
MEŞƏÇİLİKis. 1. Meşə salmaq, becərmək və yetişdirmək haqqında elm; meşəşünaslıq. Meşəçilik ədəbiyyatı. - [Vəzirov] ..elmi-bioloji əsərləri isə Azərbaycan meşəçilik elminin yeni bir mərhələsinin əsasını qoyur. Y.Qarayev.
Kənd təsərrüfatının bir sahəsi kimi meşəsalma; becərmə və ondan istifadə etmə. Meşəçilik idarəsinin işçiləri maşından düşürtdükləri yekə mişarı götürüb Dədə palıda tərəf gedəndə Bağırın içində sanki nəsə qırıldı. İ.Məlikzadə. Paylaşın - Hamı bilsin
|