İzahlı lüğət

MÜNƏVVƏR (ID - 30099)

sif [ər.] 1. İşıqlı, nurlu, parlaq, rövşən. Cismindir münəvvər, ağü nazikrək; Ol səmən sinəni mərmər eylədi. M.P.Vaqif.
2. Ziyalı. Bu dil münəvvər bir adamın düşüncələrini ifadə etməkdən acizdir. Çəmənzəminli. //...

MÜNHƏSİR (ID - 30100)

MÜNKİR (ID - 30101)

sif. [ər.] 1. köhn. Danan, inkar edən, etiraf etməyən, qəbul etməyən; Allahı inkar edən, dinsiz, kafır. [Divanbəyi:] Mən belə münkir adam görməmişəm. M.F.Axundzadə. □ Münkir olmaq - Allahın varlığını inkar etmək, Allahı danmaq....

MÜNSİF (ID - 30102)

sif. [ər.] Mübahisəli bir məsələni və ya işi həll etməkdə vasitəçi olan şəxs. Bizim aramızda münsif tapılsın; And içmişəm, bu gün döyüş olmasın! “Koroğlu” . Münsif haqqa haqq, batilə batil söyləsəydi; Əlbəttə ki,...

MÜNSİFLİK (ID - 30103)

is. Münsifin gördüyü iş, münsif olma. [Yalançaq] yabısını zınqırovlar, ipək qotazlarla bəzər, arada bu baş-o başa çapıb öz yanında guya münsiflik edərdi. M.Rzaquluzadə.

MÜNŞİ (ID - 30104)

is. [ər.] köhn. Yazıçı, ədib. Rusiyanın ən məşhur ədibi və sevgili münşisi hesab olunan Anton Çexovun bu iyul ayının ikisində vəfat etməsi.. bilxüsus hüznavər bir hadisə olduğu qəzetlərdə dərc olunan fəqərələrdən görünür....

MÜNTƏXƏB (ID - 30105)

is. və sif. [ər.] köhn. Bir çoxları arasından seçilmiş, bəyənilmiş. Məhbubimüntəxəb, bir alinəsəb; Qəmzəsində qəzəb, sən saxla, yarəb! M.P.Vaqif. // Başqaları arasından öz məziyyətləri ilə seçilən, fərqlənən. ..[Q.Zakir...

MÜNTƏXƏBAT (ID - 30106)

is. [ər. “müntəxəb” söz. cəmi] Müəlliflərin, yazıçılarm seçilmiş əsərlərindən və ya onlarm hissələrindən ibarət dərs vəsaiti. Ədəbiyyat müntəxəbatı.

MÜNTƏZƏM (ID - 30107)

[ər.] 1. sif. Düzgün və ardıcıl, sistematik, sistemli, daimi. Müntəzəm yazışma. - ..Müntəzəm qulluq Tapdığı.. ayağa qaldırdı. Ə.Əbülhəsən. Bu sakitlik içində dənizin dalğaları müntəzəm fasilələrlə.. qəribə səslə...

MÜNTƏZƏMLİK (ID - 30108)

is. Müntəzəm olma, ardıcıllıq, sistematiklik; müntəzəm şeyin halı. Vəzn musiqi səslərinin vaxt etibarilə davamında lazımi müntəzəmliyi təmin və təşkil edir. Ə.Bədəlbəyli.

MÜNTƏZİR (ID - 30109)

sif. [ər.] Gözləyən, intizar içində olan, intizarda qalan. Mən müntəzirəm verəm rəvacın; Bimar isə eyləyəm əlacın. Füzuli. Hərəmxanada cümlə hərəmlər şahın fərmayişi ilə otaqda hazır olub qüdumuna müntəzir idilər. M.F.Axundzadə....

MÜNTƏZİRLİK (ID - 30110)

is. İntizar içində qalma, nigarançılıqla gözləmə, intizarda olma.

MÜRACİƏT (ID - 30111)

is. [ər.] 1. Birinə üz tutub söylənilən söz, çağırış (istər şifahi, istər yazılı). Xalqa müraciət.
Xahiş, iltimas, rica. Məhəlli komitə, şöbə müdirinin .. müraciətini bir həftə təxirə uğratmışdısa da, yenə Zeynaldan...

MÜRACİƏTNAMƏ (ID - 30112)

is. [ər. müraciət və
fars. ...namə] Müraciət məzmunlu təbliğat vərəqəsi. Nümayişə bir gün qalmış fəhlələri nümayişdə iştirak etməyə çağıran böyük bir müraciətnamə çap olundu. M.M.S.Ordubadi.

MÜRAFİƏ (ID - 30113)

is. [ər.] köhn. Məhkəmə prosesi, mühakimə, mühakimə olunma, məhkəmə. [Səkinə xanım:] Hakimi-şər adam göndərib, mənə xəbər veriblər ki, vəkil tutub mürafiəyə göndərim. M.F.Axundzadə.

MÜRASİLƏ (ID - 30114)

is. [ər.] köhn. Məktublaşma, yazışma, xəbərləşmə. □ Mürasilə etmək yazışmaq, məktublaşmaq, xəbərləşmək. [Məhərrəm Salmana:] Mənim şübhəli adamlarla mürasilə etdiyim barədə pristav cənablarına xəbər verirsənmiş......

MÜRCÜM (ID - 30115)

is. Üzdə, boğazın altında, burnun qabağında və ya üstündə olan artıq ət çıxıntısı. Gülyaz öz ərinin burnundakı mürcümləri, boğazın altında çox adamın seçə bilmədiyi çapığı görür, sıxılırdı. M.Hüseyn.

MÜRDƏŞİR (ID - 30116)

is. [fars.] Ölüyuyan, yuyucu. Molla ilə oturub-duran axırda mürdəşir olar. (Ata. sözü). [Qarı:] ..Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sızılmışdı. Çəmənzəminli.
□ Üzünü mürdəşir yusun!...

MÜRƏBBE (ID - 30117)

is. [ər.] ədəb. Dörd misralıq bənd; bu bənd əsasında yazılmış şeir.

MÜRƏBBƏ (ID - 30118)

is. [ər.] Qənd, şəkər şərbətində bişirilmiş meyvə və ya giləmeyvə. Zoğal mürəbbəsi. Gilas mürəbbəsi. - Bu vaxt bizim qulluqçu iki stəkan çay, bir qab mürəbbə gətirib mizin üstünə qoydu. T.Ş.Simurq.

MÜRƏBBƏLİ (ID - 30119)

sif. Mürəbbə qarışıq, mürəbbə ilə, mürəbbəsi olan. Usta Ramazan ev sahibinin gətirdiyi mürəbbəli çayı içməyib hirsli-hirsli çıxdı. M.Hüseyn.

MÜRƏBBƏLİK (ID - 30120)

sif Mürəbbə bişirməyə yarayan, mürəbbə üçün olan. Mürəbbəlik meyvə.

MÜRƏBBİ (ID - 30121)

is. və sif. [ər.] Keçmişdə: dövlətli ailələrində uşaqların təlim və tərbiyəsi ilə məşğul olan şəxs; tərbiyəçi, xüsusi müəllim. Aya görə mən kimi bir qoca mürəbbinin səhvi harada olub? C.Məmmədquluzadə. // Məktəblərdə...

MÜRƏBBİLİK (ID - 30122)

is. Mürəbbinin vəzifəsi, işi; tərbiyəçilik. Mürəbbilik etmək. - Çimnaz müəllimlik, mürəbbilik işini sevib getmişdi. Mir Cəlal.

MÜRƏBBİYƏ (ID - 30123)

is. [ər.] köhn. Qadın mürəbbi. Rzaqulu xanın Iran səfiərinə məktəb və darülfünun yoldaşlarından maəda mürəbbiyəsi olan Mariya xanım da böyük maneələr göstərməkdə idi. M.S.Ordubadi. Bir azdan sonra mürəbbiyə təkcə gəlib...

MÜRƏBBİYƏLİK (ID - 30124)

is. Mürəbbiyənin vəzifəsi, işi; tərbiyəçilik. Mürəbbiyəlik etmək.

MÜRƏXXƏS (ID - 30125)

sif. [ər.] Rüsxət verilmiş, izin almış, azad edilmiş; azad, izinli, rüsxətli (əsasən şəxs sonluqları ilə işlənir). Elə ki bu əmal tamam oldu, mollabaşı xalqa elan etdi ki, mürəxxəssiniz! M.F.Axundzadə. [Əliməmməd ağa] Səfərə...

MÜRƏKKƏB1 (ID - 30126)

sif [ər.] 1. Bir neçə hissədən, ünsürdən ibarət olan (sadə ziddi). Mürəkkəb cümlə. Mürəkkəb cihaz. Mürəkkəb maddə. - Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr...

MÜRƏKKƏB2 (ID - 30127)

is. [ər.] Yazı yazmağa məxsus rəngli maye - boya. Qırmızı mürəkkəb. Qara mürəkkəb. - [Mirzə Səfər] dörd-beş kərrə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Ə.Haqverdiyev. Uşaq qələm, mürəkkəb...

MÜRƏKKƏBQABI (ID - 30128)

is. köhn. Mürəkkəb tökməyə məxsus qab. Stolun üstündə mürəkkəbqabı, qələm və balaca bir ayna görünürdü. S.Rəhman. [Mehdizadə] .. stola yaxınlaşdı, nə üçünsə mürəkkəbqabının qapağını götürüb yenə də öz yerinə...

MÜRƏKKƏBQURUDAN (ID - 30129)

is. köhn. 1. Mürəkkəbi qurutmaq üçün hopdurucu kağız.
2. Altına bu cür kağız çəkilmiş qövsvari alət; press. Əlyarov .. mərmər mürəkkəbqurudanı əlinə aldı. M.Hüseyn.

MÜRƏKKƏBLƏMƏ (ID - 30130)

“Mürəkkəbləmək” dən f.is.

MÜRƏKKƏBLƏMƏK (ID - 30131)

f 1. Mürəkkəbə batırmaq, mürəkkəbə boyamaq. Üst-başını mürəkkəbləmək.
2. məc. zar. Yazmaq. [Səlim Zəmişana:] Mənim heykəlim, başımın ucalığı balalarımdır, bir də bax bu mürəkkəblədiyim, cızıqladığım kağızlardır....

MÜRƏKKƏBLƏŞDİRİLMƏ (ID - 30132)

“Mürəkkəbləşdirilmək” dən f.is.

MÜRƏKKƏBLƏŞDİRİLMƏK (ID - 30133)

məch. Daha da mürəkkəb edilmək, çətinləşdirilmək.

MÜRƏKKƏBLƏŞDİRMƏ (ID - 30134)

“Mürəkkəbləşdirmək” dən f.is.

MÜRƏKKƏBLƏŞDİRMƏK (ID - 30135)

f Daha da mürəkkəb etmək, çətinləşdirmək. İşi mürəkkəbləşdirmək.

MÜRƏKKƏBLƏŞMƏ (ID - 30136)

“Mürəkkəbləşmək” dən f.is.

MÜRƏKKƏBLƏŞMƏK (ID - 30137)

f 1. Sadə haldan mürəkkəb hala keçmək, getdikcə mürəkkəb olmaq. Hidrotexniki qurğular getdikcə mürəkkəbləşir.
2. Mürəkkəb olmaq, qarışmaq, çətinləşmək, dolaşmaq. Şiraslanın vəziyyəti yüngülləşməkdən, aydınlaşmaqdansa,...

MÜRƏKKƏBLİK (ID - 30138)

is. Mürəkkəb şeyin hal və keyfiyyəti. Məsələnin mürəkkəbliyi.

MÜRƏKKƏBSİLƏN (ID - 30139)

is. Mürəkkəb yazısını silmək üçün rezin; pozan. Hanı mürəkkəbsilən? Sildi, yayıldı ləkə; Onu gizlətsin bəlkə? M.Dilbazi.

MÜRƏTTİB (ID - 30140)

is. [ər.] köhn. Mətbəədə hərf düzən işçi; düzücü. Mətbəə mürəttibləri. Qoca mürəttib kiçik bir işarəyə bənddi. M.Hüseyn.

MÜRƏTTİBLİK (ID - 30141)

is. Mürəttibin işi, peşəsi. Mürəttiblik etmək. - [Məsud] on iki ildir ki, baş mürəttiblik vəzifəsini ifa edirdi. H.Cavid.

MÜRGƏNƏ (ID - 30142)

is. Dəmir şeylərin üzərində əmələ gələn pas, cəng. Borunun mürgənəsini təmizləmək.

MÜRGÜ (ID - 30143)

is. Oyaqlıqla yuxululuq arasındakı hal, yarıyuxulu hal. Quşlar .. küləkli gecənin təlaş dolu mürgüsündən sonra bir an dincəlib sakit oldular. Ə.Məmmədxanlı. Mürgü basmaq (vurmaq, çalmaq, döymək, almaq) - bax mürgüləmək. Uşaq...

MÜRGÜLƏMƏ (ID - 30144)

“Mürgüləmək” dən f.is.

MÜRGÜLƏMƏK (ID - 30145)

f Yarıyuxulu halda olmaq, mürgü basmaq. Gah vaxt yay fəsli küçə ilə keçən vaxt görürsən ki, Məşədi Molla Həsən başını dayayıb səkinin bucağına mürgüləyir. C.Məmmədquluzadə. Qurban da bir tərəfdə oturub mürgüləyirdi....

MÜRGÜLÜ (ID - 30146)

sif Yarıyuxulu, yuxulu. At mürgülü gözlərini Bağıra dikib, qabaq ayağını yerə bir də vurdu. İ.Məlikzadə.

MÜRG (ID - 30147)

is. [fars.] klas. Quş. O şahbaz gözlərini görəndə; Uçar mürği-ruhum, durmaz bədəndə. Q.Zakir. Nə ola Abbası yada salalar; Havada mürğlər qanad çalalar. Aşıq Abbas. □ Mürği-səhər klas. - xoruz. Mürğisəhəri çəkəndə avaz;...

MÜRĞZAR (ID - 30148)

is. [fars. mərğzar] şair. Çəmənlik, otluq. Açılsın gülün, nərgisin; Təzə mürğzar ol, yaylaq! Aşıq Ələsgər. Sürüb at, olub varidi-mürğzar. M.Ə.Sabir.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed