İzahlı lüğət

MİKROBİOLOQ (ID - 29149)

[yun.] Mikrobiologiya mütəxəssisi.

MİKROBSUZLAŞDIRMA (ID - 29150)

“Mikrobsuzlaşdırmaq” dan f.is.

MİKROBSUZLAŞDIRMAQ (ID - 29151)

f Mikroblarını məhv etmək, zərərsizləşdirmək, sterilizə etmək.

MİKROELEMENTLƏR (ID - 29152)

[mikro... və lat. elementum] Bitki və heyvan orqanizmlərində çox az miqdarda (faizin yüzdə, mində biri və daha az) olan kimyəvi elementlər.

MİKROFON (ID - 29153)

[mikro... və yun. phone səs] Səs titrəyişlərini elektrik titrəyişlərinə çevirən cihaz (səsi uzaq məsafələrə vermək, yaxud gücləndirmək üçün tətbiq edilir).

MİKROİQLİM (ID - 29154)

is. [mikro... və ər. iqlim] Kiçik sahənin, yerin xüsusiyyətlərindən (meşə, çöl, bataqlıq və s.-dən) asılı olan iqlimi.

MİKROKLİMAT (ID - 29155)

[mikro... və klimatos] bax mikroiqlim.

MİKROQURULUŞ (ID - 29156)

is. xüs. Bərk maddələrin mikroskop altında görünən quruluşu.

MİKRON (ID - 29157)

[yun. mikron - kiçik] Metrin milyonda bir hissəsi.

MİKROORQANİZM (ID - 29158)

[mikro... və yun. organismus] Adi gözlə görünməyən bitki və ya heyvan orqanizmi.

MİKRORAYON (ID - 29159)

[mikro... və rus. район] Rayonun bölündüyü ən kiçik vahid.
2. Şəhər və iri qəsəbələrin ətrafında salınmış yaşayış məntəqəsi.

MİKROSKOP (ID - 29160)

[mikro... və yun. skopeo baxıram] Adi gözlə görünməyən şeylərə baxmaq üçün çox böyüdücü şüşələr sistemi olan optik cihaz.

MİKROSKOPİYA (ID - 29161)

[mikro... və yun. skopeo - baxıram] Mikroskopun quruluş və tətbiqini, həmçinin mikroskopik preparatların hazırlanma üsullarını öyrənən təcrübi fənn; bir şeyin mikroskop vasitəsilə öyrənilməsi.

MİKROSKOPİK (ID - 29162)

sif. [yun.] 1. Mikroskop vasitəsilə edilən (görülən, aparılan). Mikroskopik tədqiqat.
2. Son dərəcə kiçik, ancaq mikroskopla görünən. Mikroskopik cisimciklər.

MİKROTƏRƏZİ (ID - 29163)

is. [mikro... və fars. tərazu] Ən xırda şeyləri çəkmək üçün tərəzi.

MİKSER (ID - 29164)

is. [ing.] Krem, kokteyl və s. düzəltmək üçün cihaz.

MİQDAR (ID - 29165)

is. [ər.] 1. Say, qədər, kəmiyyət. Hər şeyin miqdarı vardır. □ Bir miqdar - bir qədər, bir az, qeyri-müəyyən qədər. [Molla İbrahimxəlil:] ..Molla Həmidin tərəfindən məlum oldu ki, siz, guya, bir miqdar pul gətirib gümüş almaq...

MİQDARCA (ID - 29166)

zərf Miqdara görə, sayca, kəmiyyətcə.

MİQDARİ (ID - 29167)

sif [ər.] Kəmiyyətə görə, kəmiyyətcə. Miqdari analiz.

MİQDARSIZ (ID - 29168)

sif 1. Saysız, hədsiz, çox, saysız-hesabsız.
Hörməti olmayan, qədir-qiymətsiz, hörmətsiz.

MİQDARSIZLIQ (ID - 29169)

is. Saysızlıq, hesabsızlıq, hədsizlik.

MİQNATİS (ID - 29170)

is. [ər. əsli yun.] köhn. Maqnit. Ey dili-qafil, qız ki var, miqnatis kimi bir şeydir. C.Cabbarlı.

MİQREN (ID - 29171)

[fr.] Adətən başın bir yarısında bərk başağrısı təzahür edən əsəb xəstəliyi; parabaş. ..Demək olar ki, onun başı ağrısız olmazdı. Həkim miqren demişdi. Ə.Əbülhəsən.

MİQYAS (ID - 29172)

is. [ər.] 1. Çertyojda, planda, xəritədə və s.-də çəkilən xətlərin uzunluğunun yerin həqiqi uzunluğuna olan nisbəti.
Ölçü, dərəcə, dairə, bir şeyin qavrama dərəcəsi. Bir nəfər oğlanın işi buraxıb qaçması istehsalata...

MİQYASLI (ID - 29173)

sif. 1. xüs. Müəyyən miqyasda olan (çertyoj, plan və ya xəritə haqqında). Böyük miqyaslı xəritə.
2. məc. Geniş, əhatəli, vüsətli. Geniş miqyaslı əsər.

MİL1 (ID - 29174)

is. [ər.] 1. Bəzi alətlərdə, mexanizmlərdə, maşınlarda ox, qol; ümumiyyətlə, müxtəlif işlərdə istifadə edilən nazik metal çubuq. Çarx mili. Dəyirman mili. - Hesabdar çotka dənələrini tərpətdi, dənələr millərdə firlanaraq...

MİL2 (ID - 29175)

[ing. mile] Müxtəlif ölkələrdə müxtəlif uzunluğa bərabər məsafə ölçüsü.
Coğrafi mil - 7420 metr uzunluqda məsafə ölçüsü. Dəniz mili - 1852 metr uzunluğunda məsafə ölçüsü.

MİLAD (ID - 29176)

is. [ər.] Xristianlarda: İsanın doğulduğu il. // Həmin ildən başlanan təqvim. Miladın II əsrində. Miladdan əvvəl.
f ,

MİLADİ (ID - 29177)

sif [ər.] İsanm anadan olduğu gündən başlanan, hesablanan. Miladi tarix.
Hicri tarixlə 1324-cü, miladi tarixlə 1906-cı ildə şah konstitusiyanın birinci hissəsini təsdiq etdi. P.Makulu.

MİLÇƏ (ID - 29178)

is. Kiçik mil, balaca mil. Hüseyn əmi.. milçə ilə çubuğun başını qurdalayır və boğazını arıtlayırdı. M.S.Ordubadi.

MİLÇƏK (ID - 29179)

is. Bəzi yoluxucu xəstəlik mikroblarını yayan qoşaqanadlı həşərat, çibin. Milçək bir şey deyil, könül bulandırır. (Məsəl). Dedi divanə: - Ey şəhi-məğrur; Mənə milçəklər eyləyir azar. S.Ə.Şirvani.
□ Milçək vızıltısı...

MİLÇƏKQAPAN (ID - 29180)

is. zool. Ağacdələn dəstəsindən kiçik bir quş.

MİLÇƏKQIRAN (ID - 29181)

is. 1. Milçəkləri qırmaq üçün üstü zəhərli və ya yapışqanlı kağız və s.
Bax milçəkvuran.

MİLÇƏKLƏNMƏ (ID - 29182)

"Milçəklənmək” dən f.is.

MİLÇƏKLƏNMƏK (ID - 29183)

f. 1. Quyruğu ilə və ya bədəninin hər hansı bir hərəkəti ilə üstünə, göz-başma qonan milçəkləri qovmaq (heyvanlar haqqında). Çil at büdrədi, sonra ye rində sakit dayandı və gödək quyruğu ilə milçəkləndi. S.Rəhimov. [Nəcəfalı:]...

MİLÇƏKTUTAN (ID - 29184)

is. 1. bot. Şehçiçəyi fəsiləsindən həşərat yeyən bitki; sinəkqapan.
zool. Sərçə fəsiləsindən həşərat yeyən müxtəlif quşların adı.

MİLÇƏKVURAN (ID - 29185)

is. Milçəkləri vurub öldürmək üçün dəstəkli alət.

MİLÇƏKYEYƏN (ID - 29186)

is. zool. Sürfələrini milçəklə bəsləyən həşərat.

MİLEDİ (ID - 29187)

is. [fr.] Ingiltərədə imtiyazlı sinifdən olan ərli qadına müraciət forması.

MİLENİUM (ID - 29188)

is. [lat.] Min ilə bərabər zaman vahidi. Üçüncü milenium başladı.

MİLƏL (ID - 29189)

is. [ər. “millət” söz. cəmi] Millətlər. Sair miləl övrətlə ədalət edir, etsin. M.Ə.Sabir. Sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar. F.Köçərli.

MİLƏMİL (ID - 29190)

sif. Milləri olan, zol-zol, zolaqzolaq. Miləmil çit. Miləmil parça. - [Tahir] stuldan asılmış miləmil yay kostyumunu geyindi. M.Hüseyn.

MİLİS (ID - 29191)

[lat. militia - ordu] köhn. 1. B a x milisioner. Kapitan iki milislə daxil olur.
Əfəndiyev. □ Milis nəfəri - bax milisioner. Milis nəfərinə müraciət etmək.
B a x milisiya. Qəlbində bir nəcib atalıq hissi; Uğur olsun! - dedi milis...

MİLİSİONER (ID - 29192)

[lat.] köhn. Milis işçisi, milisiyada xidmət edən adam, milis nəfəri. Milisioneri köməyə çağırmaq. - Yoldaş milisioner, axşamınız xeyr! Ən köhnə dostunam bu şəhərdən mən. S.Rüstəm. Abbas on beş ildən artıq milisioner işlədi....

MİLİSİONERLİK (ID - 29193)

is. Milisioner vəzifəsi, işi. Milisionerlik eləmək.

MİLİSİYA (ID - 29194)

[lat. militia - ordu] köhn. 1. Ictimai asayişi və əmniyyəti qoruyan inzibati orqan. // dan. Bu orqanın yerli idarəsi. Milisiyada qeydə alınmaq.
top. Milis işçiləri, milisionerlər. Bütün milisiya yığıldı.

MİLİTARİST (ID - 29195)

[lat. militaris - hərbi] Militarizm siyasəti yeridən; hərbçi.

MİLİTARİZM (ID - 29196)

[lat.] 1. Imperialist dövlətlərin silahlanma və müharibəyə hazırlanmaqdan ibarət mürtəce siyasəti; hərbçilik.
Hərbçilərin siyasi hakimiyyəti.

MİLLƏMƏ (ID - 29197)

1. “Milləmək” dən f is.
zərf Mil kimi, düz, dik. Milləmə qalxmaq.

MİLLƏMƏK (ID - 29198)

f Mil kimi düz, dik qaldırmaq, durğuzmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed