MÜLAQATis. [ər.] köhn. Görüşmə, görüşüb danışma, əlaqə saxlama. Həmçinin səninlə mülaqat da haramdır. Ə.Haqverdiyev. [Molla Nəcəf:] ..Sən bu dəqiqədən laməzhəbsən. Səninlə mülaqat belə haramdır. M.Əliyev. Mülaqat etmək - görüşmək, görüşüb danışmaq, əlaqə saxlamaq, yaxınlıq etmək. [Molla Həmid:] Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq [mövlanaya] mümkün deyil. M.F.Axundzadə. [Səfi bəy:] Bir də Çingizlə mülaqat etsəniz, sizinlə başqa cür danışacağam. S.S.Axundov.
Paylaşın - Hamı bilsin
|