İzahlı lüğət

MƏŞHURLAŞDIRILMAQ (ID - 28949)

məch. Məşhur edilmək, hamıya tanıtdırılmaq, şöhrətləndirilmək.

MƏŞHURLAŞDIRMA (ID - 28950)

“Məşhurlaşdırmaq” dan f.is.

MƏŞHURLAŞDIRMAQ (ID - 28951)

f Məşhur etmək, ad qazandırmaq, şöhrətləndirmək.

MƏŞHURLAŞMA (ID - 28952)

“Məşhurlaşmaq” dan
f.is.

MƏŞHURLAŞMAQ (ID - 28953)

f Məşhur olmaq, xalq arasında tanınmaq, ad-san qazanmaq. [Nəbi] öz zirəklik və qoçaqlığı ilə Şuşa qalasında məşhurlaşır. “Qaçaq Nəbi” .

MƏŞHURLUQ (ID - 28954)

is. Məşhur olma, xalq arasında tanınma, ad-sanlılıq, şöhrətlilik.

MƏŞQ (ID - 28955)

is. [ər.] Bir şeyə alışmaq, öyrəşmək üçün edilən sistematik səy, təlim, hazırlıq. Idman məşqi. Musiqi məşqi. Hərbi məşq.
[Xurşid:] Sən məşqi başla, mən bu saat gəlirəm. C.Cabbarlı. ..Lətifi müntəzəm olaraq Qara...

MƏŞRİQ (ID - 28956)

is. [ər.] Günəşin doğduğu tərəf, şərq (məğrib əksi). // Günbatana (qərbə) müqabil olan tərəf. Yusif Sərracın dükanı şah məscidinin meydanının məşriq səmtində idi. M.F.Axundzadə. İndi gurultu məğribdən məşriqə keçdi....

MƏŞRUBAT (ID - 28957)

top. [ər. “məşrub” söz. cəmi] İçilən şeylər, içkilər (şərab, şərbət və s.). Nökər Səfi stolun üstünə boşqablar və ənva məşrubat düzür. Ə.Haqverdiyev. Ortalıqda müzəyyən xonçalarda əlvan şirniyyat və sair Şərq...

MƏŞRUT (ID - 28958)

sif. [ər.] Bir şərtlə bağlı, şərt qoyulmuş, şərtli, qabaqcadan şərtləşdirilmiş, şərti. [Beyrək] zamanın yetişdiyini görüb yumruğunu masaya çırpdı və ayağa qalxıb məşrut hərəkət işarəsini verdi. M.Rzaquluzadə. // Varlığı...

MƏŞRUTƏ (ID - 28959)

is. [ər.] 1. tar. Mütləq hakimin, hökmdarın hüququnu məhdudlaşdıran konstitusiya (İranda və Türkiyədə). Qıl nəzər məşrutəyə, hürriyyətə; Aləmə, alimliyə, ünsiyyətə. Ə.Nəzmi. Həmin o məşrutə istəyən budu? Məmmədəli...

MƏŞRUTƏÇİ (ID - 28960)

is. tar. Məşrutəli hökumət tərəfdarı, konstitusiya tərəfdarı; konstitusiyaçı. [Rəhim xan:] Görmürsənmi neçə gündürpadşahın əmri ilə məşrutəçiləri qırırlar? C.Cabbarlı.

MƏŞRUTƏÇİLİK (ID - 28961)

is. tar. Padşahın hakimiyyəti məşrutə (konstitusiya) ilə məhdudlaşdırılmış olan dövlət quruluşu.

MƏŞRUTƏXAH (ID - 28962)

is. [ər. məşrut və fars. ...xah] köhn. bax məşrutəçi. Sultanın hökmü ilə zindanlarda çürüyən minlərlə məşrutəxahların ahü naləsi Kəlküttəyə çata bilməyib. Məmmədquluzadə. [Atabəy:] Əlahəzrətihümayun.. özünü bir...

MƏŞRUTƏXAHLIQ (ID - 28963)

bax məşrutəçilik.

MƏŞRUTƏLİ (ID - 28964)

sif. Konstitusiyalı, konstitusiyaya əsaslanan. Məşrutəli padşahlıq.

MƏŞRUTİYYƏT (ID - 28965)

bax məşrutəçilik. Osmanlıya gəldikdə, burada dəxi məşrutiyyət verilir ki, bu dəxi heç kəsin yuxusuna gəlməz bir vaqiə idi. F.Köçərli. [Şeyx Məhəmməd:] Biz deyirik ki, ölkəmizdə həqiqi bir məşrutiyyət hökmfərma olmalı,...

MƏŞŞATƏ (ID - 28966)

[ər.] bax bəzəkçi 2-ci mənada. Məşşatə gözünə sürmə çəkəndə; Sanasan, gözümə bıçağı çəkər. Q.Zakir. Məşşatə, Tellinin anası ilə nə isə danışdı, sonra çıxdı. Çəmənzəminli. Məşədi İslamın yaxın adamı...

MƏŞŞATƏLİK (ID - 28967)

is. Məşşatənin işi, peşəsi; bəzəkçilik. Bu arvadın sənəti məşşatəlik idi. Çəmənzəminli.

MƏŞUQ (ID - 28968)

sif. [ər.] Sevilən, istənilən, məhəbbət yetirilən; sevgili, istəkli (kişi). Sitarə ilk dəfə dünyaya həqiqət nəzərilə baxdı: cavan qızın qabağında xəyali məşuqu əvəzində doğruçu əri durmuşdu. Çəmənzəminli. [Dərviş:]...

MƏŞUQƏ (ID - 28969)

is. Sevilən, sevgili (qadın), məhbubə. Aşiq ilə məşuqə çox illər ayrı düşəndən sonra görüşüb öpüşürlər. C.Məmmədquluzadə.

MƏŞUQƏBAZ (ID - 28970)

[ər. məşuqə və fars. ...baz] köhn. b ax aşnabaz. Sənə layiq deyil, Seyyid, dəxi məşuqəbaz olmaq. S.Ə.Şirvani.

MƏŞUQƏBAZLIQ (ID - 28971)

bax aşnabazlıq 2-ci və 3-cü mənalarda.

MƏŞUM (ID - 28972)

sif. [ər.] Uğursuz, nəhs, bədbəxt adamda qorxu, dəhşət hissi oyadan. [Maral:] ..İki sənə əvvəl böylə məşum qara günü kim xatırlardı? H.Cavid. Xanın bu məşum sükutu ən acı xəbərdən də ağır idi. M.Rzaquluzadə. // Bədbəxt,...

MƏŞUMLUQ (ID - 28973)

is. Uğursuzluq, nəhslik. // Bədbəxtlik, talesizlik.

MƏŞVƏRƏT (ID - 28974)

is. [ər.] Bir məsələni həll etmək üçün yığışıb danışma, müzakirə etmə, məsləhətləşmə. [Paşa və onun adamları] məclis açıb başladılar məşvərətə. “Koroğlu” . [Cəmaləddin:] İndi, yoldaşlar, məşvərət vaxtı...

MƏŞVƏRƏTÇİ (ID - 28975)

1. is. Məsləhətçi, məsləhət verən. [Sərdar Zaman:] O, dostlarını hələlik məşvərətçi sifətilə öz yanında saxlamış(dır).. A.Şaiq.
2. sif Hər hansı bir məsələ haqqında fikir söyləyə bilən, lakin qərar çıxarmaq hüququ...

MƏT (ID - 28976)

is. 1. Qaynadılıb suyu çəkilmiş qatı şirə. Meyvə məti.
2. Doşab, mürəbbə və s. bişirilən zaman əmələ bələn köpüyə oxşar şirə. Doşabın mətini yığmaq.

MƏTA (ID - 28977)

is. [ər.] 1. Satılan mal, ticarət malı, alınıb-satılan şey; əmtəə, mal. Yusifi bazarıdır, hər kəsin mətaı varsa gətirsin. (Ata. sözü). ..Bazar-dükanda əlavə heç bir mətayoxdur.. Məmmədquluzadə. [Tacir:] Hanı mətaın? Malını...

MƏTANƏT (ID - 28978)

is. [ər.] Dözüm, davamlılıq, möhkəmlilik, yenilməzlik, sarsılmazlıq, səbat, mətinlik; iradə. Firuz bütün mətanəti və səbatına rəğmən dəniz sahilindəki qayalardan birinin arxasına düşdü. H.Nəzərli. Xalq böyük bir mətanət...

MƏTANƏTLİ (ID - 28979)

sif. Mətanəti olan, möhkəm iradəli; sarsılmaz, yenilməz, dözümlü, davamlı, mətin. Mətanətli adam. - Bu gözəl, mətanətli, vüqarlı və qəhrəmanlara məxsus qəlbə malik qız Tütünçüoğlunun nəyini və nə kimi xüsusiyyətlərini...

MƏTANƏTLİLİK (ID - 28980)

is. Mətanətli olma; mətinlik, dözümlülük, səbatlılıq, yenilməzlik, sarsılmazlıq.

MƏTANƏTSİZ (ID - 28981)

sif. Mətanəti olmayan, mətin olmayan; davamsız, səbatsız. Onlar sizin kimi savadsız da deyillər, mətanətsiz və iradəsiz də deyillər.. M.S.Ordubadi.

MƏTANƏTSİZLİK (ID - 28982)

is. Mətanəti olmama; iradəsizlik, dözümsüzlük, səbatsızlıq.

MƏTBƏƏ (ID - 28983)

is. [ər.] Kitab, qəzet və s. çap olunan müəssisə; çapxana, basmaxana.

MƏTBƏƏÇİ (ID - 28984)

is. 1. Mətbəədə işləyən adam, mətbəə işçisi.
2. köhn. Mətbəə sahibi, mətbəəsi olan adam. Indi [Qədirlə Nəsir] iki qardaş deyil, ağa ilə nökər, sahibkar ilə əmələ, mətbəəçi ilə mürəttib idilər. S.Hüseyn.

MƏTBƏƏÇİLİK (ID - 28985)

is. Mətbəə işi, kitab, qəzet və s. çap etmə sənəti.

MƏTBƏX (ID - 28986)

is. [ər.] Xörək bişirmək üçün peçi, pilətəsi və s. ləvazimatı olan yer, otaq. Müşkünaz.. mətbəxdə Ənvər üçün xörək hazırlayırdı. Ə.Vəliyev. Mətbəxin divarlarını his basmışdı. Ə.Sadıq. // Qoşunlar hərəkətdə...

MƏTBƏXLİ (ID - 28987)

sif. Mətbəxi olan. O biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. S.S.Axundov.

MƏTBU (ID - 28988)

sif. [ər.] Çap olunmuş, çap edilmiş, nəşr olunmuş. M.F.Axundzadənin mətbu əsərləri.

MƏTBUAT (ID - 28989)

is. [ər.] 1. Kitab, məcmuə və s. çap edən istehsalat sahəsi, nəşriyyat və mətbəə işi. Mətbuat işçisi.
2. Dövri çıxan qəzet, jurnal və s.-nin ümumi adı. Xarici mətbuat. Dövri mətbuat. - Gizli mətbuat ilə tanış olmağa...

MƏTƏ (ID - 28990)

is. Yerdə oyun üçün çəkilən dairə (əsasən uşaq oyunlarında). Mətədən çıxmaq.

MƏTƏ-MƏTƏ (ID - 28991)

is. Mətə içərisində oynanılan uşaq oyunu.

MƏTƏRƏ (ID - 28992)

is. [ər.] Yolda, səfərdə, əsgərlikdə və s. istifadə edilən su qabı. ..Masanın üzərinə böyük bir mətərə buzlu ayran qoyulmuşdu. M.S.Ordubadi.

MƏTİN (ID - 28993)

sif. [ər.] 1. Bərk, möhkəm, sarsılmaz. Mətin qayalara hiddətlə çarparaq çağlar; Səda verər iki yandan qaya, meşə, dağlar. A.Şaiq. ..Bu şəhər bütöv bir çaxmaq daşından ibarət mətin bir qaya üzərində [yerləşmişdi]. S.Rəhimov.
Mətanətli,...

MƏTİNLƏŞDİRMƏK (ID - 28994)

f Daha mətin etmək, dayanıqlılığını, mətanətini artırmaq, daha dözümlü etmək, möhkəmləndirmək.

MƏTİNLƏŞMƏ (ID - 28995)

"Mətinləşmək” dən f.is.

MƏTİNLƏŞMƏK (ID - 28996)

f Daha da mətin olmaq, möhkəmləşmək, səbatlı, dözümlü olmaq.

MƏTİNLİK (ID - 28997)

is. Mətanət, möhkəmlik, sarsılmazlıq, bərklik, davamlılıq, dayanıqlılıq. Son hadisələr bu adamların mətinliyini daha da artırmışdı. S.Rəhimov. Ananın .. süzülən göz yaşları.. həm zəiflik, həm də mətinlik əlaməti idi....

MƏTLƏ (ID - 28998)

is. [ər.] ədəb. Qəsidə və ya qəzəlin ilk beyti (məqtə müqabili). // Giriş, müqəddimə, ilk söz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed