İzahlı lüğət

MÜQABİL

is. [ər.] 1. Qarşı, qarşı tərəf, üzümüzə baxan tərəf. Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. C.Məmmədquluzadə. Otağın üç qapısı var: biri sağdan, biri soldan və biri müqabildən. Ə.Haqverdiyev. ..Aktyorların avtomobili qadınlar dəstəsi müqabilində dayanmışdı. S.S.Axundov. // Sif. mənasında. Müqabil tərəf
2. Müqabilində şəklində - əvəzində, qarşılıq olaraq, qarşısında. Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da ancaq yaxşı əməllərin müqabilində əldə etmək olar. M.F.Axundzadə. [Məşədi] gündən-günə qiymətdən düşən kağız pulun müqabilində gündən-günə qiymətə minən dupduru qızıl alırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed