
MƏTBUATis. [ər.] 1. Kitab, məcmuə və s. çap edən istehsalat sahəsi, nəşriyyat və mətbəə işi. Mətbuat işçisi.
2. Dövri çıxan qəzet, jurnal və s.-nin ümumi adı. Xarici mətbuat. Dövri mətbuat. - Gizli mətbuat ilə tanış olmağa başladım.. T.Ş.Simurq. [Bəhlul:] Mərziyənin .. mətbuatda təriflənməyi, fabrikin adının tez-tez çəkilməyi çoxunun xoşuna gəlmirdi. B.Bayramov. □ Mətbuat konfransı - dövlət, siyasi, ictimai və elm xadimlərinin hər hansı bir məsələyə dair məlumat vermək, yaxud siyasi vəziyyəti işıqlandırmaq üçün mətbuat nümayəndələri ilə görüşü. Mərkəzi jurnalistlər evində xarici jurnalistlər üçün mətbuat konfransı olmuşdur. Paylaşın - Hamı bilsin
|