MESSA (ID - 28199)is. [fr.] 1. Xristianlarda sübh və günorta ibadəti.
2. Dini məzmunda xor musiqisi. |
MESSO (ID - 28200)is. [ital.] Musiqidə səs dinamikası.
|
MEŞƏ (ID - 28201)is. Çoxlu ağac bitmiş geniş sahə. Palıd meşəsi. 0am meşəsi. - Meşə çaqqalsız olmaz. (Məsəl). Mən də meşə cığırı ilə boyumdan uca otların arası ilə evə hərəkət edirdim. A.Divanbəyoğlu. Kürün nəriltisi meşədə uğuldayırdı....
|
MEŞƏARASI (ID - 28202)sif. Meşənin içində və ya meşələrin arasında olan. Meşəarası yol. Onların ikisinin beş parçadan ibarət meşəarası zəmi yeri var. S.Rəhimov.
|
MEŞƏBƏYİ (ID - 28203)is. Meşələrə nəzarət edən işçi. Qəhrəman görmüşdü ki, meşəbəyi Rüstəm üçün nə qədər akt bağlamışdı. S.Rəhimov. [Yusif:] Mümkün eləsə, Daşdəmir meşəbəyindən bilet alsın, sovxoz üçün meşədən odun qırdırsın,...
|
MEŞƏBƏYİLİK (ID - 28204)is. Təsərrüfat vahidi olan meşə sahəsi, habelə bu sahəyə nəzarət edən idarə. Meşəbəyilikdə işləmək. // Meşə təsərrüfatı idarəsinin yerləşdiyi təsərrüfat tikintiləri. Meşəbəyiliyə getmək.
|
MEŞƏCİK (ID - 28205)is. Balaca meşə, kiçik meşə. Meşəciyi gəzmək.
|
MEŞƏCÜLLÜTÜ (ID - 28206)is. zool. Təxminən göyərçin boyda nazik, uzun dimdik, gödəkayaq, bozumtul, zolaqlı lələkləri olan quş; çilikburun.
|
MEŞƏÇİ (ID - 28207)is. 1. Meşəçilik mütəxəssisi; meşəşünas.
2. Meşə qarovulçusu, meşə qoruqçusu. |
MEŞƏÇİLİK (ID - 28208)is. 1. Meşə salmaq, becərmək və yetişdirmək haqqında elm; meşəşünaslıq. Meşəçilik ədəbiyyatı. - [Vəzirov] ..elmi-bioloji əsərləri isə Azərbaycan meşəçilik elminin yeni bir mərhələsinin əsasını qoyur. Y.Qarayev.
Kənd... |
MEŞƏ-ÇÖL (ID - 28209)is. Meşə ilə çöl arasında keçid sahəsi.
|
MEŞƏDOĞRAYAN (ID - 28210)b a x meşəqıran 1-ci mənada.
|
MEŞƏQIRAN (ID - 28211)1. is. Meşədə ağac kəsməklə məşğul olan fəhlə; meşədoğrayan. Şəhərdə bir qədər yaşadıqdan sonra, o, əhalisi meşəqıranlardan ibarət olan bir kəndə keçdi.
H.Seyidbəyli. sif. Meşə qırmaq üçün olan, meşə qırmağa... |
MEŞƏQIRMA (ID - 28212)is. Meşədə ağac kəsmə işi. Meşəqırma briqadası.
|
MEŞƏLƏNDİRMƏ (ID - 28213)"Meşələndirmək” dən f.is.
|
MEŞƏLƏNDİRMƏK (ID - 28214)f. Meşə salmaq, bir sahədə ağaclar əkib meşə halına salmaq.
|
MEŞƏLİ (ID - 28215)sif. Meşə ilə örtülmüş, meşəsi olan. Meşəli yaylaq. - Ehtiyat xala .. sıralanmış meşəli dağlar qoynunda, səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal.
|
MEŞƏLİK (ID - 28216)1. is. Meşə olan yer, meşə ilə örtülmüş sahə. Obamızın şimal tərəfi qərbdən-şərqə doğru uzanmış çılpaq qayalıq, daha sonra qalın bir meşəlikdi. A.Şaiq. Çıxır meşəlikdən talaya əlik; Səkir daşdan daşa xınalı kəklik....
|
MEŞƏSALMA (ID - 28217)is. Ağac əkib süni meşə becərmə. Meşəsalma təsərrüfatı. Meşəsalma aylığı.
|
MEŞƏSİZ (ID - 28218)sif Meşəsi olmayan, ağacsız. Meşəsiz sahə. Meşəsiz dağ yamacları. - Qovdular ceyranı meşəsiz dağa; Qoyun sürüləri doldu otlağa. H.K.Sanılı.
|
MEŞƏSİZLƏŞDİRİLMƏ (ID - 28219)“Meşəsizləşdirilmək” dən f.is.
|
MEŞƏSİZLƏŞDİRİLMƏK (ID - 28220)məch. Meşələri qırılıb düzən hala salınmaq, meşəsiz hala salınmaq; ağacsızlaşdırılmaq.
|
MEŞƏSİZLƏŞDİRMƏ (ID - 28221)“Meşəsizləşdirmək” dən f.is.
|
MEŞƏSİZLƏŞDİRMƏK (ID - 28222)f Meşələri qırıb düzən hala salmaq, meşələri qırmaq, meşəsiz hala salmaq; ağacsızlaşdırmaq.
|
MEŞƏŞÜNAS (ID - 28223)b a x meşəçi 1 -ci mənada. Vəzirov .. bütün ömrü boyu həm yazıçıdramaturq, həm də meşəşünas alim kimi öz ehtiras və enerjisini xalqın mənəvi və təbii sərvətlərinin mühafizəsinə həsr edir. Y.Qarayev.
|
MEŞƏŞÜNASLIQ (ID - 28224)bax meşəçilik 1-ci mənada.
|
MEŞİN (ID - 28225)is. Aşılama yolu ilə hazırlanan ən sadə yumşaq qoyun və s. dərisi. // Həmin dəridən tikilmiş, hazırlanmış. [Ağasəfərin] ayağında isə qara meşin çust vardı. Ə.Əbülhəsən. Siz ey meşin qapılar; Sizin üzünüz soyuq; Sizdən...
|
MEŞİNLİ (ID - 28226)sif. Meşinlə örtülmüş, üzərinə meşin çəkilmiş. Meşinli qapı.
|
MEŞMEŞİ (ID - 28227)is. məh. Ərik.
|
MEŞOK (ID - 28228)[rus.] Kisə, torba. ..İndi məlum olur ki, siz biçarə avam camaatı yığırsınız başınıza, sonra ortalığa bir meşokpul qoyursunuz. “Mol. Nəsr.” Qaraltı - dalında ağır bir meşok aparan gödək adam idi. Mir Cəlal. Həmzənin Hacı...
|
MEŞŞAN (ID - 28229)[rus. мешанин] 1. 1917-ci il inqilabından qabaqkı Rusiyada: xırda şəhər alverçilərindən, sənətkarlarından, aşağı vəzifəli qulluqçulardan və s. ibarət silk, təbəqə. // Həmin təbəqəyə mənsub olan adam. [Yakov] kəndlilərin...
|
MEŞŞANCASINA (ID - 28230)zərfMeşşan kimi, meşşana yaraşan bir tərzdə. Meşşancasına yaşamaq.
|
MEŞŞANLAŞMA (ID - 28231)“Meşşanlaşmaq” dan f.is.
|
MEŞŞANLAŞMAQ (ID - 28232)f Meşşan xasiyyəti almaq, meşşan fikirli olmaq.
|
MEŞŞANLIQ (ID - 28233)is. Meşşanın psixologiyası və hal-hərəkəti. Meşşanlıq etmək.
|
METAL (ID - 28234)[lat. metallum, əsli yun. metallonmədən] İstiliyi və elektriki yaxşı keçirmə qabiliyyətinə malik olan, döyülüb yastılana bilən, spesifik parıltısı olan bəsit kimyəvi maddə (yaxud ərinti). Əlvan metallar (mis, nikel və b.). Qara...
|
METALAOXŞAR (ID - 28235)sif Zahirən metala bənzəyən, metal kimi olan.
|
METALÇI (ID - 28236)is. Metal sənayesi işçisi. Şənlik və sevinc səslərini .. inşaatçılar, metalçılar şəhərində də eşitmək olardı. Mir Cəlal. Yarışır hər şaxtaçı, metalçı, neftçifəhlə. Ə.Cəmil.
|
METALDOĞRAYAN (ID - 28237)b ax metalkəsən.
|
METAFİZİK1 (ID - 28238)is. [yun.] 1. Metafizik fəlsəfə tərəfdarı, metafizik üsul tətbiq edən (dialektik əksi).
2. Mücərrəd, anlaşılmaz, dumanlı fikirlər yürüdən adam haqqında. |
METAFİZİK2 (ID - 28239)sif [yun.] 1. fəls. Metafizikaya əsaslanan, metafizikaya aid olan, dialektikaya zidd olan. Metafizik fəlsəfə. Metafizik üsul.
2. məc. Mücərrəd, anlaşılmaz, dumanlı. Metafizik fıkir. |
METAFIZİKA (ID - 28240)[yun.] 1. Dialektikanın əksinə olaraq, hadisələri, onların qarşılıqlı əlaqələri, ziddiyyətləri və inkişafı xaricində götürən idealist dünyagörüşü və dərketmə metodu.
2. Hər hansı bir mücərrəd, buna görə də aydın... |
METAFORA (ID - 28241)[yun. metaphora - məcaz] ədəb. Bənzərliyə, oxşarlığa, analogiyaya əsasən söz və ya ifadənin məcazi mənada işlənməsi; məcaz.
|
METAFORİK (ID - 28242)[yun.] bax məcazi.
|
METALƏRİDƏN (ID - 28243)sif 1. Metal əritməklə məşğul olan. Metaləridən zavod.
2. is. Metaləridən fəhlə. Bəzən Lətif işini qurtarıb qəlibçilər şöbəsinə gəlir, gözlük taxmış gənc metaləridənlərə .. sataşırdı. H.Seyidbəyli. |
METALKƏSƏN (ID - 28244)sif. Metalı kəsən, metalı kəsmək üçün olan. Metalkəsən dəzgah.
|
METALLAŞDIRILMA (ID - 28245)“Metallaşdırılmaq” dan fis.
|
METALLAŞDIRILMAQ (ID - 28246)məch. Metaldan üz çəkilmək, metal təbəqəsi ilə örtülmək.
|
METALLAŞDIRMA (ID - 28247)“Metallaşdırmaq” dan f.is.
|
METALLAŞDIRMAQ (ID - 28248)f Metaldan üz çəkmək, metal təbəqəsi ilə əritmək (bir şeyi).
|
Bu səhifə dəfə baxılıb