İzahlı lüğət

MAQNİTLƏNMƏK (ID - 27699)

qayıd. Maqnitli olmaq; maqnitləşmək.

MAQNİTLƏŞDİRİCİ (ID - 27700)

sif xüs. Maqnit xassəsi verə bilən, maqnitli edən. Maqnitləşdirici sarqaclar.

MAQNİTLƏŞDİRİLMƏ (ID - 27701)

“Maqnitləşdirilmək” dən f.is.

MAQNİTLƏŞDİRİLMƏK (ID - 27702)

bax maqnitləndirilmək.

MAQNİTLƏŞDİRMƏ (ID - 27703)

“Maqnitləşdirmək” dən f.is.

MAQNİTLƏŞDİRMƏK (ID - 27704)

bax maqnitləndirmək.

MAQNİTLƏŞMƏ (ID - 27705)

“Maqnitləşmək” dən f.is.

MAQNİTLƏŞMƏK (ID - 27706)

bax maqnitlənmək.

MAQNİTLİ (ID - 27707)

sif Maqnit xassəsinə malik olan, maqniti olan. Maqnitli cisimlər. - Daşkəsən yatağı maqnitli dəmir yatağı adlanır. M.Qaşqay.

MAQNİTOFON (ID - 27708)

[yun.] Elektromaqnit vasitəsilə səsi yazan və təkrar edən aparat. Səs siqnallarını maqnit lentinə yazan, sonra isə səsləndirən aparat. Qaya maqnitofon dilləndi yenə: “Hey, hey! Bir dayan; Şövkətdir oxuyan, Habildir çalan! Bu Tofiq,...

MAQNİTOLA (ID - 27709)

is. [yun.] Maqnitofon və radioqəbuledicidən ibarət məişət cihazı.

MAQNİTOMETR (ID - 27710)

[yun.] Maqnit sahəsinin gərginliyini ölçən cihaz.

MAQNİTSİZLƏŞDİRİLMƏ (ID - 27711)

“Maqnitsizləşdirilmək” dən f.is.

MAQNİTSİZLƏŞDİRİLMƏK (ID - 27712)

məch. Cismin maqnit xassəsi yox etdirilmək, maqnitsiz etdirilmək.

MAQNİTSİZLƏŞDİRMƏ (ID - 27713)

“Maqnitsizləşdirmək” dən f.is.

MAQNİTSİZLƏŞDİRMƏK (ID - 27714)

f Cismin maqnit xassəsini yox etmək, maqnitsiz etmək.

MAQNİTSİZLƏŞMƏ (ID - 27715)

“Maqnitsizləşmək” dən f.is.

MAQNİTSİZLƏŞMƏK (ID - 27716)

f Cismin maqnit xassəsi yox olmaq, maqnitsiz olmaq.

MAQNOLİYA (ID - 27717)

[xüs. is.-dən] bot. Ətirli iri və ağ çiçəkləri olan ağac və ya kol-bitki.

MAQNON (ID - 27718)

is. [lat.] Kvant nəzəriyyəsinin mühüm anlayışlarından biri.

MAL1 (ID - 27719)

is. 1. Iribuynuzlu ev heyvanı; malqara, qaramal (inək, öküz, camış və b.). Malı naxıra qatmaq. Mal damı. - [Dərviş:] Malların köyşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi. A.Divanbəyoğlu. □ Mal...

MAL2 (ID - 27720)

is. [ər.] 1. Qiyməti olan və cəmiyyətdə alğı-satqı yolu ilə paylaşdırılan əmək məhsulu; ümumiyyətlə, alver obyekti olan hər şey; əmtəə. Çoxişlənən mallar. - [Xortdan:] Dükanın içində beş-on manatlıq mal yoxdur. Ə.Haqverdiyev....

MALA (ID - 27721)

is. [fars.] 1. Binanın iç və bayır divarlarına çəkmək üçün əhəng, sement və s. qatışığından ibarət suvaq, palçıq. Mala tutmaq. // Həmin qatışığın, binanın içinə və bayır divarına, bəzən də səqfınə çəkilən bərkimiş...

MALAALTI (ID - 27722)

sif. Malanın altı üçün olan, suvağın altından vurulan. Malaaltı taxta.

MALABAXAN (ID - 27723)

is. Mal-qaraya qulluq edən şəxs. Malabaxanların yarışı. // Sif. mənasında. Malabaxan qadın.

MALAÇƏKƏN, MALAÇI (ID - 27724)

bax malakeş
-ci mənada.

MALAÇILIQ (ID - 27725)

bax malakeşlik.

MALAX (ID - 27726)

is. bot. Əncir növü. ..Azərbaycanda qiymətli əncir sortlarından tabaq əncir, malax əncir, sumax əncir sortlarını göstərmək olar. İ.Axundzadə.

MALAXİT (ID - 27727)

[yun.] Müxtəlif xırda məmulat hazırlamaq və mis almaq üçün xammal kimi işlədilən açıq-yaşıl rəngli mineral.

MALAKAN (ID - 27728)

[rus.] Malakanlıq təriqətinə mənsub adam (b ax malakanlıq). [Hacı Qurban:] ..Atam sənə qurban, mənim qorxum o birəhm malakanlardandır. N.Vəzirov. [Gövhər xanım:] Deyirlər axtarsan, şəhərdə malakanlardan yaxşısını taparsan. İ.Hüseynov....

MALAKANLIQ (ID - 27729)

is. Pravoslav mərasimlərini və kilsə iyearxiyasını qəbul etməyən, xristian məzhəbinin nümayəndəsi, həmin məzhəbdən olan.

MALAKEŞ (ID - 27730)

is. [fars.] 1. Binaların divarlarına mala çəkən usta; suvaqçı, malaçəkən, malaçı. Malakeşlər briqadası. - Bakıda ümumiyyətləpeşəkarlar - bənna, xarrat, dəmirçi, rəngsaz, malakeş və sair çox olardı. H.Sarabski.
2. Suvaq...

MALAKEŞLİK (ID - 27731)

is. Malakeşin sənəti, peşəsi; suvaqçılıq, malaçılıq.

MALALAMA (ID - 27732)

“Malalamaq” dan f.is.

MALALAMAQ (ID - 27733)

f. 1. Divara mala çəkmək; suvaqlamaq. Evi malalamaq.
Şumlanmış yerin kəsəklərini mala ilə əzmək, hamarlamaq. Şamama və onun yoldaşları tarlanı mükəmməl surətdə malalayıb üstündən ensiz zolaqlar çəkdilər. İ.Əfəndiyev.
məc....

MALALANMA (ID - 27734)

“Malalanmaq” dan f.is.

MALALANMAQ (ID - 27735)

məc. 1. Mala çəkilmək, suvanmaq (divar və s.). [Su] ..hamamın ağgəc ilə malalanmış (f.sif.) divarlarına və səqfinə elə bir səs salmışdı ki, guya özgə bir danışığa macal vermək istəmir. C.Məmmədquluzadə.
2. Şumlanmış...

MALALATDIRMA (ID - 27736)

“Malalatdırmaq” dan fiü.

MALALATDIRMAQ (ID - 27737)

icb. 1. Divara mala çəkdirtmək; suvatdırmaq. Otağı malalatdırmaq.
2. Mala ilə şumlanmış yerin kəsəklərini əzdirmək, hamarlatdırmaq. Sahəni malalatdırmaq.

MALALATMA (ID - 27738)

“Malalatmaq” dan f.is.

MALALATMAQ (ID - 27739)

icb. 1. Mala çəkdirmək; suvatmaq. Divarları malalatmaq.
2. Mala ilə şumlanmış yerin kəsəklərini əzdirmək, hamarlatmaq. Pambıq tarlasını malalatmaq.

MALALI (ID - 27740)

sif Mala çəkilmiş, malalanmış, malası olan. Malalı divar.

MALAMAL (ID - 27741)

sif və zərf[fars.] Dolu, dopdolu, ləbələb, ağzına qədər. Malamal doldurmaq. Teatr malamal idi. - Məscid bir sinif xalqdan malamal idi. M.F.Axundzadə. Oxudurdu neçə nəfər ətfal; Məktəbi olmuş idi malamal. S.Ə.Şirvani.

MALAŞƏRİK (ID - 27742)

sif Ümumi mal və ya dövlətdə hissəsi, payı olan. Malaşərik (z.) olmaq. Malaşərik adam.

MALAY (ID - 27743)

sif. və is. köhn. Gənc, cavan, yeniyetmə. Malay uşaq. - [Balaqardaş:] ..Sənin bir malay nökərin var idi, o necə oldu? N.Vəzirov.

MALAYLAR (ID - 27744)

cəm Malay arxipelaqı adalarında və Moluk yarımadasında yaşayan tayfa və xalqlar qrupu.

MALBAŞ (ID - 27745)

sif. dan. Axmaq, gic, səfeh, qanmaz, kütbeyin. // Bəzən söyüş kimi işlənir. [Məşədi Cahangir:] Sənə kim demişdi, hökumətdən qaçanlara yorğan-döşək açasan, malbaş oğlu malbaş! Mir Cəlal.

MALBAŞLIQ (ID - 27746)

is. Axmaqlıq, giclik, səfehlik, qanmazlıq, kütbeyinlik.

MALCANLI (ID - 27747)

sif 1. Öz malının qədrini bilən, öz malını qoruyan, ona qayğıkeşlik göstərən.
2. B ax malpərəst.

MALCANLILIQ (ID - 27748)

is. Malcanlı adamın xasiyyəti, öz malını qoruma, malının qayğısına qalma.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed