
MÜQƏDDİMƏis. [ər.] Hər hansı bir əsərin başlanğıcı, giriş hissəsi. Kitabın müqəddiməsi. Müqəddiməni oxumaq. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. - [Məsumə] “Kəlilə və Dimnə” nin müqəddimələrini yenidən oxuyurdu. B.Bayramov. // Əsil mətləbə keçməzdən əvvəl deyilən sözlər. Indi mən müqəddiməni qurtarıb, əsil hekayəyə başlayıram. // Ümumiyyətlə, başlanğıc. Adi eşq .. övlad törətməyin müqəddiməsidir. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|