İzahlı lüğət

MALA

is. [fars.] 1. Binanın iç və bayır divarlarına çəkmək üçün əhəng, sement və s. qatışığından ibarət suvaq, palçıq. Mala tutmaq. // Həmin qatışığın, binanın içinə və bayır divarına, bəzən də səqfınə çəkilən bərkimiş qatı; suvaq. Divarın malası qopub yerə töküldü. - Otağın divarları tikiləndə necə mala çəkilib suvanmışdısa, elə də qalmışdı. B.Bayramov.
Bax malakeş 2-ci mənada. Mala ilə divarı suvamaq.
Şumlanmış torpağın kəsəklərini əzmək və hamarlamaq üçün kənd təsərrüfat aləti. Malanı təmir etmək. - Kəsəkli ağır torpaqlarda diskli malalardan istifadə edilir. // Şumlanmış torpağın kəsəklərini əzib hamarlama işi. [Rüstəm kişi:] Orada qarğıdalı əkəcəyəm. Malasın .. traktor ilə çəkəcəyik. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed