şərtnamə bağlamaq. Dostluq və qarşılıqlı...

MÜQAVİLƏNAMƏ (ID - 30018)

is. [ər. müqavilə və fars. ...namə] bax müqavilə. Müqavilənamə bağlamaq. Müqavilənamənin şərtləri.

MÜQAVİMƏT (ID - 30019)

is. [ər.] 1. Zorakı hərəkətə, zorakılığa qarşı durma; hücuma, təzyiqə, təsirə qarşı güc göstərmə. □ Müqavimət göstərmək - qüvvəyə qarşı dayanmaq, əks-təsir göstərmək, qarşı durmaq. [Polismeyster:] [Mədəndə işləyənlər]...

MÜQAVİMƏTLİ (ID - 30020)

sif. Qüvvəyə, hücuma, təzyiqə qarşı duran, möhkəm müqavimət göstərən.

MÜQAYİSƏ (ID - 30021)

is. [ər.] Oxşar və fərqli cəhətlərini, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün qarşılaşdırma, tutuşdurma. [Şərəfoğlu Rüstəmə:] Sən.. özün də bilirsən ki, bu müqayisə heç şeyə dəyməz. M.İbrahimov....

MÜQAYİSƏLİ (ID - 30022)

sif. Müqayisəyə əsaslanan; müxtəlif hadisələri müqayisə etmək, tutuşdurmaq nəticəsində əldə edilən. Türk dillərinin müqayisəli öyrənilməsi. Müqayisəli dilçilik. Müqayisəli anatomiya. Müqayisəli üsul. // Müqayisə nəticəsində...

MÜQAYİSƏLİ-TARİXİ (ID - 30023)

sif Hadisələrin tarixi və müqayisəli öyrənilməsinə əsaslanan. Müqayisəli-tarixi üsul. Müqayisəli-tarixi dilçilik.

MÜQAYİSƏSİZ (ID - 30024)

sif Misilsiz, misli-bərabəri olmayan. Müqayisəsizgözəllik. - ..[Sonanın] kürəyində oynaşan xurmayı hörükləri müqayisəsiz idi. B.Bayramov.

MÜQƏDDƏM (ID - 30025)

qoş. [ər.] köhn. 1. Qabaq, əvvəl, irəli (vaxta görə). Üç ay ondan müqəddəm Qori darülmüəllimini bitirmişdim. C.Məmmədquluzadə.
2. Vacib, daha, irəli, əhəmiyyətli, əfzəl. Bu iş o işdən müqəddəmdir.

MÜQƏDDƏR (ID - 30026)

sif [ər.] köhn. 1. Miqdarı müəyyən edilmiş, təyin edilmiş.
Söz gəlişindən başa düşülən.
İnsanın alnına yazılmış, alın yazısı.

MÜQƏDDƏRAT (ID - 30027)

is. [ər.] 1. Tale. Uşaqların müqəddəratı ilə əvvəlcədən məşğul olmaq. - [Fəxrəddin] Dilşadın müqəddəratı ilə tanış olacağına inanırdı. M.S.Ordubadi. [Zaman:] Bu gecə bizim müqəddəratımız həll edilir. C.Cabbarlı. 0eir...

MÜQƏDDƏS (ID - 30028)

sif [ər.] 1. din. Allaha aid olan, ilahi, ilahi qüvvəyə malik. Müqəddəs ruh. Müqəddəs su. // Dini sitayişlə əlaqədar yer və ya şeylərin adlarının daimi epiteti kimi işlədilir. Sözüm yoxdur. Xorasan bir müqəddəs yerdir. Ə.Haqverdiyev....

MÜQƏDDƏSLİK (ID - 30029)

is. Müqəddəs olma; paklıq, mənəvi saflıq, təmizlik; ülvilik, şərəflilik. Markiz professorda bir müqəddəslik görüb də onun ətəyindən öpmək istəyirdi. N.Nərimanov.

MÜQƏDDİMƏ (ID - 30030)

is. [ər.] Hər hansı bir əsərin başlanğıcı, giriş hissəsi. Kitabın müqəddiməsi. Müqəddiməni oxumaq. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. - [Məsumə] “Kəlilə və Dimnə” nin müqəddimələrini yenidən oxuyurdu. B.Bayramov....

MÜQƏDDİMƏSİZ (ID - 30031)

sif. və zərf Müqəddiməsi olmayan, birbaşa başlanan, girişsiz. Müqəddiməsiz danışmaq. Müqəddiməsiz əsər.
Həbib isə ürək sözünü müqəddiməsiz deməyə çətinlik çəkdiyindən bu cür başladı. Ə.Vəliyev.

MÜQƏLLİD (ID - 30032)

is. [ər.] klas. Təqlid edən, təqlidçi.

MÜQƏLLİDLİK (ID - 30033)

is. Təqlidçilik. Bizim əqidəmizcə bu müqəllidlik və rəftar millətə xəyanət etməkdir. M.İbrahimov.

MÜQƏRRƏB (ID - 30034)

is. [ər.] köhn. Məhrəm, dost, çox yaxın, səmimi yoldaş, sirdaş. [Vəzir:] Sultan Mahmud Qəznəvi müqərrəblərindən birisinin boynunu öz əli ilə vurdu. M.F.Axundzadə. Bəhmən Mirzə üstüncə gələn adamlardan neçə nəfər və müqərrəblərini...

MÜQƏSSİR (ID - 30035)

sif və is. [ər.] 1. Təqsiri olan, günahı olan; təqsirkar, günahkar. [Balaş:] Mən müqəssirəm, Sevil! C.Cabbarlı. Müqəssirlə üz-üzə gələndə İmran kişinin gözlərindən qəzəb yağırdı. M.Hüseyn. [Mədəd] özlüyündə Xanpərini...

MÜQƏSSİRCƏSİNƏ (ID - 30036)

zərf Müqəssir kimi; günahkarcasına, təqsirkarcasına. Aslan dərindən ah çəkib müqəssircəsinə gülümsünür və təkrar uzanır. S.Vəliyev.

MÜQƏSSİRLİK (ID - 30037)

is. Müqəssir olma; təqsirkarlıq, günahkarlıq, suçluluq. Müqəssirliyi üstündən götürülmək.

MÜQƏŞŞƏR (ID - 30038)

is. [ər.] Qabığı soyulmuş noxud və ya lobya parası; ləpə. Ətə müqəşşər qatmaq.

MÜQƏVVA (ID - 30039)

is. [ər.] 1. İçi boşaldılıb qurudulmuş heyvan və ya quş gövdəsi; oyuq. Heyvan müqəvvası. Quş müqəvvası. - Gülüstan xala balağın dərisinə otdan-samandan təpib, ağacdan qılça qayırıb balağı andıran bir müqəvva düzəltmişdi....

MÜQƏYYƏD (ID - 30040)

[ər.] bax muğayat. [Kərbəlayı Nadirqulu:] ..Kərbəlayı Fatma, balalarımdan müqəyyəd ol! M.Əliyev.

MÜQTƏDİR (ID - 30041)

sif [ər.] 1. Qüvvətli, güclü, qüdrətli, qadir olan, iqtidar sahibi. İndi göstərək ki, biz.. həmişə, nə kimi mübarizə olursa olsun, mübarizədə müqtədir, yaşamağa da müqtədirik. T.Ş.Simurq.
Bacarıqlı, iqtidarlı, əlindən...

MÜLAHİZƏ (ID - 30042)

is. [ər.] Yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər. Mən öz mülahizəmi deyirəm, düşündüyümü deyirəm. C.Cabbarlı. Mülahizə etmək (eləmək) köhn. - nəzərə almaq, nəzərinə çarpmaq, düşünmək. [Aslan:] Hər kəs də...

MÜLAQAT (ID - 30043)

is. [ər.] köhn. Görüşmə, görüşüb danışma, əlaqə saxlama. Həmçinin səninlə mülaqat da haramdır. Ə.Haqverdiyev. [Molla Nəcəf:] ..Sən bu dəqiqədən laməzhəbsən. Səninlə mülaqat belə haramdır. M.Əliyev. Mülaqat etmək -...

MÜLAYİM (ID - 30044)

sif [ər.] 1. Yumşaq, həlim. Mülayim xasiyyətli. Mülayim adam. - Təbiətən mülayim və olduqca sakit bir xasiyyətə malik olan ortancıl bacı Asya orta məktəbi bitirdikdən sonra ərə getmiş(di). Ə.Məmmədxanlı. // Xoş, yumşaq, ürəyəyatan...

MÜLAYİMANƏ (ID - 30045)

zərf[ər. mülayim və fars. ...anə] bax mülayimcəsinə. Mülayimanə danışmaq. - [Rüstəm:] Yox, Səriyyə, elə də olmaz, lazımdır ki, bir qədər mülayimanə yalvaraq. C.Cabbarlı.

MÜLAYİMCƏSİNƏ (ID - 30046)

zərf Mülayimliklə, mehribancasına, mülayimanə, mülayim tərzdə. Mülayimcəsinə soruşmaq. - Dostum üzr istəyirmiş kimi mülayimcəsinə sözə başladı. S.Rüstəm.

MÜLAYİMLƏŞDİRMƏ (ID - 30047)

“Mülayimləşdirmək” dən f.is.

MÜLAYİMLƏŞDİRMƏK (ID - 30048)

f Mülayim etmək; mötədilləşdirmək, yumşaltmaq. Meşələr Göygölün iqlimini mülayimləşdirir.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed